“Qobu park-2”də  binanın kanalizasiya suları məcburi köçkün ailəsinin mənzilinə axır-  Bəs deyirdin, trenajor, gimnastika, cənab komitə sədri cənab Rövşən Rzayev…
29-04-2021, 16:49
94

“Qobu park-2”də binanın kanalizasiya suları məcburi köçkün ailəsinin mənzilinə axır- Bəs deyirdin, trenajor, gimnastika, cənab komitə sədri cənab Rövşən Rzayev…

Külüng çala bilirsən, cənab Rövşən Rzayev ? 

Təxminən  bir il əvvəl  Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub.
Açılışda  Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev  dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.
Komitə  sədri  bildirib ki, bu yaşayış komlpleksində  məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi,  3 idman meydançası inşa olunub. 
Rövşən Rzayev bildirib ki, buradakı  uşaq  bağçasının timsalında aydın görmək olur ki, gələcəyimiz olan körpələrin sağlam və bilikli böyüməsi  olduqca bizim üçün çox önəmlidir. 
Cənab Rövşən Rzayev ! 
Bir il əvvəl dediyin trenajor, şahmat, gimnastika, sağlam körpələr-filan qalsın sənin özünə. 
Siz Prezidentə hesabat verəndə dediniz ki, bu bina müasir tələblərə cavab verir. Bəs nə oldu, cənab Sədr ?
Dediyiniz, Qobu Park-2 məcburi köçkünlər üçün yaşayış kompleksində, 23-cü binanın, 1-ci mərtəbəsində,  5-ci mənzilində    yaşayan, Ağdamdan olan məcburi köçkün ailəsinin evinə kanalizasiya tullantıları axır. 
Bəli, neçə gündür, binanın kanalizasiya xətti partlayıb, bütün zir-zibil ailə üzvlərinin başına tökülür. Mənzildə yaşayan, yaşlı, cavan, körpə hamısı iy-qoxudan xəstəlik tapıb. 
Mənzildə yaşayan sakinlərin siyahısını  təqdim edirik:
Məmmədova Naira,
Məmmədov İntiqam ( həyat yoldaşı) 
Məmmədov Rasim ( qaynata ) 
Məmmədov Nigar ( qaynana ) 
Məmmədzadə Rasim ( körpə nəvə ) 
Məmmədzadə Aişə ( körpə qız nəvə ) 
Bütün ailə üzvləri çöldə qalıblar. Hamısı xəstələnib. İndiki koronavirus dövründə bir ailə  binanın həyətində gecələyir. 
Binanın bütün kanalizasiya xətti Məmmədovların mənzilinə axır. 
Cənab Rövşən Rzayev !

 Prezidentə hesabat verəndə dediklərin, trenajor, gimnastika-zad harada qaldı ? 
Bu binanın normal kanalizasiya  sistemi yox idisə, niyə təhvil götürürdünüz ? 
Yeri gəlmişkən, binanı “Kristal Abşeron” tikib. 
Ümumiyyətlə, “Kristal Abşeron”un tikdiyi mənzillər hamısı belədir, qışda nəmişlik, yayda da kanalizasiya partlayır. 
Zavallı qaçqın ailəsi neçə gündür binanın JEK-inə müraciət edir. JEK deyir bizlik deyil. Qaçqınkom-a müraciət edirlər, deyirlər JEK-ə deyin. 
Cənab Rövşən Rzayev ! 

Siz açılışda Prezidenti də aldatmısınız. 
Neçə gündür  bir nəfər sizin qurumdan gəlib məcburi köçkün ailəsinin dərdini eşitmir. 
Rövşən Rzayev, pul deyil, paket deyil ee, qamarlayasınız. Ya da yalan danışmaq deyil ki, bəlağətlə danışasınız. 
Siz məcburi köçkünlərin binalarında gecələməli, problemlərin həlli üçün külüng çalmalısınız. Çala bilirsən, cənab sədr..?

Oxşar xəbərlər

Prezident və xanımını toya dəvət etdilər
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Dövlət Komitəsində Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
“Binalar yararsız vəziyyətdədir, su sızır” - GİLEY
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Qaçqınkomun sədri  Rövşən Rzayev hansı işlərlə məşğuldur?
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Rüşvətin və korrupsiyanın buynuzu olmur, cənab Rzayev-QAÇQINKOM SƏDRİNƏ QARŞI İDDİALAR-VİDEO
Qaçqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Prezident və xanımı yeni xəstəxananın açılışında
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
Ev ala bilməyən məcburi köçkün ailəsi çadır qurmaq üçün yer istəyir – MÜRACİƏT
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
Prezident və birinci xanım “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak etdilər
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Komitənin qarşısından ucalan qarğışlar
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Rövşən Rzayevin “Bu pullar hara gedir” sualına Aparat rəhbərinin cavabı… - Qaçqınkomun sədri  Etibar Abdullayevdən niyə ehtiyyat edir ?
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri  Səbuhi Əhmədovdan pullarını tələb edir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? - Rövşən Rzayevin tender oyunları
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Prezident və xanımı açılışda - FOTO (Yenilənib)
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı