AAYDA-nın sədr müavini Hüsnü Quliyevin KİNO kimi karyerası...-  Əmtəəşünas yol mütəxəssisi...
11-06-2021, 18:36
294

AAYDA-nın sədr müavini Hüsnü Quliyevin KİNO kimi karyerası...- Əmtəəşünas yol mütəxəssisi...

Atalarımız nə olsun ki, deyiblər, abad kənd yolundan bəllidir, mədəniyyət yoldan başlayır. 
Bu deyilənlərə baxmayaraq  ən yamaqlı yollar da, ən bahalı yollar da, ildə ən azı 2 dəfə çöküb təzədən salınan yollar da bizdədir. 
Dəfələrlə  yazmışıq, bir də yazaq. Yol çəkmək haranısa qırlamaq deyil. Yəni mürəkkəb inşaatdır. 
Bizdə uzun illər yol tikintisi ilə  “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti məşğul olub, sonra adını dəyişib  “ Azəravtoyol” ASC  olub. Guya Allah qoymasa, ad dəyişməklə  nəsə dəyişibmi ? 
Sonuncu dəfə  qurum adını yenə dəyişdi və oldu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA ). 
Çox gözəl, görək müsbətə doğru nəsə baş veribmi ?
Bizi bütün yazılarımızda  həmişə “qızıl orta”nı qorumağa çalışırıq. Yəni hər şeyi qaralamaq, yaxud hər şeyi tərifləmək olmaz. Ona görə də qeyd etməyi vacib hesab edirik ki, müstəqillik dönəmində xeyli müsbət işlər də görülüb. Amma xeyli problemlər də var. Və bunları mütləq qeyd etməliyik. 
Öncə ondan başlayaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli Fərmanına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. 
Yəni əvvəlki “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti, “ Azəravtoyol” ASC   deyilən qurumlar yoxdur, əvəzində AAYDA var. 
Amma qurumun saytında  http://www.aayda.gov.az  hələ də bəzi rəhbər şəxslərin  avtobioqrafiyasında  ASC gedir. 
Bəs  AAYDA boyda qurumun Aparat rəhbəri Tariyel Pənahov, yaxud digər müavin Hüsnü Quliyev hara baxır ? 
Söhbət hələ qanunsuzluqlardan, korrupsiyadan, rüşvətdən getmir ee, adicə qurumun saytına nəzarətdən gedir. Digər məsələlərlə bağlı növbəti yazıda bəhs edəcəyik. Bu hələ girişdir.
Yeri gəlmişkən, qurumun saytında  sədr müavini olan Hüsnü Quliyevin  “dannıları”  xeyli təəccübümüzə  səbəb oldu. 
Hüsnü Ələkbər oğlu Quliyev 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində anadan olmuşdur.
1984-cü ildə Bakı Kooperativ Texnikumunun “Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili” fakültəsini fərqlənmə ilə bitirmiş “əmtəəşünas” ixtisasına yiyələnmişdir və 2002-ci ildə Odlar Yurdu Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini  bitirmiş “maliyyə və kredit” ixtisasına sahiblənmişdir.
Ay yoldaşlar, ərzaq malları və əntəəşünaslıq hara, YOL hara ?
Hüsnü müəllim ali təhsili olmadığı halda 1984-1991-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayon İstehlak Cəmiyyətində müdir olub. Ali təhsili olmayan şəxsin bu vəzifəni daşıması ağla sığmır. 
Sonra  Hüsnü müəllim, 1991-1997-ci illərdə “Azərkinovideo” da işləyib. 
İndi özümüz deyin əmtəəşünas hara KİNO hara ?

Nəhayət hansısa sirrli əl Hüsnü müəllimi gətirib qoyub “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində  Yollarının Yaşıllaşdırılmasına rəis. KİNO-dan keçdi yaşıllaşdırmaya. 

2016- 2017 cı illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsini müvvəqqəti icra edib.
 
10 mart 2017- ci il tarixindən 21 dekabr 2017- ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.
 
21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
Qurumun əsas işi  Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirməkdir. 
Ancaq rast gəldiklərimiz əsl KİNO mövzusudur. 
Əsl KİNO mövzusu isə  Aparat rəhbəri Tariyel Pənahovla bağlıdır. Bu barədə növbəti yazıda. 
ARDI VAR..
.

Oxşar xəbərlər

58 yaşında hüquq diplomu alan Saleh Məmmədovun  YOL-u-20 yaşlı oğlu Londonda mülkləri hansı pulla alır ?
Yol tikintisində “yeyilən” milyonlar
"Kolin" İnşaat: keyfiyyətsiz iş, qəza...
Deputat Könül Nurullayevanın ailəsi-onun kiçik dövləti - Seçkidə  deputat  xanımın 2  rəqibi  “SOCAR”ın rəisləri olub
Real vəziyyəti əks etdirən XƏRİTƏ - Ermənilər Zəngəzur dəhlizinin əvəzinə...
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək
“Gecə-gündüz əlim göydədi, Allaha yalvarıram ki, müharibə olmasın...”
Qarabağda yol tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq
Kolleclər  tələbəni ƏMƏK  BAZAR-ına hazırlaya bilmir-  Kollecləri ali məktəblərin nəzdinə verməklə heç nə dəyişmədi...
“Azərbaycanfilm”in ərazisi  kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Neftçalada 50 saylı yol idarəsinin müdiri Fizuli Babayev Kimdir ?- O hansı yollarla milyonçu olub ?
Prezident göstəriş verdi: Füzulidən Şuşaya yol çəkilir
“Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyovu söyüm”
Ermənistanda həyat iflic oldu: Yollar bağlandı
68 min əhalinin istifadə etdiyi yolun tikintisi yekunlaşmaq üzrədir - FOTOLAR
Bakının qəsəbə yolları payız yağışına hazırdırmı? - Video
Formula 1-ə görə yollar bir həftə bağlı olacaq
“Qızıllarımı satıb yemişəm“ - Əməkdar artist
Ermənistanda magistral yollar bağlandı
Prezident Saleh Məmmədovu qəbul etdi
"Aylardır yola daş tökülüb, avtomobilimiz dağılır" - GİLEY
Bu küçədə hərəkət məhdudlaşdırılır
Güclü qar və şaxta Ermənistanda yolları iflic etdi
Qarabağda yeni avtomobil yolu çəkilir
Əli Mirəliyevdən qalmaqallı sözlər: “Bir dəfə də maska taxmamışam...“
AAYDA-nın sehirli "LAPATKA"sı: Yola ayrılan pullar CİBƏ NECƏ GEDİR? - VİDEO