“FETÖ-nün  banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.-   “Ziraat Bank”da nələr baş verir ?
12-05-2021, 07:28
704

“FETÖ-nün banka”sı olan ZİRAAT BANK-ın rəhbəri Avni Dəmirçi Şuşada filial açmaq istəyir.- “Ziraat Bank”da nələr baş verir ?

Bankın İdarə Heyətinin sədri  Avni Dəmirçi  tədbirlərə niyə qatılmır ? 

Dünyanın məşhur söz adamlarından biri deyir: ” Dünyanı BANK-lar vasitəsilə MAFİYA idarə edir “. 
Bəli, BANK-lar sizə  adi görünməsin. Bu gün dünyada BANK-lar əsas söz sahibidir. Kəşfiyyat-filan, xüsusi-xidmət-zad arxa plana keçib. Bu gün dünyanın idarə olunmasında ağırlıq mərkəzi bankların üzərinə düşür. 
70 illik sovet dönəmində  özəl bankdan danışmaq adama gülməli gələrdi. Nə özəl, nə şəxsi bank ? 
Amma son 20-30 ildə ölkəmizdə  şəxsi banklar yağışdan sonra göbələk kimi artır. 
Sözün düzü, özəl bankların olmasının faydası da var. 
Amma, baxır necə bank ..
Qardaş  Türkiyə ilə bütün sahələrdə əlaqələrimizin genişlənməsi hər iki tərəfin xeyrinədir. Bu iqtisadiyyatın ciddi bir sahəsi olan bank sektoruna da aiddir.  
Belə banklardan biri də  Türkiyənin ən böyük bankı olan “Ziraat Banka”sının Azərbaycandakı törəməsi - Ziraat Bank Azerbaijan ASC -dir. 
Təsəvvür edirsiniz, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan  bölməsi 2014-cü ildə  fəaliyyətə başlayıb. 
Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı  tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət  göstərir. 
Bu gün mediada yayılan məlumata görə, Bankın İdarə Heyətinin sədri Avni Dəmirçi bildirib: “Yeni filial üçün Şuşa şəhərində münasib yer axtarırıq”. 
Əlbəttə, bir daha təkrar edirik ki, ölkəmizdə qardaş Türkiyənin banklarının fəaliyyəti lazımdır. 
Amma …bəzi məsələlərə aydınlıq gəlməlidir. 
Məsələn, media üzərindən apardığımız  araşdırma zamanı bəlli oldu ki, bankın rəhbəri Avni Dəmirçi  onu bu vəzifəyə gətirən FETÖ-ya olan simpatiyasını artıq açıq-aşkar büruzə verir və bundan heç də narahat olmur. Bu isə iş adamları arasında birmənalı qarşılanmır. Hətta bank  rəhbərinin  Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsini az qala toy-bayram etməsi də  diqqətdən yayınmır. 
Bir sözlə,  “Ziraat Bank”  rəhbərinin FETÖ  sevgisi  bankın fəaliyyətinə ciddi təsir edib. 
Araşdırmadan o da bəlli olur ki, bankın rəhbəri  Avni Dəmirçi Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi rəsmi tədbirlərdə kənar qalmağa çalışır. 
Hətta gundelik-baku.com saytına daxil olan məlumata görə, Sumqayıtda  banka yaxın şəxslərin, yəni “saqqallıların” iclası keçirilir, müzakirələr gedir. Bu barədə dəqiqləşdirmələr aparırıq. 
Bizi izləyin. 
Qarşı tərəfin mövqeynini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

“Ziraat Bank”ın rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti son illər niyə zəifləyib ?
“Ziraat Bank”ın  rəhbəri Avni Dəmirçinin FETÖ sevgisi- Bankın fəaliyyəti  son illər niyə zəifləyib ?
"Ziraat Bank”ın xalis mənfəəti 33% azalıb
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
"Bank BTB"nin 2 filial, 1 şöbəsi bağlandı
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
Vahid  Ələkbərovun “Yelo Bank”ında nələr  baş verir?- Baş bankir  Elman Rüstəmovun ''yarıtmaz''  siyasəti nəticəsində banklar sıradan çıxır
Müştərilər “Bank Respublika”dan əmanətlərini geri çəkdilər - NƏ BAŞ VERİR?
"Access Bank" yığılmış zərəri ilə nə edəcək? - Səhmdarlar kömək edəcəkmi?
Bazarın ən zəif riteyl bankı məlum oldu - KRİTİK DURUM
“Access bank” deputatın qardaşının hesabından pul çıxdı – “Bu necə bank fəaliyyətidir?”
Bağlanmış 4 bankın əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA
Banklarda kredit verilməsi prosesi sadələşir
Əhməd Vəliyev iflas ərəfəsində: “İmperiya” çökür
“Azər Türk Bank” kritik həddə - RƏQƏMLƏR
Baş bankirə tutarlı CAVAB: - “Azərbaycan nə Almaniyadır, nə də Amerika”
"Sən saydığını say, gör "Express Bank" nə sayır..." - GİLEY
“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub
Ramiz Mehdiyevin bankı İFLAS ƏRƏFƏSİNDƏ - mənfəəti 2 dəfədən çox azalıb
Rüfət Aslanlının bankı kritik durumda
Azərbaycanda iki bankın lisenziyası ləğv edilib - RƏSMİ AÇIQLAMA
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
Gürcüstanda banka silahlı basqın olub
Noyabr ayının pensiya vəsaitləri hesablara köçürülüb
“AFB Bank” 3 dəfədən çox kiçilib - RƏQƏMLƏR
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
Bir ildə 39 milyonluq xalis zərər: Yelo Bankda nə baş verir?