Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri...-   Müdirin yonca sahələri,  fermaları...
1-06-2021, 21:00
298

Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun korrupsiya əməlləri...- Müdirin yonca sahələri, fermaları...

Prezident İlham Əliyev cənabları  bir müddət əvvəl çıxışında  meliorasiya sistemində olan problemləri kəskin şəkildə qeyd elədi. Və sistemdə kadr  dəyişiklikləri oldu. 
Bütün bunlara baxmayaraq yenə də eyni problemlər, eyni şikayətlər davam edir. 
Redaksiyamıza müraciət edən Ucar rayonu, H.Əliyev prospekti, ev 136 sakini Şirinov Raqif Ayaz oğlu meliorasiya  idarəsindən şikayətçidir. Onun şikayətini olduğu kimi dərc edirik: 
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoran ağuşuna alıb kənd təsərrüfatı məhv olmaq üzrədir.Nəticədə də Ucar ərazisində torpaqlar əkinə yararsız hala düşüb, dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar dəyir. Ucar rayon Meliorasiya İdarəsinin bütün texnikaları Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib. Hansı ki, həmin texnikalar rayon ərazisində olan şirə kanallarının təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir.
 25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam.Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Mən bunun səbəbini Həsən Qasımovdan soruşanda mənə dedi ki, "rədd ol sən kimsən idarə mənə məxsusdur".
Mənim bildiyim odur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan idarələrin heç biri özəlləşdirilməyib. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir.Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır.
Videoda görünən yonca otu onun idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır.Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur.O, Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib. Onu da qeyd edim ki, Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir. Hansı ki, həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür. Bu cinayətdir ki, Həsən Qasımov həyata keçirir.Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır. Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə məlumat vermişəm. 
Redaksiyadan: Biz vətəndaşın şikayətini işıqlandırdıq. Qərar vermək isə dövlət qurumlarının işidir.

Oxşar xəbərlər

Ucarda Əhmədzadənin adamı KƏNLİLƏRƏ QARŞI - GİLEY
Ucar rayonunda ƏHMƏDZADƏ AB-HAVASI... - GİLEY
Ucarın Meliorasiya İdarəsində analoqu olmayan anarxiya
Azərbaycanda kənd təsərrüfatının inkişafında Lenin prinsipi... - “Bir addım irəli, iki addım geri”
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
“İcra başçısının qardaşı korrupsiya şəbəkəsi yaradıb” - Şilyan kəndinin sakinləri susuzluqdan əziyyət çəkir
Ucar Rayon Təhsil Şöbəsinə yeni müdir TƏYİN OLUNDU
Ucar sakini traktorla həmkəndlisini vuraraq öldürdü
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
Ucarda bıçaqlanma olub, ölən var
Azərbaycanda bu xəstəxana odunla qızdırılır?
13 yaşlı qıza əxlaqsız hərəkət edən məmur HƏBS EDİLDİ
Ucarda "Opel" yandı
İdarə rəisi vəfat etdi
Ucar sakinləri kimdən şikayətçidir? - Müraciət...
Ucarda 12 yaşlı yeniyetmə intihar etdi
Ucarın kəndi bir ildir susuz qalıb - Video
Ucarda karantini pozan çayxana aşkarlandı
Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Ucar sakinləri bu məmurdan şikayətçidirlər... - VİDEO
Əşyalar durduğu yerdə alovlanır - Ucarda müəmmalı yanğın
Əhmədzadənin müavinlərinin vəziyyəti "uruscadır"- Aparat rəhbəri Zaman Məmmədova veriləcək suallar var. İDDİA
Bərdə Mədəniyyət Mərkəzindən 27 minlik oğurluq
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Göyçay sakini narazılıq edir... - GİLEY
Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT