Qaçqınkom sədrinin  “cırıx  beşlik”  söhbəti...-  Qaçqınların hesabına milyonçu olan Rövşən Rzayev  onlardan  5 manat  kart pulu tutur
26-05-2021, 17:49
894

Qaçqınkom sədrinin “cırıx beşlik” söhbəti...- Qaçqınların hesabına milyonçu olan Rövşən Rzayev onlardan 5 manat kart pulu tutur

Ölkədə korrupsiya “yarışında”  Qaçqınkom 1-ci yerdədir... 

Bəs onda  niyə bu komitədə həbslər olmur ?  

Qaçqınkomda yoxlamaların keçirilməsində maliyyə naziri Samir Şərifov niyə maraqlı deyil ? 


Ölkəmizdə  korrupsiyanın olmasını kimsə inkar etmir. Həqiqətən də korrupsiya olmasaydı, deməli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsi də olmazdı. 
Eyni zamanda dövlət başçısı özü korrupsiyaya qarşı az qala müharibə elan edib, hər həftə məmurların, icra başçılarının həbsi bunun bariz nümunəsidir. 
Ancaq  bir məsələni dəqiq müəyyən etməliyik. Elə sferalar var ki, orada korrupsiyanın miqyası ən çox halda 30-40 min, lap çoxu 100 min civarında olur. Amma elə  qurumlar var ki, orada korrupsiyanın miqyası artıq 100 minlər deyil, milyonlarla hesablanır. Azərbaycanda  belə qurumlardan biri, bəlkə də birincisi  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidir. 
Əslində burada təəccüblü heç nə  yoxdur. Söhbət sayı milyonla ifadə edilən qaçqın və məcburi köçkün ordusundan gedir. 
Söhbət  bu sayda insanlara  tikilən binalardan, şəhərciklərdən, qəsəbələrdən gedir. Bu elə böyük bir poliqondur ki, əsl korrupsiya sahəsidir. Və ən dəhşətlisi odur ki, söhbət 3-4 min narazı sahibkardan, yaxud 2-3 min narazı biznesmendən deyil, sayı milyon olan çox həssas təbəqədən gedir. Bunu heç vaxt unutmaq olmaz. 
Amma çox təəssüf ki, 4-cü ildir  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olan Rövşən Rzayev  bu həssas, həm də təhlükəli  məsələni, bilərəkdən, bəlkə də bilməyərəkdən  qulaqardına vurur. 
Rövşən Rzayevin neqativ əməlləri haqqında o qədər yazılıb ki, inana bilməzdik ki, bura nəsə yeni bir epizod  əlavə etmək olar. 
Bu gün eşitdiyimiz  bir məsələ  isə bizi dəhşətə gətirdi. 
Deməli, Rövşən Rzayev  qaçqınlara  5 manata  kart satırmış. 
Təsəvvür edirsiniz, yuxarıda qeyd etdiyimiz kimi qaçqınların hesabına milyonlar  qazanan  Rövşən Rzayev  qaçqınlara 5 manata kart satır. 
Söhbət  qaçqın ailəsinə verilən müavinətlərin, el arasında çörək pulu deyilən məbləğin  köçürülməsi üçün lazım olan kartdan gedir. 
İndi özünüz  düşünün, bu adam əgər qaçqınların 5 manatına tamah salırsa....Bu məqamda cənab Prezident İlham Əliyevin sözü yada düşür: “Xalqdan qorxmursunuz, barı Allahdan qorxun”. 
Məlumat üçün qeyd edək ki, Rövşən Rzayev sədr olanadək həmən kart qaçqınlara pulsuz verilib. Rövşən Rzayev sədr olandan sonra özünə yeni biznes qurub, kartları qaçqınlara  5 manata satmaq biznesi. Bax, beləcə qaçqınların müsibəti başlayıb. 
Bu azmış kimi Rövşən Rzayevin göstərişi ilə 2018-ci ildən bu günədək, yəni 4 il müddətində qaçqınlara verilən kartların pulunu cəm halda, yəni 4 x 5 = 20 manat pulu birdəfəyə tutur. 
Birincisi, dövlətin qaçqına verdiyi müavinətdən komisyon pulu tutulmaz, cənab Rzayev. Bunun adı müavinətdir, başa düşmürsən ?
İkincisi, niyə 4 il gözləyirdin, hər ilin pulunu vaxtında tutardın. Deyəsən, kasıblamısan, cənab sədr ? 
Üçüncüsü, adına çörək pulu deyilən məbləği dövlət verir, bu əməliyyat Kapital bankda həyata keçirilir. Kapital bank dövlətin qaçqınlara verdiyi çörək pulundan faiz  tutur, yoxsa komisyon xərci ? 
Dördüncüsü, 4 il başın nəyə, hara qarışmışdı ki, indi ayılıb 4 ilin haqq-hesabını edirsən, cənab sədr ? 
