İşıqdan milyonlar qazanan “Azərişıq”ın sədri  Vüqar Əhmədovun biznes imperiyası...
12-05-2021, 22:00
454

İşıqdan milyonlar qazanan “Azərişıq”ın sədri Vüqar Əhmədovun biznes imperiyası...

Bayram günü 3-4 manat borca görə kasıbın işığını kəsən qurum niyə  30-40 min borcu olan  “parnik”lərə, sexlərə toxunmur ? 


“Azərişıq”  ASC-nin  yeni sədri   Vüqar  Əhmədov digər yaşıdları kimi ali  təhsil  alaraq  İqtisad Universitetini bitirb. Vəssəlam. 
Vüqar Əhmədovun  sonradan guya Allah qoymasa, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasını bitirməsi-zad-filan  bunlar boş  söhbətlərdir. 
Belə akademiyaların  sayı-hesabı bilinmir. Hərə gedib bir saxta sertifikat alır və bunu hamının gözünə soxur. Bu məsələni qoyaq bir kənara. 
Bəli, Vüqar Əhmədov nəinki dünyada, heç ölkəmizdə nüfuzu olmayan “Narxoz”un   onminlərlə tələbəsindən biridir. 
Bu universitetin tələbələrinin çoxu  Sədərəkdə-zadda  alver edir. 
Bəs, hansı bacarığına, hansı qabiliyyətinə, hansı istedadına görə, Vüqar Əhmədov  bu gün böyük bir biznes imperiyasının sahibidir. 
Bəlkə babasından xəzinə qalıb, bəlkə böyük bir elmi kəşfinə görə, ixtirasına görə, patent alıb, milyonlar qazanıb ? 
Əsla, bunların heç biri deyil. 
Vüqar Əhmədov İqtisadiyyat Nazirlriyində  İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru  işləyib.
Bəli,  yediklərimizin və geydiklərimizin  hansı keyfiyyətdə olduğu hamıya məlumdur. Bəli, Vüqar müəllim, həmin keyfiyyətsiz  istehlak mallarına  “keyfiyyət”  nişanı verib milyonlar qazanıb. 
Vüqar Əhmədov sonra  Vergilər  Nazirliyində nazir Fazil Məmmədovla “çiyin-çiyinə” çalışıb. Daha doğrusu, kapital qazanıb. 
Gürcüstanda hətta küçə ticarəti ilə məşğul olan şəxs vergidən yayına bilməz. 
Amma, bizdə Vüqar Əhmədov kimi “vergi yığanlar” az qala büdcənin yarısını oğurlayırlar. 
Sonrakı etapda Vüqar Əhmədov işıqdan milyonlar qazanmağa başladı. 2015-2020-ci illərdə “Azərişıq” ASC-nin sədr müavini, hazırda isə sədridir. 
Bu qurum nə qədər kasıbın, imkansızın evinin işığını kəsib, ailəni, uşaqları, evdəki xəstələri işıqsız qoyub. Nəyə görə, 3-4 manat işıq borcuna görə. 
Birincisi, 3-4 manat borca görə, işıq kəsirsinizsə, bəs istixanaların, “moyka”ların, özəl şirkətlərin, şəxsi sexlərin və s yüz min manatlarla borcunu necə “silirsiniz”..?
Siz bayram günlərində də  vətəndaşların işıqlarını kəsirsiniz. 
Ümumiyyətlə, işıq kəsmək ən vicdansız əməldir. 
Azərbaycanda  milyonçu  qaz oğruları, milyonçu su oğruları olduğu kimi, sizlər də işıq oğrularısınız. 
Digər  daha vacib məsələ. İşığa qoyduğunuz limitlə bağlı. 
Axı, vətəndaş  işıqdan kommersiya, qazanc  məqsədilə istifadə etmir, məişətdə istifadə edir. Buna necə limit qoymaq olar ? 
Bir söz də deyən kimi, deyirlər bu məsələ bizdən asılı deyil, bu məsələyə Tarif  Şurası  baxır. 
Bu Tarif Şurası kimlərdən ibaraətdir, məqsədləri nədir ? 
Vətəndaşı niyə dövlətdən narazı salırsınız ?  
Bu məsələ mütləq Prezidentin birbaşa nəzarətində olmalı, ölkə başçısına məruzə olunmalıdır. 
Həm də  bu məsələlər hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir. 
Axı, dövlətdən konkret maaş alan şəxsdə bu boyda əmlak necə ola bilər ? 
Buyurun, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun biznes şəbəkəsi ilə tanış olun. Bizcə, əlavə şərhə ehtiyac yoxdur. 
“Azərişıq” rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan "QRAD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib.
MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23 m.35 ünvanında hüquqi qeydiyyata alınıb.
Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu elə həmin il eyni ünvanda hüquqi qeydiyyata alınmış "ŞÜVƏLAN UŞAQ BAĞÇASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin də qanuni təmsilçisidir. "ŞÜVƏLAN UŞAQ BAĞÇASI" MMC-nin təsisçisi isə "Azərişıq" rəhbərinin həyat yoldaşı ƏHMƏDOVA NƏRMİN AZAD qızıdır.
Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İSMAYILOV VÜQAR İSMƏT oğlu ilə şərik "TESTA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701132901) də
təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik və Vergi öhdəliklərinin icrasına nəzarət departamentlərinə rəhbərlik edib.
Şirkətin qanuni təmsilçisi AĞAYEV SAHİB OKTAY oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Synergy Şirkətlər Qrupuna daxil olan "AZORCHİD HOTELS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə və ATATRAVEL MMC-yə də rəhbərlik edib.
"Azərişıq" şefinin və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha 3 şirkət qeydiyyatdadır.
Bunlardan biri BƏHRAMİ MAHMUD ÇİNGİZ oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş
"BEAT CATERING" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir
Eyni ünvanda hüquqi qeydiyyatda olan "BEAT GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bakıdakı elit BEERBASHA, M'EAT, SUMAKH restoranları, GAZELLİ CAFÉ, EXPO, Dubaydakı BAKU kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi BABAYEV MURAD KAMAL oğludur. O, təsisçiləri "SİNERJİ ŞİRKƏTLƏR QRUPU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ və DOYURUCU RESTORAN PASTAHANE VE TURİZM İŞLETMECİLİĞ İ TİCARET LİMİTED ŞİRKETİ (Türkiyə Respublikası) olan "AZORCHİD HOTELS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə, həmçinin bir müddət isə ATAHOLDİNQ-ə daxil olan "ATATRAVEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə rəhbərlik edib.
Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış "VOGA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi də "Azərişıq" şefinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. VOGA MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satış mərkəzinə sahibdir. Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV NURƏLİ ƏHMƏDİYƏ oğlunun adı "EVRA" , "SOLENNE" və "ERVA-EN" şirkətlərinin də təsisçisiləri sırasında yer alır.
"Azərişıq" şefinin şəriki Vüqar İsmayılova məxsus olduğu məlum olan daha 3 şirkət var. Bunlar "LAYF FİTNES", "PEQAS MARKETİNQ" və "TOSCANA" MMC-lərdir.

Oxşar xəbərlər

“Azərişıq” DTX-nın saxladığı məmura vəzifə verdi – Vilyam işi…
“Azərişıq” ilə “Azərenerji arasında BÖYÜK SAVAŞ
“Azərişıq” rəhbərinin biznesi çiçəklənir
Azərbaycanda daha bir yüksək vəzifəyə TƏYİNAT
Vüqar Əhmədov yerlərdə inkişafı və xidməti bu cür təmin edir? - İTTİHAM
Həbs olunan Vüqar Səfərlinin oğlu Gömrük Komitəsində İŞLƏYİR
Vüqar Səfərli YAP-dan çıxarıldı
Səfər  Mehdiyevin  vurulmuş məmur övladlarına atalıq qayğısı-Səfər Mehdiyev və Vüqar Səfərli cütlüyü
"Vüqar Səfərli danışsa, mətbuatda olan bu şəxslərin başı ağrıyacaq" - ŞOK AÇIQLAMA
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
AFFA-da Vüqar Nadirova vəzifə verildi
Tağı Əhmədovun səhhətində ciddi problem yaranıb - Məzuniyyətə çıxdı
“Azərişıq”da kadr dəyişikliyi baş verib
Vüqar Səfərli Əli Həsənovu da özü ilə həbsə aparacaq? - İSTİ İZLƏRLƏ...
Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT
YAP bu rayon sədrlərini vəzifədən uzaqlaşdıracaq - Siyahı
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri  Səbuhi Əhmədovdan pullarını tələb edir
Mübariz Mənsimovun üzünə durduğu deyilən dostundan açıqlama
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”
Səfər Mehdiyevlə Vüqar Səfərlinin dostluğu - Oğlu DGK-da vəzifəyə düzəlib, atası da vəzifəyə hazırlaşırdı
Mərkəzi Bankın sədri Milli Məclisə gəldi - 4 məsələ müzakirə olunur
Bu müğənnimizə "halal olsun" deməmək mümkünsüzdür...
Daşkəsəndə həbs olunan vəzifəli şəxslərdən XƏBƏR VAR
Vüqar Səfərlinin istintaqı çox müşfiqləri aparacaq-  KİVDF-nin üzvü Müşfiq Ələsgərli niyə məsuliyyətə cəlb olunmur ?
YAP həbs edilən sabiq məmurlarla vidalaşır: “Hamısı partiyadan çıxarılacaq!”
“Ayə, çəkilin, Bəşir gəlir!“ qalmaqal yaratdı - “Hörmətsizlik nümunəsidir“ + Video
Əli Həsənov da, onun mediası da GEDƏCƏK - Bəs Əhməd İsmayılov NƏ ECƏCƏK?
Rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında