Səfər  Mehdiyev  DGK-nı arendaya götürüb ?- Mehdiyevin  qohumları dövlət qulluğuna necə qəbul olublar ?
11-05-2021, 15:37
322

Səfər Mehdiyev DGK-nı arendaya götürüb ?- Mehdiyevin qohumları dövlət qulluğuna necə qəbul olublar ?

Axı, Prezident deyir ki, tayfa psixologiyasından uzaq olun...


Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 2003-cü ildə Prezident seçiləndə ilk müsahibəsində demişdir: “Biz tayfa psixologiyası, feodal təfəkkürü ilə heç nəyə nail ola bilmərik”. 
Bu cənab Prezidentin proqram çıxışı idi.
Yəni məmurlara mesaj idi ki, biz sivil dünya ilə bütünləşməli və mütərəqqi dəyər və prinsipləri cəmiyyətimizdə tətbiq etməliyik. 
Görəsən, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev  Prezidentimizin bu sözlərini niyə qulaqardına vurur. 
Azərbaycan cəmiyyətində “Kolxoz”  ləqəbi ilə tanınan DGK sədri gömrük sistemini sanki rüşvət və korrupsiya yuvasına çevirib. Bu barədə hamı danışır. Hətta Milli Məclis səviyyəsində. 
Bütün bunlar azmış kimi Səfər  Mehdiyev  gömrük sistemindəki mühüm vəzifələrin hamısını öz qohum-əqrəbasına verib. Sanki ''NEHRƏMLİ İMPERİYASI'' qurub...
Səfər Mehdiyevin  qayınları  Əli, Zeynal, İlham  Tarquliyevlər  DGK-da  at oynadırlar. 
Hansı ki, bu qayınların atası  Qulu Tarquliyev 90-cı ildə Ulu Öndər Heydər Əliyevə qarşı ən kəskin çıxışlar edib. 
Bunları da qoyaq  bir kənara. 
Axı, bu ölkədə pis-yaxşı  qayda-qanun var ki, dövlət qurumlarında işləmək üçün mütləq testdən, İmtahan Mərkəzindən keçməlisən. 
Bütün mətbuat yazır ki, Səfər Mehdiyevin qohumları “qolxozdur”,  savadları yoxdur, hətta tərcümeyi-hallarını yaza bilmirlər. 
Bəs onda,  ay Səfər Mehdiyev, bu qohumlarını necə doldurmusan DGK-ya ? 
DGK-nı  icarəyə ( arendaya)  götürmüsən, cənab Mehdiyev ?
Bəlkə babandan qalıb ? 
Axı, cənab Prezident  tələb edir ki, tayfa psixologiyasından uzaq olun. 
Deməli, siz  ölkə başçısının yeritdiyi siyasətin əksinə gedirsiniz. Eynən, qaynatan  Qulu Tarquliyev kimi. 
İndi isə buyurun Səfər Mehdiyevin DGK-dakı “tayfasının”  siyahısına  baxın: 
1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri "udur”dır.

2. Qayını ilhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə girişə bilməz. Rüşvəti meşokda tərəziylə çəkib alır.

3. Səfər Mehdiyevin köməkcisi Rəşad yaxin qohumudur.

4. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Adını yaza bilməyən bu qurumsaq 2 ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.

5. Qayını Tarquluyev Zeynal Azterminalkompleks İstehsalat Birliyinin rəis müavinidir. Qara kassiya o nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq Gömrük Broker və Laqistik "xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburu həmin "xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.

6. Qardaşı oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir.

7. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu.
Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə "güzəştlı”xidmət göstərir.

8. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor.

9. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir.

10. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.

11. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəmiz nəqliyyatı baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.

12. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu.

13. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən G/P inspektordu.

14. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində İşləyir. Saxta tabel yazılır əmək haqqı alır. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu.

15. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif Və nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir.

