Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... -  İcra başçısı öz müavinləri ilə yola getmir...
10-05-2021, 17:21
189

Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... - İcra başçısı öz müavinləri ilə yola getmir...

Kəlbəcərin yeni icra başçısı Azər Qocayevlə  bağlı ötən yazımızda da qeyd etmişdik ki, vəzifəyə təyin olunmasından  1 il keçməsinə baxmayaraq onun gördüyü hansısa bir iş diqqəti çəkmir.

Ömründə bircə gün Kəlbəcərdə olmayan, ixtisasca energetik ( el arasında mantyor deyirlər) olan, idarəetmə təcrübəsi olmayan Azər Qocayev kabinetdə oturub şəkil paylaşmaqla məşğuldur.

1 il müddətində Azər Qocayev bir nəfər də olsun Kəlbəcərli şəhid ailəsini ziyarət etməyib, bir nəfərin də problemi ilə maraqlanmayıb. 

Təzə icra başçısının 1 ildə 1-cə işi olub: 44 günlük müharibədən sonra polislə  birgə Kəlbəcərə gedən kənd icra nümayəndəsinin müavinini işdən qovub. Bərəkallah. Özün getmirsən, qoy barı başqaları getsin də. 

Bir sözlə, təzə icra başçısı haradan başlayıb harada qurtarmağı bilmir.

Gundelik-baku.com-a daxil olan məlumata görə, icra başçısı öz müavini- ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Fərqanə Əhmədova ilə yola getmir. Xanım müavin isə, ümumiyyətlə, icra başçısını  saymır, hətta işə də çıxmır. Təzə başçı, ümumiyyətlə, öz müavinləri ilə "dil tapa" bilmir. Bir müddət əvvəl 1-ci müavini Eldəniz Mehtiyevi vəzifəsindən uzaqlaşdırmaq istədi, ancaq sonra hansısa səbəbdən gücü çatmadı. 

Eldəniz Mehtiyev isə milyonçunun biridir, neçə yerdə nəqliyyat marşrutları var. 

Eldəniz Mehtiyevə gücü yetməyən başçı indi onu özü ilə rayondakı qərargaha aparıb. 

Bütün bunlar azmış kimi. icra başçısı Azər Qocayev siyasi səhvlər buraxır, Prezidentin irəli sürdüyü məsələlərə laqeyd yanaşır. 

Məlumdur ki, cənab İlham Əliyev Respublikada baramaçılığın inkişafı üçün təşəbbüs göstərir, bu sahəyə diqqət ayırır. 

İcra başçısı Azər Qocayev isə deyir ki, " Kəlbəcərdə barama olub ki, indi də olsun, nə barama ee". 

Görəsən, ümumiyyətlə, Azər Qocayev ömründə barama görübmü ? 

Deməli, Azər Qocayev Kəlbəcərdə baramaçılığın inkişafına mane olur. Əks təqdirdə, bilənlər bilir ki, indiyə qədər barama qurdu paylanmalı idi. 

Sözün qısası,  Azər Qocayevin heç bir aqrar sahədən məlumatı yoxdur.

Azər Qocayev təkcə aqrar sahəni deyil ee, heç ədəb-ərkan məsələsini də mənimsəməyib. Başa düşmür ki, böyüyün üzünə ağ olan, böyürə böyürə gedər.

Oxşar xəbərlər

Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu-  1  ildə  icra başçısı nə iş görüb ?
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Yeni icra başçısı  Azər Qocayev  1 ildə  Kəlbəcər üçün nə iş görüb ?- Sabiq başçı, hazırda isə Kəlbəcərin deputatı Aqil Məmmədov  9 ildə nə iş gördü ?
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Kəlbəcərlilər qələbə sevinclərini bölüşdülər - FOTO/VİDEO
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısına yeni müavin təyin edildi
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
İlham Əliyev icra başçısı təyin etdi - SƏRƏNCAM
Zaqatalanın icra başçısı ilə bağlı ŞOK İDDİA - NARAZILIQ VAR!
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR