Masallıda Meşə Təsərrüfatı Mərkəzində dərəbəylik- Ekologiya Naziri Muxtar Babayev hara baxır ?
10-06-2021, 17:47
325

Masallıda Meşə Təsərrüfatı Mərkəzində dərəbəylik- Ekologiya Naziri Muxtar Babayev hara baxır ?

Meşə Təsərrüfatı Mərkəzində dərəbəylik

Masallı rayon Ərkivan qəsəbəsinin sakini, meşə təsərrüfatı mütəxəssisi Atakişiyev Namiq Balağa oğlu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin sabiq direktoru  Ağaqardaş Qaraşovun himayəsi altında çalışan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi  rəhbərliyinin ona qarşı qərəzli münasibətindən şikayətçidir.
Namiq Atakişiyev 1991- ci ildə Rusiya Federasiyasının Voronej şəhərində  Meşə Təsərrüfatı İnstitutunu mühəndis - mexanik ixtisası üzrə bitirib.1993 - cü ildə Qarabağ uğrunda aparılan müharibədə  Murovdağdakı savaşlarda   iştirak edib. 2 - ci qrup Qarabağ müharibəsi əlilidir. İxtisasına uyğun olaraq  2000 - ci ilin oktyabr ayından etibarən   Masallı Meşə Təsərrüfatı İdarəsində işləməyə başlayıb və müxtəlif vəzifələri icra edib. 01 aprel 2015 - ci ildən 2018 - ci ilin oktyabr ayına kimi Xüsusi vəsait üzrə mühasib vəzifəsində işləyib. 2018 -ci il oktyabr ayının 1- də Azərbaycan  Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və  Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərlikləri ali təhsilli mütəxəssis olmasını, Qarabağ müharibəsi əlili və veteranı olaraq dövlətin ona verdiyi imtiyazları nəzərə almamış, mövcud qanunvericiliyə zidd olaraq onun hüquqlarını kobud şəkildə pozmuşlar. Üzləşdiyi haqsızlıqla bağlı  ölkə Prezidenti İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə və Masallı rayon İcra Hakimiyyətinin sabiq Başçısı Rafil Hüseynova müraciətlər etsə də Masallının  "meşə legionerləri" onun yenidən  işlə təmin olunmasına imkan verməmişlər. Sadəcə  olaraq,  yerli hakimiyyət orqanlarının səlahiyyət sahibləri  meşələri nüfuz dairələrində saxlayan "işgüzar qrupların" maraqlarına xidmət edərək  Namiq Atakişiyevin  pozulmuş hüquqlarının  bərpa olunmasına biganə münasibət göstərmişlər. İşdən qanunsuz olaraq azad edilməsindən 2 il keçdikdən sonra Masallı rayon İHB -nın   müavini  Adəm Məhərrəmovun imzası ilə 30 iyul 2020- ci il tarixdə ona göndərilən məktubda bildirilir ki,  pozulmuş hüquqlarının bərpa edilməsindən ötrü Masallı Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyindən məhkəməyə müraciət edə bilər. Namiq Atakişiyev təəssüf edir ki ,Adəm Məhərrəmovun  göndərdiyi "tövsiyyə" məktubu məsuliyyətdən yayınmağa təşəbbüs, səriştəsizlik , insan hüquqlarına aşkar hörmətsizlikdir. Namiq Atakişiyev bildirir ki, onunla eyni vaxtda struktur islahatına görə ixtisara salınan  ali təhsili olmayan mühəndis,  Ağaqardaş Qaraşovun qudası Adil Quliyev, iqtisadçı  Şükürov Ayaz, yanğın keşikçiləri -  Qılıncov Faiq və Nuriyev Rəvan yenidən həmin vəzifələrinə işə bərpa ediliblər. Ağaqardaş Qaraşovun yeznəsi, Adil Quliyevin oğlu  Sadiq Quliyev özəl şirkətdə işlədiyi halda ,  Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində də mühasib kimi qeydiyyatdadır. 
Mərkəzin direktoru Adəm İsmiyev Namiq Atakişiyevə fəhlə kimi işləməyi də rəva görmür. Halbuki,  ali təhsilləri olmayan,  2011 - ci ildə Əmək Məcəlləsinin 70 - ci maddəsinin "c" bəndi ilə işdən azad olunan iki nəfər -  Abturab Bağırov meşə mühafizə mühəndisi, Oqtay Tağıyev isə meşəbəyi vəzifəsində işləyir. Adəm İsmiyev Meşə Təsərrüfatı  Mərkəzinin  ali təhsilli kadrlar üçün vakant iş yerləri barədə Məşğulluq Mərkəzinə məlumat vermir və ya  məlumatları gizlədir. Meşə Təsərrüfatı mütəxəssisi və ali təhsili olmayan adamlar rəhbər vəzifələrdə çalışırlar. Namiq Atakişiyev bildirdi ki, Adəm İsmiyev də meşə təsərrüfatı sahəsində mütəxəssis deyil. Namiq Atakişiyev  pozulmuş hüquqlarının bərpa edilməsinə kömək göstərmələri üçün Milli Məclisdə Masallını təmsil edən deputatlara və rayon İHB -sı Şahin Məmmədova da müraciət etmişdir. Lakin ərizə və şikayətləri araşdırılmamışdır.  Namiq Atakişiyev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi  rəhbərliyinin 01 oktyabr 2018 - ci ildə onu  qanunsuz olaraq işdən azad etməsi ilə bağlı 2021 - ci ilin fevral ayında  Masallı rayon Məhkəməsinə İddia ərizəsi ilə müraciət edib. Masallı rayon Məhkəməsinin hakimi Habil Bəhmənov 15 aprel 2021 -ci il tarixdə qəbul etdiyi Qətnamə ilə onun iddiasını rədd etmişdir. O, həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi yazıb.   Namiq Atakişiyev müstəqil media orqanlarından  və insan hüquqlarını müdafiə təşkilatlarından müraciətlərinə dəstək verilməsini xahiş edir.

Oxşar xəbərlər

Ağadadaş Qaraşov Qarabağ Qazisinə qarşı... - GİLEY
Prezident Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul etdi
Ermənilər 54 min hektar meşə fondumuzu məhv edib
Bu il 21 meşə gözətçisi işdən kənarlaşdırılıb
Şamaxıda ağacları kəsib satdılar
Zəngilanda 1000-dən çox ağac əkildi
Türkiyə nazirinin olduğu təyyarə təcili eniş etdi - Video
Ermənistanın atəşləri nəticəsində meşələrdə və mülki obyektlərdə yanğınlar baş verdi
Göygöl Milli Parkınında donuzçuluq təsərrüfatını kimlər yaradıb? – VİDEO
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Oğuz meşələrindəki ürəkağrıdıcı mənzərələrə bəs nə vaxt son qoyulacaq, Firdovsi Əliyev?
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşdü
Deputat hektarlarla meşə sahəsini məhv etdi - Xaçmazda “yaşıl terror” - VİDEO
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Azərbaycanda bu sahələrdə çalışanlara yüksək maaş verilir
Azərbaycanda orta aylıq əməkhaqqı neçə manatdır?
Şəkidə əlili incidən kimdir? - GİLEY
Oğuzda meşələr məhv edilir, amma nazirlik susur-
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Türkiyəli nazir Zəngilanda ağac əkdi - FOTO
Deputatın viran qoyduğu XAÇMAZ MEŞƏLƏRİ... - Nazirlik Eldəniz Səlimovun “ekoloji terror”una göz yumur
Qəzənfərin Ağayevin sərvətinin siyahısı yayıldı... - Təkcə Masallıda olanı budur...
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Qəbələ Regional Meşə Təsərrüfatını kim və necə idarə edir? – ETSN hara baxır?
Bakıda klinika direktoruna cinayət işi açıldı
Meşə yolu ilə postu keçməyə cəhd edən şəxs tutuldu - FOTO
Astara İcra başçısının dodaq uçuqladan sərvəti-SİYAHI
Qax sakinləri Azər Kərimlidən şübhələnirlər... - NARAZILIQ!