“Azərsu”nun rəhbəri   Köçərli Həsənov kimdir ?-   FETÖ-nün  adamlarının gizli  Bakı toplantısı Həsənovun bağında keçirilirmiş...
25-05-2021, 02:16
2 943

“Azərsu”nun rəhbəri Köçərli Həsənov kimdir ?- FETÖ-nün adamlarının gizli Bakı toplantısı Həsənovun bağında keçirilirmiş...

Köçərli  pulları  hara  KÖÇÜRÜR…? 


Azərbaycan  Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını  həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya  xidmətləri göstərən  dövlət şirkəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin bütün səhmləri dövlətə məxsusdur. 
Yəni “Azərsu”  səhmləri kimlərinsə əlində olan şirkət deyil. 
“Azərsu” ASC  ölkə üzrə  1 milyon 629 min 845 abunəçiyə su təchizatı və kanalizasiya xidməti göstərir. 
Bunların 1 milyon 567  min 26-sı əhali, 62  min 819-u isə qeyri-əhali abunəçiləridir. 
Cəmiyyətin balansında 20000 km uzunluğunda su, 5000 km uzunluğunda kanalizasiya və yağış suları xətləri vardır.
01 aprel 2021-сi il tarixə "Azərsu" ASC üzrə işçi sayı 13 min 600 nəfərdir.
Məlumat  üçün qeyd edək ki, qurumun əvvəlki rəhbəri Oqtay Əsədov  2005-ci ildə Milli Məclisə sədr  seçiləndə onu Nizaməddin Rzayev əvəz etdi və 2011-ci ilədək bu vəzifədə oldu. 
Həmin ildən 2021-ci ilədək isə  “Azərsu”nun rəhbəri hörmətli Qorxmaz  Hüseynov olub. 
Hazırda  “Azərsu”nun rəsmi saytı olan  azersu.az-da  sədr olaraq Köçərli Həsənov və müavin  olaraq da Köçərli Həsənov göstərilir. 
Onu qeyd edək ki, sədrlərin  dəyişməsinə baxmayaraq  qurumda həmişə  “maliyyə məsələləri”  Köçərli Həsənovun nəzarətində olub. Yəni turbaların qiymətindən, alınmasından, satılmasından tutmuş  çox şeyə Köçərli müəllim baxıb. 
Obyektlərə  “levi”  suların çəkilməsi, sərf olunan  suyun dəyərindən 10 dəfə az  qurumun hesabına, qalanın isə  Köçərli müəllimim hesabına keçməsi cənab müavinin diqqət mərkəzində olub. 
Bir sözlə, qurumun ürəyi-“finans”ı  Köçərli Həsənovun cibində olub. 
Hələ bunlar harasıdır. Deməli, ABŞ-da yaşayan FETÖ-nün ( Fətullah Gülənin ) Bakıdakı  dostlarının gizli toplantısı Köçərli Həsənovun bağında keçirilirmiş.    
İndi Köçəri Həsənov özünü  elə aparır ki, elə bil   3-də alacağı, 5-də verəcəyi yoxdur. 
Buna deyən yoxdur ki, bütün sədrlərin dövründə  pullar sənin əlindən gəlib keçib, yağlı yerindən sən yemisən. İndi niyə yaxanı qırağa çəkirsən ?
Köçərli Həsənova  bir tövsiyyəmiz odur ki, “Ərikli”də baş verənləri unutma ha. İt boğuşdurmağın da bir qaydası var. 
Sözümüzün canı odur ki,  “ Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş olma “.


Oxşar xəbərlər

"Azərsu" ASC Köçərli Həsənova həvalə edildi
Azərsu vitse-prezidenti aldatdı
“Azərsu” ASC qəzanı aradan qaldırmaq üçün içməli suyu yollara axıtdı - VİDEO
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Rəşad Mahmudov"Azərsu" ASC-ni tənqid etdi
Deputat “Azərsu”-dan şikayətləndi: Kanalizasiya tikintisi həllini tapmır, yollara böyük ziyan vurulub
Nazirliyə tabe qurum “Azərsu”nu məhkəməyə verdi
“Su xətlərini donvurmadan qorumaq üçün...” - “Azərsu”dan xəbərdarlıq
Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
Nazirlik “Azərsu”nu məhkəməyə verdi
Paytaxtda su kəsintisi ilə bağlı məsələyə “Azərsu”dan CAVAB
Dövlət qurumu Qorxmaz Hüseynovu məhkəməyə verdi - Çəkişmənin kökündə nə dayanır?
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
Müharibə başlamasa, Maştağa xilas olacaqmış?.. - VİDEO
Qorxmaz Hüseynovun növbəti talanı: 1 milyard 269 milyonluq borc…
Bu qurum “Azərsu”nu məhkəməyə verdi - Böyük məbləğdə borc yaranıb
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi
"Azərsu" rəhbərinin hamam biznesi - Qorxmaz Hüseynova məxsus obyektlərin fotoları yayıldı
Dövlətə borcu olan daha bir MMC tender “udub” - Əlaqədar qurumlar hara baxır?...
Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
“Azərsu” 1 ilin şirkətini 768 min manatlıq tenderin qalibi etdi
Şuşaya alternativ mənbədən içməli su çəkilir - RƏSMİ
Ölkədə 227 min abonentin su sayğacı yoxdur - Rəsmi
Gələn il Azərbaycanda 30 minə yaxın iş yeri açılacaq
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
"Azərsu”da klanların mübarizəsi yenidən alovlandı
Tovuz rayon su kanal idarəsinin rəisi Darvin Hüseynovun “mütərəqqi” korrupsiya üsulu
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
“Azərsu”nun vəzifəli şəxsi cərimə olundu