Ümumiyyətlə, qaçqınlara  verilən müavinətlərin mexanizmi düzgün  deyil. 
Məlumdur ki, Maliyyə Nazirliyi qaçqınların təminatı üçün pul ayırır. Rayon İcra Hakimiyyətlərinin verdiyi siyahıya əsasən Maliyyə Nazirliyi pulu köçürür Qaçqınkoma, oradan isə yenidən icra hakimiyyətinə, yəni bir labirint alınır. Bunu birbaşa etmək olmazdı ? Ki, bu qədər problemlər aradan qalxsın. Əslində bu mexanizm  rüşvət və korrupsiya üçün münbit şərait yaradır. Bəlkə də bunu bilərəkdən yaradıblar. 
Digər bir ciddi  problem isə  hansısa məcburi köçkünün mülkiyyəti ( kupça) olduqda ona ayrılan çörək pulunun, müavinətlərin kəsilməsidir. 
Bu ciddi diskriminasiyadır. Axı, digər vətəndaşlar kimi qaçqın da gecə-gündüz işləyib, pul qazanıb, hansısa mülk əldə edə bilər. Buna görə, onun müavinəti necə kəsilə bilər ki? 
Başa düşmək lazımdır ki, qaçqınlıq və məcburi köçkünlük beynəlxalq qanunlarla tənzimlənən statusdur. Kupça ilə, yaxud ərə getməklə, evlənməklə bunu ləğv etmək olmaz. 
Kiminsə 2, yaxud 3 yerdə evi varsa, bu o demək deyil, həmən qaçqının müavinəti ləğv olunmalıdır. Bir daha təkrar edirik ki, bu statusdur. Müavinət  həmən qaçqının 2, yaxud 3 evinə görə deyil, 1 evinə görə verilir. 
Yaxşı onda bir məsələni aydınlaşdırmağa çalışaq. 
Maliyyə Nazirliyi  hər bir qaçqına düşən vəsaiti ayırır. Sonradan RİH-nin verdiyi siyahı əsasında Qaçqınkom müəyyən sayda qaçqınların müavinətini, loru dildə desək çörək pullarını kəsir. 
Bəs Maliyyə Nazirliyinin həmən qaçqınlar üçün ayırdığı pullar hara getdi ? 
Görəsən, son 4 ildə Rövşən Rzayev nə qədər pulu  geri qaytarıb?
Ümumiyyətlə, Qaçqınkomdakı maxinasiyalardan, korrupsiya hallarında yazmaqla bitən deyil. 
Amma ən maraqlı olan bilirsiniz nədir ? 
Bu neçə il müddətində maliyyə naziri Samir Şərifov niyə bircə dəfə  Qaçqınkomda  yoxlama aparmayıb ? 
Maraqlı deyilmi ? 
Axı, yuxarıda qeyd etdik ki, ölkədə korrupsiya  yarışında Qaçqınkom birinci yerdədir. 
Bəs necə olur ki, hansısa  xəstəxanada, məktəbdə, JEK-də yoxlama keçirilir, rüşvətə görə həbslər olur. Amma Qaçqınkomda  nəinki həbslər, heç  yoxlama olmur. 
Cənab Samir Şərifov,  icazə ver, şübhələnək. Bəlkə sən də bunlarla şəriksən ? 
Bütün bunlarla bərabər  sözün düz, maraqlıdır ki, Rövşən Rzayevin  5 manata ehtiyacı var ? 
Axı, yuxarıda qeyd etdik ki, Rövşən Rzayev qaçqınların hesabına milyonlar qazanıb.  Onun oğlu Avropada, Almaniyada mənzil biznesi ilə məşğul olur.  Görəsən, cavan oğlan milyonlarla pulu haradan alıb ? 
Rövşən Rzayevin özünü restoranlar  kralı kimi tanıyırlar, 
Berlində "Karabakh” ("Qarabağ”) və Kölndə “Old Baku” (“Qədim Bakı”) restoranları komitə sədrinə məxsusdur. 
Bunlar hansı pullarla əldə olunub, cənab komitə sədri ? 
Bəs, müsahibəndə deyirsən ki, mənim əlavə gəlir mənbəyim yoxdur, maaşla dolanıram.
Maaşla  bu boyda sərvəti necə əldə etmisən ? Bu sərvətin mənbəyi nədir ? 
İstəyirsən biz mənbəyi göstərək. Rəhbəri olduğun komitədə 2 korrupsiya  DƏNİZİ  var: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  və Mənzil İstismar Departamenti. 
Fondun direktoru dostunuz və şərikiniz  Mahir  Abbaszadə, Departamentin direktoru isə ikinci dostunuz və ikinci şərikiniz   Səbuhi Əhmədovdur.  
Bəli, cənab Rövşən Rzayev, siz komitəyə öz şirkətiniz, biznes sahəniz kimi baxırsınız. Və deyirsiniz ki, maaşla dolanıram. 
Rövşən Rzayev, siz  Mahir Abbaszadənin əli ilə milyonluq tenderləri hansı şirkətlərə satırsınız ? 
Dostunuz və şərikiniz  Mahir  Abbaszadə  15 milyonluq tenderi kimlərə verdi ?  15 miyondan sizin gəliriniz nə qədər oldu ?

