Rövşən Rzayev, deyirsən ki, əlavə gəlirim yoxdur, maaşla dolanıram- Oğlunuz  kiçik bizneslə məşğul olur, yoxsa..?
11-05-2021, 17:30
336

Rövşən Rzayev, deyirsən ki, əlavə gəlirim yoxdur, maaşla dolanıram- Oğlunuz kiçik bizneslə məşğul olur, yoxsa..?

Dediklərinə özün inanırsanmı, Rövşən Rzayev ? 


Ötən dəfə qeyd etdiyimiz kimi Rövşən Rzayevin “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi”nə sədr təyin olunmasının  3 ili tamam oldu, artıq  4-cü ilidir. 
Sözün düzü, Rövşən Rzayevin neqativ əməlləri haqqında, ona göstərilən etimadı  doğrultmaması barədə o qədər yazılıb ki, artıq bu adamın personası insanları yorur. 
Amma deyəsən, Rövşən Rzayev özü də “işsizlikdən”  yorulub. Bizim ehtimalımıza görə,  yaxın günlərdə olmasa da, yaxın zamanda Rövşən Rzayev vəzifəsi ilə vidalaşacaq. 
Ancaq hazırda, yəni de-yure Rövşən Rzayev komitə sədri olduğu üçün ona bir neçə sual ünvanlayaq. 
Cənab Rövşən Rzayev,  deyirsən ki, mənim əlavə gəlir mənbəyim yoxdur, maaşla dolanıram.
Cənab Rövşən Rzayev, sən başın, dediklərinə özün inanırsan ? 
Sən Azərbaycan cəmiyyətini nə hesab edirsən ? 
Necə yəni maaşla dolanıram. 
Rövşən Rzayev, deyirsən ki, oğlum kiçik bizneslə məşğul olur. 
Cənab komitə sədri ! Heç utanırsan,  heç ayıb edirsən ? 
Sizin oğlunuz  Almaniyada  mənzil biznesi ilə məşğul olur. Mənzil biznesi məgər kiçik biznesdir ?  
Cənab Rövşən Rzayev ! Sizin oğlunuz hansı pulla Almaniyada mənzil alıb-satır ? 
Rövşən Rzayev, sizi Azərbaycanda  restoranlar kralı kimi tanıyırlar. 
Berlində "Karabakh” ("Qarabağ”) və Kölndə "Old Baku” ("Qədim Bakı”) restoranları kimə məxsusdur, cənab komitə sədri ? 
Bəs  deyirsən maaşla dolanıram ? 
Rəhbərlik etdiyin komitədə 2 MÜHÜM, YAĞLI YER VAR:
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  və Mənzil İstismar Departamenti. 
Fondun direktoru dostunuz və şərikiniz Mahir Abbaszadə, Departamentin direktoru isə ikinci dostunuz və ikinci şərikiniz Səbuhi Əhmədovdur. 

