Deyəsən, Eldar  Əzizov yola salınır...-  20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?
16-05-2021, 16:40
1 356

Deyəsən, Eldar Əzizov yola salınır...- 20 milyon kimə çatıb: Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ?

Bir neçə gün əvvəl Bakıda binanın fasadından qopan üzlük daşı yaxınlıqdan keçən uşağın başına düşərək  onun həyatına  son qoydu. 
Belə məsuliyyətsizlik,  belə qəddarlıq olmaz e. 
Axı, bu bina boş yerdən tikilməyib. Buna paytaxt meriyası icazə verib,  FHN-nin Təhlükəsizlik üzrə mütəxəssisləri rəy verib, binanı tikən şirkət var. 
Necə yəni  binadan daş qopdu və 12 yaşlı uşaq öldü. 
Axı, Bakı Şəhər İcra Hakimiyyətinin  Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti var. O boyda qurum hara baxır ? 
Eyni  hadisə 2 gün  öncə  Nəsimi rayonu, Bülbül prospekti 61-62 ünvanda baş verib. 
Hadisəni müşahidə edən  gundelik-baku.com-un müxbiri bildirir ki, sovet dövründən nümunəvi fəaliyyət göstərən  və hazırda da  örnək ola biləcək, xalq arasında Pullu Poliklinika kimi tanınan tibbi müəssisənin yanından keçərkən, böyük daş parçası insanların keçdiyi yola düşüb. Xoşbəxtlikdən faciə baş verməyib. Yəni təsadüf nəticəsində  insan ölümü olmayıb. Çünki həmən iri daş parçası bir neçə insanın ölümünə səbəb ola bilərdi. Həmən   daş parçası Azərbaycan bayrağını  qıraraq  yerə salıb. 
Yenə yuxarıda qeyd etdiyimiz sualı təkrar edirik. 
Axı, Bakı Şəhər İcra hakimiyyəti, konkret olaraq icra başçısı Eldar Əziziov hara baxır ? 
İcra hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti nə işlə  məşğuldur ? 
Müxbirimiz məsələ ilə bağlı Bakı ŞİH-nin başçısı Eldar Əzizovla  dəfələrlə əlaqə saxlamağa çalışsa da, həmişə olduğu kimi, o, telefona cavab verməyib. 
İcra hakimiyyətində çalışan mənbəmiz bizə bildirdi ki, bu məsələlər Eldar Əziziovdan alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. 
Müxbirimiz Komitənin  Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məsul şəxsi Ramin Abdullayevlə telefon əlaqəsi saxlamağa cəhd etsə də nəticə olmayıb. 
Bakı ŞİH-nin adının çəkilməsini istəməyən vəzifəli şəxsi müxbirimizə bildirib ki, heç bilinmir ki, bu məsələlər kimin səlahiyyətindədir...
Onda ortaya sual çıxır: 
Bir neçə gün əvvəl dövlətin ayırdığı 20 milyon manat kimə çatıb?
Eldar Əzizova, yoxsa Ramin Abdullayevə ? 
Amma sızan məlumatlardan bəlli olur ki, Eldar Əzizov yola salınır.







Oxşar xəbərlər

Bakıda hər an faciə yaşana bilər - VİDEO
Bu binaların sakinləri köçürülür - RƏSMİ
Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - YENİLƏNİB + VİDEO
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Eldar Əzizov paytaxtın bağ təsərrüfatından il ərzində nə qədər qazanır?
Bakıda başına dəmir parçası düşərək ölən qadınla bağlı bir nəfər istintaqa cəlb olunub
"Gloria Palace" MTK “ŞƏMS” körpələr evini uçurdur - NARAZILIQ!
4 yaşlı “tender canavarı” “Bakı Şəhər İşığı”nda... - ARAŞDIRMA
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
Eldar Əzizov quzunu qurda tapşırdı - Meriyadan yarım milyonluq tender
Bakı Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib
Eldar Əzizov Moskva Univermağında qızıl satan şəxsi əmisinin yerinə trest rəisi qoyub
İcra başçısının keçmiş məhkumla işbirliyi - Nəsimi rayonundakı qalmaqalın pərdəarxası
Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır
Azərbaycanda 50 yaşlı kişi özünü yandırdı
Bir neçə günlük soyuq Bakının “ayıblarını” üzə çıxardı: “Normal idarəetmə belə qurulmur”
Eldar  Əzizov  Sabunçunun icra başçısına “daş atdı”-  Adil Vəliyev Sabunçuda Əli Həsənovun adamlarını himayə edir ?
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Bakıda 100-dən çox bina söküləcək (SİYAHI/FOTO)
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Qazaxda Uşaq polikilinikası necə satıldı?
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
Bakıda DƏHŞƏT - iki yeniyetmə qız özünü binadan atıb
Başına daş piltəsi düşən yeniyetmə vəfat etdi
Bakıda kişi özünü güllələdi
Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Mədəniyyət Nazirliyinin “sevimli” şirkəti 20 gündə 8 tenderi necə qazanıb?- İcazə verin şübhələnək..
Eldar Əzizov bu icra başçısına irad tutdu