125  milyona  KEÇİD  tikən  Xəlil Göyüşov...- Xəlil  Göyüşov nə üçün  həbs  edilmir ?
18-05-2021, 15:33
287

125 milyona KEÇİD tikən Xəlil Göyüşov...- Xəlil Göyüşov nə üçün həbs edilmir ?

Təsəvvür edirsiniz, adı  heç bir dəftərdə olmayan, hansısa MMC-nin sahibi ölkədən  60-70 milyon pul çıxardır. 
Bunu necə etmək olar ? 

Bunun altında bir hesab-dəftər olmalıdır. Bu pul kimindir, bu pulu hansı yolla qazanıb ? 
Xaricə nə məqsədlə köçürüb ? 
Bəli, adi bir MMC-dən söhbət gedir. 
Bəli, həmin MMC-nin sahibinin oğlu Bakıda gündə bir yüz minlik avtomobildə ora-bura şütüyürdü. Əsgərlik yaşı çoxdan çatan bu cavan oğlanı orduya-zada çağıran da yox idi.  
Adı mediada hallandığı üçün atası oğulbalasının adını təcili hərbi hissələrdən birinə yazdırır. Bəli, yazdırır. 
Qarabağda 44 günlük Vətən müharibəsi başlayır. Minlərlə Azərbaycan oğlu şəhid olur, qazilərimiz var. 
Bəs MMC-nin sahibinin oğlu hardadır ? 
Bu vətən onun deyil..? 
Bəli, söhbət  “Körpü-Bina Tikinti” MMC-nin sahibi Xəlil Göyüşovdan və oğlu  Ramiz Göyüşovdan gedir. 
Minlərlə əsgər və zabitimiz həyatını itirir, qolunu, gözünü itirir, şikəst olur, oğulbala Ramiz Göyüşov isə oturub Almaniyada özünə məxsus otelləri idarə edir. 
Adamdan soruşarlar ki, bu cavan oğlan Almaniyada bu otelləri hansı pulla alıb ? 
Axı, Xəlil Göyüşov hansı vəzifənin sahibidir ? 

Özü haqqında saytlarda “bəy tərifi yazdırır”: Heydər Əliyev siyasətinin sadiq dəstəkçisi-filan... 
Sənə kim deyib ki, dövlətin milyonlarını oğurlayıb xaricə aparmaq bu siaysətə dəstək deməkdir ? 
İndi siz oğurluğunuza da  siyasi don geydirmək istəyirsiniz ? 
Adi MMC rəhbəri kimdir ki, biznes qurur, ölkədəki ən böyük tenderlər Xəlil Göyüşova verilir. 
Təsəvvür edirsiniz, 2011-ci ildə «Körpu Bina Tikinti» MMC Ziya Bünyadov prospektilə Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki yol qovşağının tikintisini həyata keçirmişdi. Hesabatlarda göstərilib ki, bu məqsədlər üçün 125 milyon manat vəsait xərclənib.
Bu dünyada analoqu olmayan keçiddir.  125 milyona qəsəbə salarlar, şəhər tikərlər.  Evin yıxılsın, Göyüşov. 
Dünyanın istənilən yerindən ekspert çağırsalar, bu rəqəmi ən azı 5-6 dəfə azaldacaq. 
Deməli, Xəlil Göyüşov tikintidə istifadə olunan ən ucuz materialları öz qiymətindən 10 dəfə baha sənədləşdirib. 
Heydər Əliyev siyasətini belə dəstəkləyirsənmi, Xəlil Göyüşov ?
Bu ölkədə azca qanunlar işləsə, səni Xəlil yox, Zəlil Göyüşov  edər. 
Bu adam ölkədə ən bahalı tenderləri udur. Keçid tikir, körpü tikir, bina tikir, yol salır, bir sözlə hər şeylə məşğul olur. Saldığı yol da 2 ay sonra çökür.    
Bu MMC-nin tərkibində neçə-neçə  beton zavodları, qum, çınqıl istehsal edən karxanalar  fəaliyyət göstərir.
Dövlət vəsaiti hesabına görülən işlərdən Xəlil Göyüşov milyonlar qazanır. 
Bu adama uzun müddət  generallar “krışa”lıq  edib. Bəs bu gün Xəlilin sahibi kimdir ? 
Bu adam nə üçün həbs edilmir ? 
Bu adamın dövlətdən oğurladığı sərvət icra başçılarından da çoxdur. 
Dövlət orqanları nə üçün Xəlil Göyüşovun qanunsuz əməllərini araşdırmır ?

Oxşar xəbərlər

“Tenderlər kralı” Xəlil Göyüşovun karyerası bitirilir
İsmayıllıda Əfqan Qəribov-Novruz-Xəlil Ramazanov triosu  və …
Mərkəzi Ordu İdman Klubunda “hərbi səfərbərlik biznesi” - Hərbi prokurorluq nə üçün sabiq rəis Rəşad Quliyevin əməllərini yoxlamır ?
Qol saatını anasına göndərən şəhid əsgər
"Əli Həsənovun oğlu, Ramiz Mehdiyevin tost deyən kürəkəni də təlimlərə getməlidir" — Partiya sədrindən ÇAĞIRIŞ
İtkin hesab edilən Nurlanın da şəhid xəbəri gəldi - FOTO
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid
Nərimanov RİH-nin hüquq şöbəsinin müdiri Firdovsi Salahov 139 min manat pulu haradan alıb ?- Rayondakı 34 saylı məktəbin ərazisini kimlər zəbt edib ?
204 saylı marşrutun sahibi Sənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? -Marşrut sahibi  Laçının  sabiq başçısı Akif Səlimovun oğludur
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
Rövnəq  Abdullayev  HƏBS-xananın  kandarında… -Prezident millətin qazını, işığını, suyunu kəsənlərin KƏNDİR-ini kəsir-VİDEO
“Əmim oğlu Vətən müharibəsində şəhid oldu“ - Nazpəri Dostəliyeva
Daha bir şəhid oğluna atasının adı qoyuldu - Video
Ombudsman Səbinə Əliyeva qazilərlə görüş keçirdi
Cavanşirin  Tağıyevin qəbir biznesi kürəkəninə verildi.. -Yolçəkən Aqibətin oğlu Bakı ŞİH-də hansı vəzifədə işləyir ?
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi
Abşeronda kütləvi davada 6 nəfər bıçaqlandı, ölənlər var
“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti
Vətən Müharibəsi iştirakçısına VƏZİFƏ VERİLDİ - FOTO
91 YAŞLI QOCAMAN ZİYALI
Hərbi Polisdə kimlər əsgər kimi qulluq edir ?-  Qiymətlər hansı intervalda dəyişir ?
Şəhid Xudayarın hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq
Qazimiz niyə müalicə olunmur?
“Yaşıl Bazar”da qiymətlər qalxdı, ay can, ay can- Dövlət  qurumları  fil qulağında  yatıb ?
Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və  Bayram Mikayılov-  Cavanşir İsgəndərov nazirə nə üçün 200 min  vermişdi ?