Hərbi Polisdə kimlər əsgər kimi qulluq edir ?-  Qiymətlər hansı intervalda dəyişir ?
10-05-2021, 18:30
634

Hərbi Polisdə kimlər əsgər kimi qulluq edir ?- Qiymətlər hansı intervalda dəyişir ?

Zakir Həsənov və  Xanlar Vəliyev Hərbi Polisdə ciddi yoxlamaların aparılmasına göstəriş verməlidir... 


Biz  bir şeyi mütləq nəzərə  almalıyıq ki, Azərbaycan dövlətinin bu il 30 yaşı tamam olacaq. Yəni bu 300-500 il yaşı olan dövlət deyil. Amma bu o demək deyil ki, məmurlarımız bunu bəhanə edib neqativ hallara yol verməlidirlər. 
Bəli, Azərbaycanda Hərbi Polis  deyilən qurum 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən yaradılmışdır. 
Hərbi qulluqçuların ictimai yerlərdə, dəmir yollarında, avtovağzallarda və küçələrdə özlərini nizam intizamlı və geyim qaydasına uyğun şəkildə hərəkət etmələrinə Qarnizon Patrulları və Hərbi avtomabillərin müşaiəti və yol hərəkatı qaydalarına riayət etmələri üçün HYP (Hərbi Yol Polis) kimi bölmələri vardır. Bu bölmələr  hər hansı bir ərazidə hərbi qulluqçuların etdiyi qanunsuzluqlar və ya hərbi hissələrdə baş vermiş qanunsuz hərəkətlər barədə araşdırmaların aparılmasını təşkil edir. Bununla yanaşı Hərbi Polis bölməsində əsgərlərin nizam intizamsızlıq etmələri halında ƏİT (Əlahiddə İntizam Taboru) bölməsi də vardır. 
Azərbaycanın da daxil olduğu  ölkələrdə hərbi qulluqçuları və hərbi maşınları mülki polis və ya mülki yol polisi saxlaya bilməz. Lakin, əgər hərbçilər ictimai asayişə zərər vurarlarsa, yalnız saxlayıb (ondan heç bir sənəd vəsiqə istəyə bilməz) hərbi polisə və ya hərbi yol polisinə təqdim edə bilər. 
Sözümüzün canı odur ki, bizdə çoxları Hərbi Polisin funksiyalarını bilmir. 
Onu da əlavə edək ki, Hərbi Polisin özünün hərbi qulluqçuları var və  qurumda hərbi xidmət keçirlər. 
İndi isə keçək əsas mətləbə. 
Əsas məsələ odur ki, yuxarıda qeyd etdiyimiz kimi Hərbi Polisdə həqiqi hərbi xidmətə çağırışçılar  hərbi xidmət keçirlər. 
Cəmiyyətimiz üçün maraqlıdır ki, N saylı hərbi hissədə neçə əsgərin qulluq keçməsi bəlli olduğu kimi, görəsən…
1.    Hərbi Polisdə neçə gənc əsgər hərbi qulluq keçir ? 
2.    Həmin gənc əsgərlərin neçəsi məmur balasıdır ?
3.    Və neçəsi imkansız ailənin övladlarıdır ?
4.    Qiymətlər hansı intervalda dəyişir..?
5.    Ümumiyyətlə, söhbət təkcə, Hərbi Polisdən getmir. Bəs  el arasında
 ESKA- Mərkəzi Ordu İdman Klubunda vəziyyət necədir ? Söhbət  1961-ci ildə Bakı şəhərində yaradılmış OİK (Ordu İdman Klubu) klubdan gedir. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin himayəsindədir.
6.    Bəli, ordu İdman klubunda qiymətlər necə dəyişir ?

Cəmiyyətin ciddi tələbidir ki, Müdafiə Nazirliyi  və Hərbi Prokurorluq  yuxarıda qeyd olunan məsələlərlə bağlı ciddi araşdırmalara başlasın. Əminik ki, ciddi araşdırmalar aparılsa, ortaya dəhşətli faktlar və cinayətlər çıxacaq. Amma söhbət ciddi araşdırmadan gedir. 
Əks təqdirdə  biz bir media qrupu olaraq Sabunçuda satılan torpaq sahələri, Pivə zavodlarının ərazisi, N saylı hərbi hissənin ərazisinin necə satılması, şəhərin mərkəzində Nəcməddin Sadıqovun tikdiyi mülklər və s barədə bildiklərimizi ictimailəşdirəcəyik. 
Hesab edirik ki, müvafiq qurumlar ciddi təhqiqat aparmalı və Nəcməddin Sadıqov və onun kimilər  həbs olunmalıdır.

Araşdırmamız davam edir...

Oxşar xəbərlər

Azərbaycan əsgərləri ilə bağlı yeni Video
Hərbi qulluqçuların maaşları artırıldı RƏSMİ AÇIQLAMA
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı tədbirlər görülür - FOTO/VİDEO
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Zakir Həsənov əmr imzaladı
Həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdı
Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
İndiyədək neçə hərbçilərimiz peyvənd olunub? - RƏSMİ
Bu aydan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək
Dövlət Xidməti çağırışçılara müraciət etdi
Vətən müharibəsi şəhidlərinin YENİ SİYAHISI
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırışla bağlı açıqlama
Ordumuz ermənilərdən daha 5 hərbi texnika ələ keçirdi
Ermənistanda hərbi hissədə qiyam - Əsgərlər xidmətdən qaçır
Ehtiyata buraxılan hərbçilər yola salındı
Şəhidlərimizin adı ictimaiyyətə açıqlanacaq - Müdafiə Nazirliyi
Ermənistanda əsgər ailələri aksiya keçirdi
Əsgərlərin sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Hərbi hissələrdə yoxlama - FOTO/VİDEO
Ermənistan Qarabağa əsgər göndərməkdən imtina etdi
Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Müddətli həqiqi hərbi xidmətdə olanların uşaqlarına da sosial müavinət veriləcək
Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?
Azərbaycan şəhidlərinin tam siyahısı açıqlandı – Rəsmi
Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri birgə təlimlər KEÇİRƏCƏK
Arutunyan itkin hərbçilərin qohumlarını sakitləşdirdi