Kəlbəcərin  “mantyor”  icra başçıları- Bəs  sən nəyin uğrunda vuruşmusan, Azər  Qocayev ?
31-05-2021, 17:45
336

Kəlbəcərin “mantyor” icra başçıları- Bəs sən nəyin uğrunda vuruşmusan, Azər Qocayev ?

Əbülfəz Elçibəy  prezident olanda Kəlbəcərlə bağlı bir maraqlı məsələ var idi. Hamı deyirdi ki, Kəlbəcərin icra başçısı mantyordur
Şəhid Milli Qəhrəman Şahlar Şükürovun atası, 1993-95-ci illərdə Kəlbəcərin icra başçısı vəzifəsini daşıyan  Əvəz Şükürovun bu barədə  Milli Məclisdəki çıxışı da çoxlarının yadındadır. 
O vaxtdan hardasa 30 il keçib. 
Deyəsən Kəlbəcərin icra başçısı sarıdan bəxti gətirmir. 
Bu gün  Kəlbəcərin təzə icra başçısı Azər Qocayev də ixtisasca energetik, loru dildə desək, “mantyor”dur. 
Bəli,  bu mantyor icra başçısı, dövlətin aqrar siyasətini başa düşmür. Baramanın nə olduğunu anlamayan bu icra başçısı dövlət başçısının aqrar məsələ ilə bağlı siyasətini anlamadığı üçün “baramanı lağa  qoyur”. 
Bu azmış kimi  Kəlbəcəri ziyarətə gedən məmuru  işdən qovur. 
Bu adamın 1-cə günlük idarəetmə  təcrübəsi yoxdur. 
Özünü idmançı kimi aparır,  qəbuluna  gələnlərə az qala fiziki güc göstərir, özünü “vışıbala” kimi aparır. 
Ömründə 1-cə saat Kəlbəcərdə olmayan adam Kəlbəcərin necə icra başçısı ola bilər ? 
Azər Qocayev  gözünü açanda ancaq Sumqayıt görüb. Bu adamın hətta təsəvvüründə Kəlbəcər, dağlıq ərazi, kənd təssərüfatı deyilən anlayış yoxdur. 
Müavinlərini  idarə edə bilməyən Azər  Qocayev  rayonu necə idarə edəcək ? 
Hətta öz müavinləri, şöbə müdirləri  Azər  Qocayevi saya salmırlar. 
Bütün bunlar azmış kimi icra başçısı bugünədək bircə şəhid, qazi ailəsini ziyarət etməyib. 
Ziyarət bir kənara qalsın, hətta qazinin öz iş yerinə bərpa etmir. 
Bəli, Vətən müharibəsinin qazisi neçə vaxtdı öz əvvəlki işinə bərpa ola bilmir. 
Vətən müharibəsi qazisi Süleymanov Rüstəm Fazil oğlu Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər  Qocayev, onun müavini Eldəniz MehdiyevKəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Baş direktoru Səadət Əliyevanın əlbir olaraq, onun işinə bərpa olunmasına maneə törətdiklərini bildirib. 
Qazi cənab Prezident, Ali Baş Komandan  İlham Əliyevdən xahiş edir ki, ona kömək etsin. 
Görəsən, icra başçısı  Azər  Qocayev başa düşmür ki, bu qazi torpaq uğrunda vuruşub. 
Bəs  sən nəyin uğrunda vuruşmusan, Azər  Qocayev ?

Oxşar xəbərlər

Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... -  İcra başçısı öz müavinləri ilə yola getmir...
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu-  1  ildə  icra başçısı nə iş görüb ?
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Yeni icra başçısı  Azər Qocayev  1 ildə  Kəlbəcər üçün nə iş görüb ?- Sabiq başçı, hazırda isə Kəlbəcərin deputatı Aqil Məmmədov  9 ildə nə iş gördü ?
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Koronavirusdan ölən icra başçısı dəfn olundu
İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Azərbaycanda icra başçısı dünyasını DƏYİŞDİ
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
İcra başçısı müavinini İŞDƏN ÇIXARDI
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
Lerikin icra başçısı ilə bağlı daha bir iddia - VİDEO
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Prezident icra başçısını işdən çıxardı
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi
Şuşanın icra başçısı onu tənqid edənlərə “kor” dedi
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA