Azay Quliyev 2005-də Şirvanda necə deputat oldu ?- Millət vəkili niyə 3-cü dəfə Şirvandan Binəqədiyə “köçdü” ?
29-05-2021, 15:40
175

Azay Quliyev 2005-də Şirvanda necə deputat oldu ?- Millət vəkili niyə 3-cü dəfə Şirvandan Binəqədiyə “köçdü” ?

Yavər Camalovun  deputatın həyatında rolu..

Milli Məclisin üzvü,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri  Azay Quliyev  öz müsahibəsində  ciddi-cəhdlə deyir ki, məsələləri siyasiləşdirməyin. 
Söhbət ondan gedir ki, Hesablama Palatası Azay Quliyevin  rəhbəri olduğu  Milli QHT-lərin maliyyə fəaliyyətini yoxlayıb və ciddi problemlər aşkarlanıb. Yəni dövlətin ayırdığı  vəsait  kənar yerlərə xərclənib. 
Bununla bağlı  münasibət bildirən Azay Quliyev təkrar-təkrar deyir ki, bunlar siyasi məsələ deyil. 
Cənab Azay Quliyev, siz 4-cü dəfədir ki, Milli Məclisin üzvüsünüz. Milli Məclis  siyasət yeri deyil, bəs nədir ?
Siz siyasi proseslərin mərkəzindəsiniz. Necə yəni  siyasiləşdirməyin ?
Cənab Azay Quliyev !
Siz 2005-ci ildə 46 saylı Şirvan seçki dairəsindən deputat seçildiniz. Sizi Şirvanda tanıyan var idimi ? Bir az obyektiv olun. O vaxt  Yavər Camalov  “Azneft ” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışırdı. Sonradan Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edildi. 
Bəli, 2005-ci ildə  Yavər Camalov şirvanlılara konkret demişdi ki, qutudan  Azay Quliyev çıxmalıdır. 
Və siz beləcə deputat oldunuz. Bu məgər məsələni siyasiləşdirməkdir ? 
Cənab Azay Quliyev, 2010-cu ildə yenidən 5 il  Şirvanlıların  deputatı oldun. Şirvan camaatı üçün nə iş gördün ?
2015-ci ildə  deputatlıq dairəni kəskin dəyişərək Binəqədi 8  saylı dairədən deputat oldun. 
Cənab Azay Quliyev, əgər Şirvanda özünü həqiqi deputat kimi aparmışdınsa, seçicilər arasında az-çox nüfuzun vardısa, niyə Binəqədidən namizəd oldun ?
Deməli, 10 il deputat fəaliyyətin Şirvanlıları qane etmirdi və sənə səs verən də yox idi. Ona görə də məcbur olub Binəqədidən deputat oldun. Çünki seçkidən söhbət  gedə bilməzdi. 
Bunları yazmağımızı da  siyasətin ayağına yazmağa çalışma, Quliyev. 
Cənab Azay Quliyev ! Hesablama Palatasının ortaya qoyduğu neqativ hallara görə siz məsuliyyət daşıyırsınız. Amma deyirsiniz ki, bu məsələ mənlik deyil. 
Siz,  böyük miqdarda  rüşvətə görə,  həbs olunan şəxsə hüquqi maarifçiliyə görə neçə min qrant vermişdiniz ? 
Cənab millət  vəkili ! 
Rüşvət, həbs hara, hüquqi maarifçilik hara?
Cənab Azay Quliyev, deyirsiniz ki, Hesablama Palatasının yoxlamasını mənim adıma bağlamayın. 
Cənab deputat, bu qurumun rəhbəri siz olduğunuz halda, yoxlamanı bəlkə  ekologiya nazirinin adına  bağlayaq ? 
Absurd  fikirlərdir. 
Yazılanları  şəxsinizə qarşı kampaniya hesab edirsiniz. Bu da bir bəhanədir. 
Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla əməkdaşlıq  məsələsində isə  Azay Quliyev daş atıb başını tutur. Yenə deyir ki, məsələyə siyasi baxımdan yanaşmayın. Bəs necə yanaşaq, Azay müəllim ? 
Deyirsiniz ki, Əli Həsənovun bizə münasibəti müsbət olmayıb. 
Suallara  “Hər şeyi onların vicdanlarına buraxıram” deyə cavab verirsiniz. 
Biz də hər şeyi sizin  vicdanınıza buraxırıq. 
4 dəfə necə deputat olmusunuz, cənab Azay Quliyev?

Oxşar xəbərlər

Azay Quliyev Müşahidə Şurasının sədri, müavini isə bu şəxs oldu
Daha bir dövlət qurumunda pozuntular aşkarlandı - RƏSMİ
Ramiz Mehdiyevin SON QALASI: Bu gün fərmanı verildi... - BƏS SABAH?
"Deputat Eldar Quliyev tez-tez əxlaqsızlıq yuvalarına gedir" — Partiya sədrindən ŞOK İDDİA
Palata Azay Quliyevin qurumunda nöqsanlar aşkarladı - RƏQƏMLƏR
Azay Quliyev Əli Həsənovla İPLƏRİNİ QIRIR... - İLGİNC GƏLİŞMƏ
"Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır"
Azərbaycan ATƏT PA-nın Büro iclasında təmsil olunub
Mehdiyev daha bir vəzifəsini itirdi - RƏSMİ
Sərt karantin rejimi yanvarın 18-də başa çatır - Video
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
Deputatla keçmiş rəqibi arasında qalmaqal: "Əlimdə faktlar var..."
Azərbaycanda deputatlar vaksinasiya olunacaq
Deputat Fəttah Heydərovun yerinə keçmək istəyir - İDDİA
Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Ülvi Quliyevin oğlu Vətən müharibəsinə niyə getmədi ?- Deputat oğlunun  Avropadakı  topdağıtmaz biznesi
Sabiq deputat bu vəzifələrini də İTİRDİ
Deputatları cəzalandıran komissiya toplanır
Məcburi köçkünlərlə bağlı deputatdan mühüm AÇIQLAMA
İşdən çıxarılan direktor Ramiz Mehdiyevi MƏHKƏMƏYƏ VERDİ
Milli Məclisin deputatlarına tapança verilib?
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
MSK ilə bağlı yenilik GÖZLƏNİLİR
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Ülvi Quliyevin vətən sevgisi quru divara palçıq vurmaqdır- Deputatın  biznesmen oğlu niyə orduda qulluq etməyib ?
Dostluq qruplarına rəhbərlik edəcək deputatlar - TAM SİYAHI
Həbs edilən Rasim Quliyevlə bağlı maraqlı məlumatlar...
Deputat BNA-nın yazdığı böyük məbləğli cərimədən narazıdır