Arif  Vəliəhmədov Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərini öz vəsaiti hesab edir.
3-06-2021, 15:58
309

Arif Vəliəhmədov Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərini öz vəsaiti hesab edir.

Son zamanlar sahibkarlar tərəfindən saytımıza ünvanlanan şikayətlər arasında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti Sədrinin müavini Vəliəhmədov Arif Cavanşir oğlunun adı daha çox hallanmağa başlamışdır.
​Şikayətlərdə ortaq cəhət ondan ibarətdir ki, “A. Vəliəhmədov 10 ildən çoxdur ki Sahibkarlığın İnkişafı Fondunda işləyir. Bütün sahibkarlara məlumdur ki, həmin qurumun SKMF adlandırıldığı dövrdə alınan kreditlərin 15% həcmində rüşvət alaraq kreditləşmə həyata keçirilirdi. Bunun nəticəsidir ki, hazırda fond tərəfindən verilmiş 500 milyon manata yaxın vəsait problemli borc olaraq dövlətin üzərində qalmışdır və əksəriyyəti də hazırda bağlanmış Standart Bankdadır. Bu cinayətkar sxemin yaradıcısının isə Arif Vəliəhmədov olduğu yenə də hamıya bəlli olan faktdır. Hazırda Arif Vəliəhmədovun vəzifəsi artırılaraq İdarə Heyəti Sədrinin müavini olsa da köhnə mexanizm onun yaxın adamı olan və öz yerinə  İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsinin müdiri təyin etdiyi Nazim Ələmdar oğlu Qarayevin əli ilə çalışmaqda davam edir. Süründürməçilik, əsassız imtinalar, nəyinsə müqabilində dövlət vəsaitinin sağa-sola paylanması və bu kimi hallar yenə də qeyd olunan şəxslərin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Qanuni fəaliyyətlə məşğul olub real işlər görən sahibkarlar əsassız süni maneələrlə rastlaşır, aylarla haqq etdikləri maliyyələşməni ala bilmirlər.
​Araşdırma aparmaq istəyənlərə elə bir o fakt yetərlidir ki, Şəkidə camışçılıq təsərrüfatının inkişafına ayrılmış külli miqdarda vəsait  hazırda problemli borc olaraq qalmaqdadır. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, həmin o təsərrüfat ümumiyyətlə olmayıb və olması planlaşdırılmayıb, yəni olmayan layihə Arif Vəliəhmədov tərəfindən maliyyələşdirilib. Belə faktları saymaqla bitirmək olmaz və ayrı-ayrı faktlar barədə daha ətraflı növbəti yazılarımızda məlumat veriləcək.
Yazılanlara münasibətdə sual olaraq yenə də qalmaqdadır ki, bütün dövlət orqanları, xüsusi ilə də sahibkarlarla işləyən qurumlar şəffaf işləmək istiqamətində böyük addımlar atdığı bir dövrdə belə həssas sahəyə rəhbərlik edən şəxslərdən biri olan Arif Vəliəhmədov nəyə və kimə arxalanaraq dövlət başçısının dediklərinin və etdiklərinin əksinə hərəkət edir.  
Hörmətli İqtisadiyyat nazirimizin diqqətini bu istiqamətə yönəltməklə bu sahədəki qüsurları araşdırmağı və özbaşınalıqları aradan qaldırmağı bir daha xahiş edirik.

Oxşar xəbərlər

Prezidentdən Sahibkarlığın İnkişafı Fondu ilə bağlı FƏRMAN
Sahibkarlara şad xəbər: 130 milyon manat kredit veriləcək
PROBLEM: Sahibkarda biznes plan, Fondda pul yoxdur... - “Banklar yükdən qurtulmağa çalışır”
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
Partiya sədrinin müavininin arvadı COVİD-19-dan öldü, özü komadadır
Pandemiyaya görə sahibkarlara gələn il də dəstək göstəriləcək
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
“Günay Bank”a yeni sədr təyin edildi
Deputat haqda ilginc iddialar... - Siqaret biznesini ələ keçiribmiş...
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdü
Arif Hacılı və digər 10 nəfər cərimələndi
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir
Sabir Rüstəmxanlı yeni müavinlər təyin etdi
YAP-da Ağsaqqallar Şurası yaradıldı - Sədri isə...
Həbs olunan “Azərxalça” sədrinin yerinə müvəqqəti TƏYİNAT
“Rabitəbank”ın sədri dəyişdi
Murad Arif fləşmob sayəsində Orduya 652 min manat ianə topladı
Arif Babayevdən üzücü xəbər - koronavirusa yoluxdu
Akademik Arif Paşayevin doğum günüdür
YAP-ın İdarə Heyətindən çıxarılanlar: Ramiz Mehdiyev və...
Arif Əsgərovon universitetdən qovulan oğlu üç ölkədə şirkət açıb - Ay maşallah...
Arif Quliyevin son vəziyyəti açıqlandı
Koronavirusa yoluxan Arif Quliyevdən XƏBƏR VAR
30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi - VİDEO
Arif Hacılı başqanlığa namizədliyini irəli sürdü
Pakistan prezidenti Azərbaycan xalqını və hökumətini təbrik etdi
Hərbçimiz intihar edib - Rəsmi
YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
Əsgərin intiharı ilə bağlı cinayət işi açıldı