HƏP-əndin sədri  Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?
27-05-2021, 17:00
674

HƏP-əndin sədri Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?

 ÖTƏN  yazımızda  qeyd etmişdik  ki, Abşeron rayonunun Masazır qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur. 
SONRA  yazmışdıq ki, millətin gələcəyi üçün məktəb tikilirsə, yəni kafe, restoran deyil ee, məktəb tikilirsə, niyə FHN-nin xəbəri yoxdur ? 
Axı, ölkəmizdə tikilən hər bir obyektə görə, FHN-nin ( sədr Kəmaləddin Heydərov ) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsuliyyət daşıyır..
DAHA SONRA, yazmışdıq ki, tikintinin həyata keçirildiyi ərazinin sahibi, Abşeron rayon icra hakimiyyəti ( icra başçısı İradə Gülməmmədova ) hara baxır ?
LAP  DAHA SONRA...yazmışdıq ki, məktəb tikilirsə, Təhsil Nazirliyinin ( nazir Emin Əmrullayev ) necə xəbəri olmaya bilər, axı ? 
Ey təhsil naziri Emin Əmrullayev, səndən bir daha soruşuruq ki, Masazırda tikilən məktəbdən xəbərin varmı ?
Həmin məktəbi tikən iş adamı  Aydın Şamoyev  niyə Təhsil İdarəsinin adından danışır?
Cənab nazir, bu adam arxayın olmasa, Bakı şəhərinin Təhsil İdarəsinin adından necə danışa bilər ? 
Cənab nazir, Aydın Şamoyev, sabiq səhiyyə naziri, hazırda Haqq və  Ədalət  Partiyasının sədri, radikal müxalifətçi  Əli İnsanovla ortaq biznes qurub. 
Daha dəqiq olsun deyə, qeyd edirik ki, Masazır qəsəbəsindəki məktəbin  tikintisini  HİDROKONSTRAKŞN  şirkəti və Aydın Şamoyev həyata keçirir. 
Tikinti heç bir standartlara cavab vermir. Axı, bu binada yüzlərlə, minlərlə şagird oxuyacaq, sabah uşaqların başına faciə gəlsə, məsuliyyəti kim daşıyacaq ?
Gundelik-baku.com-un apardığı  araşdırmalar  onu göstərdi ki, bu tikinti ilə bağlı heç bir dövlət qurumunun xəbəri yoxdur. 
Məcbur olub yenidən araşdırma apardıq. Və bəlli oldu ki, məktəb adı altında aparılan tikintiyə icra başçısı İradə Gülməmmədovanın böyük qardaşı ( Rizvan )  ağsaqqallıq  edir. 
Amma hələ bəlli deyil ki, tikilən məktəbdir, yoxsa hotel ? 
Və ən əsası  bu bina 1-2 ildən sonra uçarsa, faciə baş verərsə, KİM MƏSULİYYƏT DAŞIYACAQ ? 
Mütləq hər məsələyə görə, cənab Prezident müdaxilə etməlidir ?
Bəs siz nəyə baxırsınız: 
Cənab Fövqəladə Hallar  Naziri  Kəmaləddin Heydərov, 
Cənab  Təhsil Naziri Emin Əmrullayev,  
Cənab-ə  Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ?

Oxşar xəbərlər

Abşeronun Masazır  qəsəbəsində məktəb tikilir, ancaq Təhsil İdarəsinin xəbəri yoxdur…-  Görəsən, FHN, Abşeron rayon icra hakimiyyəti hara baxır ?
Onlarla məktəb direktoru cəzalandırılıb - SƏBƏB
Təhsil naziri qalmaqallı məktəb direktorundan danışdı - "O, necə diektor oldu?"
Şagirdlər onlayn dərslərə qatıla bilmir - Virtual Məktəb niyə işləmir?
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Hər məktəb direktorunun arxasında   yekə  bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Nazirin töhmət verdiyi məktəb direktorunu DİN də cəzalandırdı - VİDEO
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Kəlbəcərdə erməni direktor məktəb binasını belə yandırdı - Video
Daha bir məktəb koronavirusa görə bağlandı
Daha bir məktəb koronavirusa görə bağlandı
Rəhilə Baxşəliyeva 149 saylı məktəbi bazara çevirib...-  Məktəb direktoru nazir Emin  Əmrullayevi niyə saymır ?
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
Bakıda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Azərbaycanda orta məktəb bağlandı
Təhsil naziri intihara cəhd edən şagirdə baş çəkdi - FOTO
Azərbaycanda koronavirusa görə iki məktəb bağlandı
Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ
SON DƏQİQƏ: Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Emin Əmrullayev təhsil naziri oldu - Foto
Abşeronda müəllimlər günü qeyd edilib
Məktəb direktoru yoxsa, fotomodel?
Erməni təxribatı nəticəsində yarasız hala düşən məktəblərin sayı açıqlanıb
Şabranda məktəb binasında YANĞIN
"Bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq" - Emin Əmrullayev
Gəncə təhsilində nələr baş verir? - İDDİA
149 saylı məktəbin direktoru Rəhilə Baxşəliyeva məktəbi bazara çevirib-TƏHSİL NAZİRİ EMİN ƏMRULLAYEV BU BARƏDƏ NƏ DÜŞÜNÜR?
Afaq Bəşırqızı qəzəbləndi: "Əgər gəlinim savadsız olsaydı...."