Gədəbəyin  “maliyyə bossu” Namiq Məmmədovun korrupsiya şəbəkəsi ...-  Bu adam hər ay idarələrdən faiz tələb edir və  100 min qazanır...
20-05-2021, 18:39
446

Gədəbəyin “maliyyə bossu” Namiq Məmmədovun korrupsiya şəbəkəsi ...- Bu adam hər ay idarələrdən faiz tələb edir və 100 min qazanır...

Uzun illərdir, Maliyyə Nazirliyinin  Gədəbəy rayonu üzrə Maliyyə İdarəsinin müdiri vəzifəsində çalışan  Namiq  Məmmədovun qanunsuz  əməlləri, rüşvətxorluğu, korrupsiya şəbəkəsi yaratması barədə ölkə mediası yazır. 
Namiq  Məmmədov yazılanlardan nəticə çıxartmaq əvəzinə bəzi saytlarda geniş müsahibə verir, yazılanları qara ləkə, böhtan, iftira adlandırır və deyir ki, Namiq Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir.
Bu adamdan soruşan lazımdır ki, sən nə haqla öz adınla Ulu Öndərin adını yanaşı çəkirsən, ümumiyyətlə, sən kimsən ki, Ulu Öndərin siyasi kursuna sadiq olasan ? 
Namiq Məmmədov, sən, ümumiyyətlə, siyasi kursun nə olduğunu anlayırsanmı ? 
İndi səndən soruşacağıq ki, neçə ildir büdcədən rayondakı idarələrə, məktəblərə, xəstəxanalara, klublara, bağçalara ayrılan dövlət vəsaitini köçürmək üçün “faiz” alırsan və bu yolla ayda  100 min manatdan artıq pul qazanırsan. 
Bu əməlin Ulu Öndərin siyasi kursuna sadiqlikdir, ay mən deyən?
Namiq Məmmədov, dövlət büdcəsindən rayona ayrılan vəsaitdən hər ay faiz alırsan. Bu dövlətin puludur, sənin dədənin, babanın pulu deyil ee…
Deyirsən, sənin barəndə yazılanlar böhtandır. 
Media haqlı olaraq yazır ki, maliyyə nazirinin müavini, sənin dostun Azər  Bayramov  maliyyə sektorunda “Gədəbəy qruppası”  yaradıb və həmin qrupun üzvlərindən biri də sənsən. Bu böhtandır ? 
Sən regionda sahibkarların kürəyinə  zəli kimi qonmusan, neçə ildir sorursan. Sən pul köçürmələrindən “sələm” yığırsan, ay  ''sələmçi''. 
Sən  rayonda adi bir idarə müdirisən, amma  böyük oliqarxa  çevrilmisən. 
İdarə və müəssisə  rəhbərləri hər ay sənin pulunu çatdırır. 
Sən  büdcə idarələrinə cari və əsaslı təmir, avadanlqılar, digər mal matreallar alınması üçün ayrılan vəsaitlərdən 13 faiz özünə “haqq”  tələb edirsən. 
Sənin rayonda neçə aptekin, villaların var ?
Çin səfirliyinin yanındakı binada bütün  mərtəbəni boya-boy götürmüsən, Sumqayıtda, Gədəbəyin  Slavyanka kəndində düz məktəbin həyətində villa tikdirmisən. 
Rayonun mərkəzi xəstəxanasının yaxınlığında özün üçün “Nur” kafesi,  “Nur”  marketi tikdirmisən. 
Sənin biznesinin sorağı Rusiyadan, Ukraynadan gəlir. 

Bu əməllərin Ulu Öndərin siyasi kursuna sadiqlikdirmi, ay mən deyən.
Tez-tez eyş-işrət məclisləri keçirirsən, deyirsən icra başçısı olacam. 
Deyirsən  heç naziri də saymıram. 
İndi də deyirsən ki, ətrafdakı rayonları, Şəmkiri birləşdirib səni regiona maliyyə bossu qoyacaqlar. 
Amma nazirliyin saytında vəzifən başqa cürdür. 
Lakin, zaman, dövran dəyişib, Namiq Məmmədov. 
Bir də gördün qara geyimlilər gəldilər. Və onda qara günlərin başlayacaq. Onda köməyinə  heç Azər Bayramov da çata bilməyəcək.


Oxşar xəbərlər

Qardaşı ölüm hökmü ilə həbs olunan Əlsəfa Məmmədov necə “komissar” olub?
“Lotu Quli”nun varisi elan edildi...
Azər Bayramov və Nadir Qarayevin maliyyə pramidası - Büdcə necə talanır?
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Məşhurları “öldürən“ tapıldı
Yaralansa da, silahdaşlarını tək buraxmadı - VİDEO
Əli Həsənovun yerinə sabiq səfir TƏYİN EDİLDİ
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Namiq Qaraçuxurlu məşhurları tənqid etdi
Ermənilər azərbaycanlı aktyoru “öldürdülər“
Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı - FOTOLAR
“Sizlər ölsəniz, heç nə olmaz“ - Tolik məşhurları “yıxdı-sürüdü“
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Fəaliyyətsiz partiyaların adları açıqlandı
Fəaliyyətsiz partiyaların adları açıqlandı
YAP bu rayon sədrlərini vəzifədən uzaqlaşdıracaq - Siyahı
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Həbsdəki 8 icra başçısı: Növbədə o adam ola bilər
Maliyyə Nazirliyi yoxlamalarda gecikib - Daldan atılan daş...
Namiq Qaraçuxurlunun dayısı "Porsche" aldı - Pulunu ödəmədi
Sabiq nazirlərdən daha biri həbs oluna bilər... - Sırada Ziya Məmmədov var
“Lotu Quli”nin imperiyasının başına kiçik qardaşı keçdi
Lənkəranskinin qardaşı "Lotu Quli"nin ölümündən DANIŞDI
Ramiz Mehdiyevin kürəkəninin qardaşı həbs olunub? - İDDİA
Mədəniyyət Nazirliyində həbslər yetərli olmadı?.. - MÜƏMMALI TƏYİNAT
Lotu Qulinin varisi: “adı” mübahisəli Bakinski kimdir?
Cəlilabadın başçısı ilə birlikdə tutulanların ADLARI
Aşıq Namiq məhkəməlik oldu - DİN-dən açıqlama
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video