Rövşən Rzayev, siz keçən il qaçqın şəhərciyində daxili yolların təmirinə 200 min manat xərcləmisiniz. 
200 min manata magistiral yol salırlar ee. 
Özü də təmirə və şəhərcik daxili yola 200 min manat. 
Rövşən Rzayev !

 Sən məcburi köçkün şəhərciyində “besedka”nın tikintisinə 70 min pul xərcləmisən, 1 “besedka”  8 minə başa gəlib
8 min manata “besedka” olar, cənab sədr ? 
8 min manata  camaat ev tikir, sən də “besedka”. 
Dostun və şərikin  olan  Mənzil İstismar Departamentinin direktoru  Səbuhi Əhmədov  qaçqınlar üçün tikilən mənzillər kimlərə və neçəyə satır ? 
Səbuhi Əhmədov qaçqın şəhərciklərində ticarət obyektləri  kimi satmadığı ərazi qalmayıb. 
Balaxanıneftin keçmiş rəisi olan dostunuz Səbuhi Əhmədov heç neftdən bu qədər qazanmamışdı, ancaq qaçqınların hesabına milyonlar qazanıb. Bu pulları hansı  faizlə bölürsünüz ? 
Hələ qaçqınları  “kupça”  vermək adı ilə aldadıb, yüz minlər yığdığını demirik. Bu böyük bir  cinayət işidir. 
Bəlkə özünə Aparat rəhbəri təyin etdiyin Eldar Zeynalovun əməllərindən danışaq. Azəriqazın  keçmiş direktorunu, ixtisasca santexnik olan Eldar Zeynalovu əvvəl status şöbəsinə müdir müavini, sonra isə Aparat rəhbəri təyin etdin. 
Cənab Rzayev ! 
Birincisi komitənin  Status şöbəsi  sırf hüquqşünasların işidir. Sən ixtisası santexnik olan, qazovşik  Eldarı həmən şöbəyə necə müdir müavini təyin etdin ? 
Yazının ortasında əbəs yerə  sizə başa salmağa çalşırdıq ki,  qaçqınlıq  beynəlxalq  qanunlarla təyin olunan statusdur. Sənin santexnikin, qazovşikin bu məsələləri  anlamaz. 
Digər tərəfdən, təzə kadrlarının çoxunu SOCAR-dan ( ARDNŞ ) gətirmisən. Xeyir ola, sizdə bu SOCAR sevgisi haradan ? 
Bir sözlə, cənab  Rövşən Rzayev, qaçqınların hesabına milyonlar qazanırsan, amma  “cırıx 5”lik söhbəti edirsən. 
Bir də cənab Rzayev !  