Bəli, cənab Rövşən Rzayev, siz komitəyə öz şirkətiniz, biznes sahəniz kimi baxırsınız. Və deyirsiniz ki, maaşla dolanıram. 
Rövşən Rzayev, siz  Mahir Abbaszadənin əli ilə milyonluq tenderləri hansı şirkətlərə satırsınız ? 
Rövşən Rzayev, siz keçən il qaçqın şəhərciyində daxili yolların təmirinə 200 min manat xərcləmisiniz. 
200 min manata magistiral yol salırlar ee. 
Özü də təmirə və şəhərcik daxili yola 200 min manat. 
Rövşən Rzayev ! Sən məcburi köçkün şəhərciyində “besedka”nın tikintisinə 70 min pul xərcləmisən, 1 “besedka”  8 minə başa gəlib
8 min manata “besedka” olar, cənab sədr ? 
8 min manata  camaat ev tikir, sən də “besedka”. 
Özün qaçqınların hesabına milyonlar qazanırsan, qaçqınların isə orta aylıq əmək haqlarını, digər güzəşt və imtiyazlarını ləğv edirsən. 
Nə yazaq və necə yazaq ki, başa düşəsiniz, cənab sədr ? 
Təsəvvür edirsiniz, məcburi köçkünlərin şəhərçiklərindəki JEK işçiləri 4 aydır əmək haqqı ala bilmirlər.
Məcburi köçkün şəhərçiklərində su tapılmır, insanlar koronavirus dövründə əllərini yumağa su tapmırlar.
“Azərsu”yun 1 litrini 0.7 manata satdığı suyu, sən alıb qaçqınlara 1.5 manata satırsan. Şəhərciklərdə bütün qış dövrü istilik sistemi-“kotelni” işləməyib. 
Qaçqınlara verilən dəniz suyunu filtrdən keçirib qaçqınlara hər litrini 15 qəpikdən satırsan. 
Hansını yazaq, problem bir deyil, iki deyil...
Dostunuz və şərikiniz  Mahir Abbaszadə 15 milyonluq tenderi kimlərə verdi ? 
Digər dostunuz və şərikiniz, Balaxanıneft  Neft Qaz Çıxarma İdarəsinin ( NQÇİ) rəisi olmuş, hazırda Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun qaçqınların başına oyunlar açıb, mənzilləri satır, qaçqın şəhərciklərində satmadığı yer qalmayıb. Və üstəlik qaçqınlara yaşadıqları mənzillərin guya mülkiyyət kağızını düzəltmək adı ilə dövlət rüsumu kimi 5-10 min manat pul alıb. Yəni qaçqınları aldadıblar ki, mənzillər sizə qalacaq. Ancaq indi məlum olur ki, həmin mənzillər dövlət fonduna aiddir.  
Daha nələrdən yazaq ki, siz böyük cinayətlərin içində olduğunuzu anlayasınız, cənab Rövşən Rzayev.

Oxşar xəbərlər

Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Qaçqınkomun sədri  Rövşən Rzayev hansı işlərlə məşğuldur?
Rüşvətin və korrupsiyanın buynuzu olmur, cənab Rzayev-QAÇQINKOM SƏDRİNƏ QARŞI İDDİALAR-VİDEO
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
“Qobu park-2”də  binanın kanalizasiya suları məcburi köçkün ailəsinin mənzilinə axır-  Bəs deyirdin, trenajor, gimnastika, cənab komitə sədri cənab Rövşən Rzayev…
Rövşən Rzayev isti kabinetində oturub, camaat isə... - GİLEY
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Rövşən Rzayev QOÇU SAXLAYIR? - VİDEOFAKT
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
“Meliorasiya”dan 1 milyonluq tender udan Rövşən Əliyev kimdir?
Qaçqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Kim yuxudan tez durursa, “Qaçqınkom”un sədri odur… - Sənin kabinetin qaçqınların yataqxanası olmalıdır, cənab Rövşən Rzayev
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri  Səbuhi Əhmədovdan pullarını tələb edir
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
“2021-ci il 2020-ci ildən də dəhşətli olacaq” - Ekstrasens Zirəddin Rzayev
"Rövşən Bağırovu nə vaxt cəzalandıracaqlar?" - Lerikdə NARAZILIQ
Komitənin qarşısından ucalan qarğışlar
Rövşən  Rzayev   "xiyar sezonu"nunda  əmək fəaliyyətinə  başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
Rövşən Əkbərov həbs edildi
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Dövlət kanalında QALMAQALLI DƏYİŞİKLİK - AzTV sədri daha bir qohumuna yüksək vəzifə verdi
Zirəddin Rzayev koronavirusda nələri dedi? - AÇIQLAMA
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər
Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
AzTV-də Rövşən Məmmədli “dərəbəyliyi”: - Şikayət edəni işdən qovurlar, maaşlar isə 250 manat
Generallar Rövşən Əkbərov və Xəqani Cəbrayılov ehtiyata buraxıldı
Rövşən Rzayevin “Bu pullar hara gedir” sualına Aparat rəhbərinin cavabı… - Qaçqınkomun sədri  Etibar Abdullayevdən niyə ehtiyyat edir ?