Eldar  Əzizov  Sabunçunun icra başçısına “daş atdı”-  Adil Vəliyev Sabunçuda Əli Həsənovun adamlarını himayə edir ?
5-05-2021, 12:46
590

Eldar Əzizov Sabunçunun icra başçısına “daş atdı”- Adil Vəliyev Sabunçuda Əli Həsənovun adamlarını himayə edir ?

Sabunçuda bir qəbr yeri 600 manata satılır  

Deməli, dünən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı  Eldar Əzizov paytaxtdakı istirahət parkları, bağlar və  “Abad məhəllə”lərin hazırkı vəziyyəti ilə bağlı videokonfrans formatında müşavirə keçirib.
Eldar Əzizov son illərdə İlham Əliyevin səyləri nəticəsində Bakının parklar şəhərinə çevrilməsini qeyd edərək bildirib ki, parklara  qulluğun səviyyəsi də artmalıdır: “ Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşmüşdü. Buna görə də Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə  iradlar tutulub. Hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir”. 
Əlbəttə, cənab Eldar Əzizov paytaxtın meri olaraq Sabunçunun icra başçısı Adil Vəliyevə  və digər icra başçılarına iradlarını bildirə bilər. EKO parkdakı vəziyyət  həqiqətən də ürəkaçan olmadığı üçün Eldar Əzizovun iradları haqlı və yerindədir. Amma...
Amması odur ki, Həzrəti İsaya sual verəndə ki, günahkar qadını daşlamaq lazımdır, sən nə əmr edirsən. 
Həzrəti İsa buyurub ki, “Birinci  daşı aranızdakı  ən günahsız olan atsın”. 
Eldar  Əzizov, siz  Bakının meri olaraq haqlı iradınızı bildirmisiniz. Amma “Sənin özün ən günahsız olansan”..? 
Sənin günahlarını dəryalar yuya bilməz. 
Bir həftə əvvəl  Hesablama Palatası  sənin əməllərinlə bağlı, daha doğrusu, Bakı ŞİH-nin tabeliyindəki  Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb. Bəlli olub ki, büdcədən 2 milyon manatlıq yeyinti olub. 

Eldar Əzizov!

Təsəvvür edirsən, 2 milyon manat. 

Həm də 2 milyon hara silinib ?

Körpələr evindəki uşaqlara kofe, kakao, çörək, sümüksüz mal əti, banan, dənəvər qəhvə, zeytun yağı və s. 
Eldar Əzizov !
Siz körpə uşaqların da yeməyini oğurlayırsınız. 
Bütün bunlar bir yana. 
Eldar Əziziov, Londona apardığın 20 milyon pul yadındadır ? 
Tikinti işləri ilə məşğul olan biznesmen yadına düşdü ?
Eldar Əzizov, bu pullar səndə haradan idi ? 
Bu məsələ ilə bağlı nə qədər zəng edirdin ? 
İndi telefonumuzu da açmırsan ? 
Bəli, yenə o fikirdəyik ki, daşı ən az günahı olan atmalıdır. Və bu məmləkətdə ağır günah sahiblərindən biri sizsiniz, cənab Əzizov! 
İndi isə keçək Adil Vəliyevin günahlarına. 
Eldar Əzizov, niyə soruşmursan ki, Adil Vəliyev, sən icra başçısısan, yoxsa avtomobil-Porshe alverçisi ? 
Eldar Əzizov, sənin rəhbər, Adil Vəliyevin isə başçı olduğun Sabunçu qəbristanlığında ölülərə məxsus hər şeyi oğurlayırlar. Deməli, sizlər dirilərə, hətta körpələrə məxsus hər şeyi oğurlayandan sonra keçmisiniz  dünyasını dəyişənlərə məxsus olanları oğurlamağa. Heç ayıbınıza gəlmir ? 
Sabunçudakı bütün qəbristanlıqları vermisiniz prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı  İsa Həsənova. O, isə bir qəbr yerini  600 manata satır. Bəli, Adil Vəliyev Sabunçuda Əli Həsənovun adamlarını himayə edir. 
Adil Vəliyev Zabrat yolunun  qıraqlarını satdı, neft ərazilərini satdı, yolları satdı, səkiləri satdı...rayon ərazisindəki bütün PALACE-lər ona  məxsusdur. Əmlakının siyahısı  kitablara sığmaz. Katibənlə bağlı xahişə adam göndərdin keçdik, sonra Zülfüqarı göndərdin, Həsəni göndərdin...daha yetər. Sənin çıxış yolun həbsdir və dostlarının yanına getmək. 
Həə, yeri gəlmişkən, Adil Vəliyev uşaq vaxtından qəbristanlıqlara mehr salıb. Bəli, uşaq vaxtı  Maştağada olmağı çox sevərdi. Əgər palatanın nömrəsini unudubsa, yadına sala bilərik. 
Bir də Adil müəllimin nəzərinə bir şeyi çatdırmaq istəyirik. Orda-burda ağsaqqalların adını hallandırma. Həm də unutma ki, bu ölkədə söz sahibi  cənab Prezidentimizdir.

Oxşar xəbərlər

Eldar Əzizov bu icra başçısına irad tutdu
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
İcra başısının danlanmasına səbəb olan park ABADLAŞDIRILIR
Əli Həsənovun qardaşı da işdən çıxarıldı
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Bakı Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Adil Vəliyevin şəhid ailələri ilə ƏDAVƏTİ NƏDİR? - GİLEY
Səfir Bakı meriyasında - FOTO
Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
Zabratdakı qaz xətinin üzərində olan ərazi qəbir yeri kimi satılır - FOTOLAR
Müslüm Maqomayevin abidəsinin ucaldılacağı yer məlum olub
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır
Bakıda itkin düşən 12 yaşlı qızdan XƏBƏR VAR
İcra başçısına yeni müavin təyin edildi
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı - FOTO
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI