Səbaildə başçının müavini  Xalidə Bayramovanın bitib-tükənməyən səhvləri...- Xalidə Bayramova həbs oluna bilər ?
6-05-2021, 16:39
374

Səbaildə başçının müavini Xalidə Bayramovanın bitib-tükənməyən səhvləri...- Xalidə Bayramova həbs oluna bilər ?

Xalidə zülflərin düzəldir …

Səhvlərinizi düzəldin, Xalidə Bayramova 

Uzun illərdir  Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini kimi çalışan Xalidə Bayramova ilə bağlı yeni  mənfi xəbəri oxuyanda anidən yadıma məşhur  Xalidə mahnısı düşdü:
Xalidə gözəldir, 
Zülflərin düzəldir. 

Əlbəttə, məmur olub-olmamasından asılı olmayaraq qadının özünə sığal verməsi, zülflərini düzəltməsi, loru dildə desək, “fason verməsi”  təbiidir. O cümlədən də, Xalidə xanımı zülflərini düzəltməsinə görə, kimsə ittiham edə bilməz. 
Amma, siz axı, xanım olmaqla bərabər, ölkə paytaxtının ən strateji rayonu olan Səbaildə 2-ci rəhbər şəxsiniz.  
Siz neçənci dəfədir ki, dövlət məmuruna yaraşmayan ciddi səhvlərə yol verirsiniz, Xalidə xanım. 
Siz zülflərinizlə bərabər, səhvlərinizi də düzəltməyə çalışın. Axı, belə olmaz. 
Sizin vəzifə səlahiyyətlərinizdən  sui-istifadə etmənizlə bağlı nə qədər yazırlar, nə qədər deyirlər. 
3 il əvvəl  sizin adınız  162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. Məktəbdə mənəvi və fiziki təzyiqlərə məruz qaldığı üçün intihar edən Elinanın ölümü ölkədə uzun müddət müzakirələrə səbəb olmuşdu. 
Siz isə  ağır vəziyyətdə olan Elinanı xəstəxanaya çatdırmaq əvəzinə sorğu-sual edərək videoya çəkmişdiniz, ona tibb yardım edilməsinə icazə verməmişdiniz. 
Buna görə, mətbuatda, sosial şəbəkədə sizin ünvanınıza nələr deyilmədi, Xalidə xanım.
Amma olduğu üçün xatirinzə dəyən olmadı. Hətta, o boyda Yazıçılar Birliyinin sədri Anar müəllim sizi əməlli-başlı müdafiə etdi, sizinlə bağlı “poema” yazdı. 
Bunlar sizə dərs olmadı ? 
İndi isə Xalidə  xanımın adı  daha ağır cinayətdə hallanır. 
Belə ki,  Xalidə Bayramova  yaxın qohumuna saxta vaksin sənədi almaq üçün vəzifəli şəxslərə müraciət edib. Xanım müavinlə bağlı  Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Qeyd olunur ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib “Covid-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib. Baş Prokurorluq onun intizam məsuliyyətinə cəlb edilməsi üçün icra hakimiyyətinə təqdimat göndərib.
Səbail İcra hakimiyyəti isə hələlik birinci müavin barəsində heç bir tədbir görməyib. 
Təsəvvür edirsiniz, bütün dünya COVİD əleyhinə mübarizə aparır, dövlət başçısı İlham Əliyev cənabları  vaksinlərin alınması ilə bağlı çalışır, Xalidə Bayramova isə əvvəlki səhvlərini düzəltmək əvəzinə, daha ağır cinayətə əl atır. Bu əməl dövlət siyasətinə qarşı yönəlib. 
Bu adam ilə bağlı heç bir tədbir görülmür. 
Onu da qeyd edək ki, Xalidə Bayramova təkcə vəzifəli şəxslərə deyil, müxtəlif şirkətlərə də təzyiq edir. 
Yəqin ki, Xalidə  Bayramova  Azercell şirkətinə göndərdiyi çoxlu sayda şəxsiyyət vəsiqələrinin nə olduğunu gözəl bilir. 
Bəli, Xalidə gözəldir, Zülflərin düzəldir. Amma səhvlərini düzəltmir.

Oxşar xəbərlər

Xalidə Bayramova vəzifəsindən AZAD EDİLDİ
İcra başçısının müavini saxta peyvənd sənədi tələb edib - RƏSMİ
Xalidə Bayramova vəzifəsindən niyə azad olunmur?
Diktor gəlinini və nəvəsini qəbul etmir: "Oğlum bir gecənin bədnamı olub"
“İkiarvadlılıq pis deyil, amma xanımıma yaxşı baxmışam”
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Gəncədə həkimlərin maaşı kəsildi – Səhiyyə işçiləri İH-ə yürüş etdilər
Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı
İcra başçısı müharibədə evi yararsız hala düşən vətəndaşı hədələdi – Video
Kürdəmirin mədəniyyət "ŞEFİ" hər ay 9500 manat verirmiş? - İTTİHAM
Dəbdəbəli evdə gizlənən erməni polkovnik hərbçimizlə üz-üzə gəldi və... - Hadrutda şok anlar
İcra başçısının müavini koronavirusdan öldü
Qəbələ təhsilində nə baş verir? - İDDİA
Yardımlıda MƏMUR ÖZBAŞINALIĞI... - GİLEY
Adı korrupsiya qalmaqalında keçən İdarə rəisi haqqında tədbir görüləcəkmi? - Foto
Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verildi
DTX-nın həbs etdiyi vəzifəli şəxsin yerinə təyinat oldu
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısının həbs müddəti artırılır
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
"Elinanın məktəbi"ndə ara qarışıb - Sevinc Abbasova yenidən direktorluq sevdasına düşüb
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
Şəkidə əlillik dərəcəsi almaq üçün baş həkimə NƏ VERMƏK LAZIMDIR? -ŞİKAYƏT
İcra başçısının müavini səfərbərliyə şou xətrinə müraciət edibmiş? - İDDİA
Şamaxı icra başçısına yeni müavin təyin olundu
Nərimanovun icra başçısına yeni birinci müavin təyin olunub
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR