Xırdalanı  “metr-metr”  satın alan  Rövşən...-  Bir gün Xırdalan sakinləri  aksiya keçirib səni tələb edəcəklər...
16-05-2021, 10:44
1 344

Xırdalanı “metr-metr” satın alan Rövşən...- Bir gün Xırdalan sakinləri aksiya keçirib səni tələb edəcəklər...

Abşeron rayonu, xüsusilə  rayonun inzibati mərkəzi olan Xırdalan şəhəri sözün həqiqi mənasında “tikinti meydançası”nı xatırladır. 
Qanuni, qanunsuz kimin imkanı varsa  şəhəri  sökür. Kimlərsə buna abadlıq, quruculuq, tikinti-zad deyə bilər. Amma..
Amması odur ki, şəhərin nəinki baş planından, heç ayaq planından da danışmaq gülüncdür. 
Belə abadlıq, tikinti olmaz. Bunu əsl adı söküntüdür. 
Şəhəri sökənlərdən biri də Rövşən adlı şəxsdir. Bu adam  “AAAF Park” yaşayış kompleksinin yanında  tikdiyi 600 kv.m sahəsi olan binanı  10 illik müqavilə əsasında Baku Electronics  şirkətinə  icarəyə verib. Verməyinə etiraz etmirik. Bəs bu bina hansı qanuni sənədlər əsasında tikilib ? 
Həmən binanın tikintisi üçün neçə ağac kəsilib, yaşıllıqlar  məhv edilib ? 
Həmən bina inşa olunanda layihədən nə qədər kənara çıxılıb, nə qədər torpaq qanunsuz zəbt olunub ? 
Bu sualları Rövşənə nə üçün müvafiq dövlət qurumları vermir ?  
Bu adam  Xırdalan sakinlərini sözün həqiqi mənasında bezdirib. 
Harada 5-10 metr boş yer görən kimi pulunu müəyyən şəxslərə ötürüb , həmən yeri zəbt eləyir və  qanunsuz  tikintiyə başlayır. 
Bu adamın əlindən  sakinlər qışda palçıqdan, yayda toz-topaqdan bezib. Adam nə qədər  qeyri-qanuni tikinti aparar ? 
Görəsən, bütün bu işləri görən, az qala  “kirayə obyektlər  bosu” olan Rövşən nə qədər vergi ödəyir ? 
Niyə müvafiq orqanlar maraqlanmır ? 
Bu adamın nə qədər  apteki, dönərxanası, avtoservisi olar ?
Biz kiminsə obyektinə paxıllıq edəsi deyilik, həm də ölkəmizdə azad sahibkarlıq mühiti var. Amma sən tikdiyin obyekt qanunsuzdursa, ağacları, yaşıllıqları məhv edib yerində obyekt tikirsənsə, biz sənə qarşıyıq. Anla, bunu. 
Ulu Öndərimiz deyirdi ki, bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsib. 
Başa düşürsənmi, adam ?
Özün də hiss edirsən ki, dövran dəyişib, səni istintaqa çağıracaqlar, başını kəsdiyin ağaclara görə cavab verəcəksən, qanunsuz obyektlərin söküləcək ...
Sənin obyektlərinin əlindən camaat ayaq basmağa yer tapa bilmir. 
AAAF Parkın yanında 2 evi kirayə vermisən, parkın girişində  DÖNƏRİN,  MİSİR parkının yanında GƏNCƏ  TƏNDİR-in. 
Bunlardan əlavə İnşaatçılar  metrosunun üstündə  tikdiyin binanı  Bank  Respublikaya  icarəyə vermisən. 
Hazırda AAAF parkdan aşağıda  “ 120 “  deylən ərazidə böyük bir obyekt tikirsən. 
Tikinti  briqadirin  Etibara pul verərək onun əli ilə bütün boş torpaqları qanunsuz zəbt edirsən. Əlbəttə, Etibar bu məsələdə Abşeron icra hakimiyyətində işləyən qardaşı Natiqin səlahiyyətindən istifadə edir. 
Məsələ təkcə Natiqlə bağlı deyil. Neçə illər  Abşeron rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevlə, icra başçısının  bacısı oğlu  Babək Zalovla  şərikli işləmisiniz, onların əli ilə Abşeronu zəbt eləmisən. 
İndi hər iki şəxs  həbsdədir. Yəqin ki, səni də çağıracaqlar. 
Və qulağında sırğa  elə, bir gün Xırdalan sakinləri sənin əlindən etiraz aksiyası keçirib, səni tələb edəcəklər. Demə ki, demədik...

Oxşar xəbərlər

“Şəmkir işi”ndə Rövşən Əkbərovun da adı keçir
“AAAF Park”da OĞURLUQ
Evlərini təhvil ala bilməyən vətəndaşlar AAAF PARK-dan şikayətçidirlər - VİDEO
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Gözləri doymur: Sakinlərin həyatı belə TƏHLÜKƏYƏ ATILIR... - NARAZILIQ!
Alimpaşa Məmmədovun satdığı park ərazisində tikilən binalar budur - FOTO
Məcburi köçkünlərlə bağlı 55 milyonluq TENDER
Başçı "arxalı" MTK-nın əlində aciz qaldı - NARAZILIQ...
Xətai rayonun icra başçısı "arxalı" "Qaya-İnşaat" MTK-nın əlində aciz qaldı
Şəmkirdə Mahir Əliyev başçının "qara kassası" olub?
Bakıda onlarla maşının üstünə tikinti materialları töküldü - Video
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Alimpaşa Məmmədovun ortağı Famil Xəlilov HƏBS OLUNACAQ? - “Bu əməl mütəşəkkil dəstə tərəfindən törədilən cinayətdir”
AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”
Eldar Əzizovun yarım milyonluq layihəsi – Şübhəli tenderin izi ilə
Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
Nizami rayonunda dələduz peyda olub - "“Orbita” MTK işi" barədə İLGİNC FAKTLAR
“AzərGold” vətəndaşın torpağına göz dikib... - NARAZILIQ...
Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"? - ARAŞDIRMA
“Tenderlər kralı” Xəlil Göyüşovun karyerası bitirilir
“Qobu park-2”də  binanın kanalizasiya suları məcburi köçkün ailəsinin mənzilinə axır-  Bəs deyirdin, trenajor, gimnastika, cənab komitə sədri cənab Rövşən Rzayev…
“Olympys Park” MMC sakinlərə qarşı... - GİLEY
Deputatın şirkəti yolu bağladı: Sakinlər etiraza qalxdı – Video
Bakıda yeni tunel istifadəyə verildi
MTK direktoruna cinayət işi açıldı - RƏSMİ
Məktəbləri bərbad vəziyyətə qoyan şəxslə “abadlıq müqaviləsi” - Yasamalda 1 milyonluq şübhəli tenderlər
Sakinlərə zülm edən AAAF Park... - Günahı dövlət qurumunun üzərinə atır...
“Sahil-İnşaat” vətəndaşları necə aldadır? – Bakıda daha bir mənzil dədləduzluğu
Əli Həsənovun işğal etdiyi “Azərbaycan” nəşriyyatındakı son durum - Fotosessiya
İcra başçısının keçmiş məhkumla işbirliyi - Nəsimi rayonundakı qalmaqalın pərdəarxası