Neftçalalılar göydə Allahdan, yerdə Prezidentdən su gözləyir- Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovda etinasız yanaşır...
6-05-2021, 16:09
205

Neftçalalılar göydə Allahdan, yerdə Prezidentdən su gözləyir- Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidovda etinasız yanaşır...

 “HOLLYWOOD”da çəkilən “Beşinci element” filminə baxmamış olmazsınız. “Azərbaycanfilm”in istehsalı olan “Torpaq, Dəniz, Od, Səma” filmi ilə oxşar sujet xətti olan bu filmin əsas məğzi ondan ibarətdir ki, beşinci element olan insanın olması üçün, qalan dörd elementin, torpağın, odun (Günəşin), suyun və havanın (küləyin) var olması labüd şərtlərdir. 

Əgər insan orqanizminin 60 faizini maye təşkil edirsə, bu dörd elementin arasında suyun hansı önəmə sahib olmasını başa düşmək üçün o qədər də dərin ağıla sahib olmağa ehtiyac yoxdur. 
Əbəs yerə, su-həyatdır deməyiblər axı…! Lakin əfsuslar olsun ki, Neftçala rayonunun başda şəhərin  Köhnə qəsəbə adlanan hissəsi olmaqla bir çox yaşayış yerləri, kənd və qəsəbələri neçə illərdir ki, su problem ilə, ilin on iki ayı, sutkanın iyirmi dörd saatı sözün əsl mənasında ölüm-dirim savaşı verirlər. 

Ötən ildən Kür çayında suyun şorlaşması bu savaşın pik həddi oldu. Rayona yeni su xəttinin çəkilməsi xəbəri hansı sevincə səbəb olmuşdu onu təsəvvür etmək çətindir. Lakin bu sevincimiz uzun sürmədi. Ötən il iyun-iyul aylarında şorlaşmağa başlayan Kür çayı, bu il artıq aprel ayından şor su ilə bizləri “sevindirdi”. Yeni çəkilən su xətti ilə verilən suyun həcmi hələ bu gün əhalinin tələbatını ödəmirsə, qarşıdan gələn qılınc kimi istilərdə biz neynəyəcəyik?! 
Bu problemlə bağlı “Azərsu” ASC-nin qaynar xəttinə (955), rəhbərliyinə yazılı, şifahi neçə dəfələrlə müraciətlərimiz olub, nə faydası,  problem necə var idisə eləcədə qalıb! 
Neftçala Su-Kanal idarəsinin rəhbərliyinə də müraciət edəndə, idarənin müdiri cənab Nizami Manafov bildirir ki, yeni çəkilən su xəttinə verilən suyun həcminin artırılmasına “Salyan icazə vermir”?! 
Binalara quraşdırılmış su sayğacları sadəcə görüntü yaratmaq üçün dayanıb, suyun yolunu gözləyə-gözləyə paslanırlar. Binaların qarşısına inşa edilmiş su çənləri yağışdan sonra çıxan göbələkləri xatırladır. Əvvəllər bu çənlərin yerində oturacaqlar, uşaqlar üçün oyun meydançaları var idi, indi isə daş, dəmir, plastik su çənləri?! Üstəlik bu çənlərə və çənlərdən mənzillərə suyun ötürülməsi üçün su nasosları! Bu nasoslara sərf olunan elektrik enerjisinin məbləğini hesabladıqda Neftçala Su-Kanal idarəsinin abonentlərə borcu çıxır, nəinki abonentlərin bu idarəyə. Həftə ərzində iki gün verilən suyun üstündə qonşular arasında çıxan saçyoldudan danışmaq ayıbıma gəlir. Əsasən gecə saatlarında gələn suyu nasosla çənə vuran zaman elektrik çarpması nəticəsində ölüm hadisəsi də “Azərsu”nun Yezidlərinə təsir etmədi! 
Bütün bunlar azmış kimi hələ abonentlərə su pulu da hesablanır?! Necə deyərlər, utanmasan oynamağa nə var ki…! Ötən il məhəllələrə plastik su çənləri qoydular və bu çənlər vaxtaşırı su maşınları ilə doldurulurdu. Bu il bu çənləri yığışdırdılar, niyəsini konkret izah edən tapılmasa da, bəzilərinin dediklərinə görə bu çənlər satılıb! Babalı deyənlərin boynuna! “Azərsu”ya müraciət etməkdən cana yığılan əhali, məcbur qalıb kollektiv ərizə ilə ölkə başçısına müraciət ediblər. Bir sözlə Neftçalanın çox yeri Kərbəla, hər yeri Aşuradır! 
Amma  yaxşısını Allah bilir! Ümid Allahdan kəsilməz! Yəqin ki, bir gün bizim də dərdimizə dərman edən tapılar! 
Ümidimiz göydə Allaha, yerdə Möhtərəm Prezidentimizədir!

Oxşar xəbərlər

Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Kür çayı Xəzərə qovuşdu
Neftçaladakı içməli su probleminin həll olunacağı vaxt açıqlandı
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Xəzər Kürə axıb, 40 kilometr irəlilədi - VİDEO
Neftçalaya içməli su verildi - Fotolar
Neftçala sakinləri nədən narazıdır... - "Camaat kosmosa uçur, biz evdə yorğana bürünüb gəzirik"
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Çaylarımızda suyun səviyyəsi necədir?
İcra başçısı Mirhəsən Seyidov neftçalalıların problemi ilə maraqlanmır- Neftçala  başqa rayonların icra başçılarının örüş yeridir
Gənc icra başçısı fermerleri işləməyə qoymur - Neftçalada torpaq alveri
Baş nazir sərəncam imzaladı
ABŞ-da təyyarə qəzası: Dörd ölü
Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
Tovuzda iki körpə uşaqlı ailə dörd aydır susuz qalıb
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
Gənc icra başçısı prezidentin etimadını belə doğruldur? – Dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir...
Həbs edilən sabiq icra başçılarının əvvəlki iş yerləri - Tamada, zootexnik, ofisiant...
Kürün suyu artıb - Rəsmi
Neftçalada köhnə hamam köhnə tas-  Təzə başçı Mirhəsən Seyidov  Neftçalanı sələfi  İsmayıl Vəliyev kimi idarə edir...
İcra başçısı ilə Nazim İbrahimov arasında "Stefano Ricci" QALMAQALI
Neftçalada Vətən müharibəsi iştirakçısına problem yaradanlar kimlərdir - GİLEY
Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI POZDU... - Neftçalada NƏ BAŞ VERİR?
Zərdabda məmur özbaşınalığı... - QALMAQAL
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? - GİLEY
Erməni təcavüzündən ziyan çəkənlərə maddi yardım başladı