16. Bacanağı Həsən Dövlət Kömrük Qospitalında işləyir.

17. Dostu Elman Dövlət gömrük komitəsinin Qospitalında Baş həkimdi. Bütün gəlirlərə o nəzarət edir. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda saxta dərman idxalına görə DTK tərəfindən həps edilmişdir.

18. Bacanağı Eldar Dövlət Gömrük komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir.

19. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır Amma işə cixmır.

20. Qardaşının kürəkəni Sahib İş adamlarina ucuz qiymətə mal cixardiğini bildirərək Broker Gömrük xidməti acmişdir.

21. Yeznəsinin Qardaşı oğlu Cəfərov Davud Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda Davud rəislik eliyir.

22. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman Azterminalkompleks İstehsalat birliyində işləyir 

23. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük komitəsində (Yeznəsinin qardaşlari oğlu ücü də gömrükdə işləyir)
24. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən G/P Azterminalkompleks İB işləyir.

25. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektor

26. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. “Gömrük orqanlarinda Xidmət haqqinda”
Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.
Hətta DGK-nın mətbuat xidmətində çalışan şəxslər də Səfər Mehdiyevin qohumlarıdır. 
İndi söz sənindir, Səfər Mehdiyev ! Buyur mövqeyini bildir.

Oxşar xəbərlər

Səfər Mehdiyev varidatını xaricə köçürür... - İDDİA
5-ci kalonun gömrükdəki görünməz siması deyilən Səfər Mehdiyev YOLA SALINDI – SON DƏQİQƏ
"Səfər Mehdiyev niyə orduya yardım etmədi?" - ETİRAZ
Səfər Mehdiyev necə olur ki. MÖVQELƏRİNİ QORUYUR... - İDDİA
Səfər Mehdiyev, sayılı günlər qalıb, hazır ol-700 milyon kəsiri kim ödəyəcək, cənab DGK sədri?-VİDEO
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Səfər Mehdiyev SƏFƏRBƏRLİKDƏN KƏNARDA... - Bizdən biri deyilmiş...
Səfər Mehdiyev də bacarmadı, köhnə niyyətə QAYIDIŞ... - İLGİNC MƏQAM
Səfər Mehdiyevin özü getmək istəyir... - İDDİA
Səfər Mehdiyevi o əvəz edəcək? - Azər Məmmədov kimdir?
Səfər Mehdiyevin yeni inhisarçı komandası... - DGK sistemi nədən dəyişə bilmir?
Səfər Mehdiyev yeni ilə qədər vəzifədən alınacaq - İDDİA
AzTV-nin əməkdaşını avtomobillə gömrük generalının qardaşı oğlu vurub öldürüb
Səfər  Mehdiyevin  vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
Səfər Mehdiyev adi kağızdan milyon qazanıb -  DGK  sədrinin  qaynı Zeynal Tarquliyevin bəyannamələri-MEXANİZM
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...
Ramiz Mehdiyevin qardaşı oğluna general rütbəsi VERİLDİ - FOTO
Onunla haqq-hesabın vaxtı yaxınlaşır... - Fransa kimi, daxildəki "fransızlar" da hədəfdədir...
"Səfər Mehdiyevə qarşı da bir əməliyyat keçirilməlidir..." - İTTİHAM
Səfər Mehdiyev deputata savaş açır..
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Prezident sərəncam imzaladı: Bu şəxslərə general-mayoru verildi
107 kq narkotikin ölkədən çıxarılmasının qarşısı alınıb
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsi sistemində işləyən qohum və tanışlarının siyahısı
Gömrükdə 680 milyon manat skandalı
Səfər Mehdiyevə ÇAĞIRIŞ - Xainlər elə gömrük qapıllarındaca BOYKOT EDİLSİN!
Bakı Baş Gömrük İdarəsinin rəisi sahibkardan rüşvət istəyir? - Kənan Məmmədovla bağlı Prezidentə müraciət
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?