Sənin başında, beynində ancaq öz şəxsi biznesini idarə etmək fikri-zikri dolaşır,  sən dövlət işinə, qaçqınların probleminə vaxt tapa bilmirsən. Ona görə də vaxtında uzaqlaş. Yoxsa... 
Yəqin ki, yaxın zamanda  Qaçqınkomda da həbslərin şahidi olacağıq.

Oxşar xəbərlər

“Qaçqınkom”  məcburi köçkünə  5 min manat atıb-  Komitə sədri  Rövşən Rzayevlə  “ölkədən qaçan”  Rza İbadovu nə birləşdirir?
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
"Korrupsiyada təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq" - Kamran Əliyev
“Korrupsiya ilə bağlı ən məlumatlı şəxsin baş prokuror vəzifəsinə gətirilməsi məmurların yuxusunu qaçıracaq”
Rüşvətin və korrupsiyanın buynuzu olmur, cənab Rzayev-QAÇQINKOM SƏDRİNƏ QARŞI İDDİALAR-VİDEO
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  maliyyə naziri olmaq istəyir- Samir Şərifovla Rövşən Rzayevin davası qaçqınların başında çatlayır...
Korrupsiyayla bağlı vəzifəli şəxslərə qarşı tələblər sərtləşdirilir
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Təhsilə ayrılmış dövlət vəsaiti hara yoxa çıxır
Balaxanıneft-dən Qaçqınkom-a gələn Səbuhi Əhmədov qaçqınları necə aldadıb?- Qaçqınlar və obyekt sahibləri  Səbuhi Əhmədovdan pullarını tələb edir
AMEA-da aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ
Qaçqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Kim yuxudan tez durursa, “Qaçqınkom”un sədri odur… - Sənin kabinetin qaçqınların yataqxanası olmalıdır, cənab Rövşən Rzayev
“Qaçqınkom” 42 minə zibilqabı alır
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
“Qaçqınkom” 4700-ə yaxın mənzili ƏƏSMN-nin balansına verdi
Rövşən Rzayevin milyonları udan “müasir tikintilər”i - “Qaçqınkom”un şübhəli tenderi
"Qaçqınkom"da özbaşınalıqlar davam edir... - İTTİHAM
Qaçqınların və Məcburi Köçkünlərın İşləri üzrə Dövlət Komitəsi 42 minə zibilqabı alır
Rövşən Rzayev, deyirsən ki, əlavə gəlirim yoxdur, maaşla dolanıram- Oğlunuz  kiçik bizneslə məşğul olur, yoxsa..?
Rövşən Rzayevin daha bir şübhəli ortağı... - İLGİNC
"Qaçqınkom" şefinin müəmmalı tenderləri - İTTİHAM
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi
Məmurların korrupsiya əməllərinə göz yuman qurumlar bunlardır - SİYAHI
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
ARXA-nı yox, ÜZ-ünü problemlərə çevir, Rövşən Rzayev
Korrupsioner məmurların başları ağrıyacaq... - Yeni dönəm gəlir...
“Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir? - Rövşən Rzayevin tender oyunları