Karantin dövründə  “Qızıl bağ”  restoranında şıdırğı toy gedir-  Sərvər Hüseynovun restoranı niyə cərimələnmir ?
15-06-2021, 19:54
840

Karantin dövründə “Qızıl bağ” restoranında şıdırğı toy gedir- Sərvər Hüseynovun restoranı niyə cərimələnmir ?

Karantin dövründə  “Qızıl bağ” (Golden Garden)  restoranında şıdırğı  toy gedir...
 
Restoranın  sahibi Sərvər Hüseynovdur...


Koronavirusla bağlı karantin dövründə  toy və hüzr məclislərinin, ümumiyyətlə, kütləvi toplantıların keçirilməsinin qanunla qadağan olunmasına baxmayaraq  tez-tez toy məclisləri  keçirilir. 
Dəfələrlə, televizorda, sosial şəbəkələrdə  belə tədbirlərin video görüntülərinə, şəkillərinə rast gəlirik. Yəni ortada dəlil və sübutlar var. Hətta ad çəkməsək də  belə hallara görə, tanınmış şəxslərin bu səbəbdən polis tərəfindən saxlanılması,  cərimə olunması, hətta həbs edilməsi  halları da baş verib.
Yəni müəyyən şəxslər özlərini  qanundan yuxarı hesab  edirlər.
Təbii, əgər yer  sahibi,  restoranın yiyəsi icazə verməsə, həmən məkanda necə məclis keçirmək olar.    
Həmən bahalı məkanların, restoranların, şadlıq evlərinin sahibləri imkanlı şəxslərdir, icra başçılarıdır. 
Bir daha təkrar edirik ki, zorla kiminsə restoranında məclis qurmaq mümkün deyil. Deməli, restoranın sahibi-xozeyni “xeyr-dua”  verəndən sonra toy sahibi bu qanunsuz addımı atır. 
Belə məkanlardan biri də  “Golden Garden – Qızıl bağ”  restoranıdır. 
Bu restoranda demək olar ki, hər gün toy olur. Hazırda iyul ayının 29-30-u istisna olmaqla bütün günlər tutulub. Yəni açıq-aşkar qanunları, karantin qaydalarını pozmaq birbaşa cinayət və dövlətə meydan oxumaqdır. Bütün dünya karantin rejiminə keçib, amma  bizdə  kimlərsə özünü toxunulmaz hesab edir. Onların bu hərəkətləri nəticəsində  toyda 1 yerin qiyməti 25 manatdan 60 manata, 40 manatlıq yerlər isə 120 manata qalxıb. 
Məlumat üçün   bildirək ki,  “Qızıl bağ”  restoranının əsl sahibi  Hüseynov Sərvər  Əbilfəz  oğludur.  Sərvərin oğlu Sərxan isə rayon ərazisində 90-SB-002 nömrəli 200 minlik avtomobili iləı avtoşluq edir.  
Restoranı isə maştağalı oğlanla , Simran adlı şəxs idarə edir. 
Apardığımız monitorinq zamanı bəlli oldu ki, toy sahibi və restoranın yiyəsi müvafiq orqanlara rüşvət verir və toya razılıq alır. Yəni toy mərasimi əvvəlcədən razılaşdırılır və haqqı çatır. 
Simran kişi bircə onu dedi ki, burada mənlik bir şey yoxdur. 
Bəli, pandemiyanın hələ də canlar aldığı  zamanda bəziləri rüşvət hesabına qanun və qaydaları poza bilirlər.Belə çıxır ki,varlının balası toy edib xoşbəxt ola bilər,kasıbın balası qərarı gözləyib toyunu yuvadmalıdır ?

Hansı qanun bərabərliyindən söhbət gedə bilər ?
Aidiyyatı qurumlar hara baxır ?

Oxşar xəbərlər

“El-Pera” restoranında toy keçirənlər cərimələndi
Bakıda restoranda toy etmək istəyənlər Polis Bölməsinə gətirildi
Qoşa Qala  restoranı kim(lər)indir  ?-  İcra başçısının adı hallanan  Restoranda nələr baş verir ?
Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ
Restoranda toy keçirmək istəyənlər cərimələndi - FOTO
Şəmkirdə 120 nəfərlik toy edənlər saxlanıldı - VİDEO
Toy mərasimi keçirilən restoran hansı məmura məxsus olub?
Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdi - Video
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Bakıda ad günü keçirib video paylaşanlar CƏZALANDIRILDI
Qızına toy edən vəzifəli şəxs “Bakcell”də işləyir - VİDEO
Restoran sahibi toy məclisinə görə 5 min manat cərimələndi
Karantin rejimi ilə bağlı vacib xəbər - 15 gün sonra...
Gecə saatlarında işləyən restoranın sahibi həbs edildi
Şamaxıda toy məclisi təşkil edənlər cərimələndilər
“Kənd ocağı”nda toy: 65 nəfər cərimələndi - VİDEO
"Toylara dərhal icazə verilməlidir, yoxsa..." - Həkim detalları açıqladı
Azərbaycanda maskaya görə cərimələr yenidən ARTIRILIR
Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİ
Lənkaran icra hakimiyyətinin saxta diplomlu məmurları və bahalı avtomobil sahibləri KİMLƏRDİR? – ŞOK İDDİA
Bakıda toy keçirilən restoran aşkarlandı - VİDEO
Oğlunu evləndirib məclis keçirmək istəyən ata və qonaqları şöbəyə gətirildi
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ
Polis toyu yarımçıq saxladı - 10 nəfər cərimələndi
TƏBİB-dən karantin rejiminin sərləşdirilməsi ilə bağlı AÇIQLAMA
Bakıda kafenin sahibi həbs edildi, müştəriləri - CƏRİMƏLƏNDİ
Karantin dövründə yalnız bu şəxslər dəfndə iştirak edə biləcək
Xətaidə gizli toy: 63 nəfər saxlanıldı
Bakıda məşhur restoranda nişan mərasimi keçirildi, polis cərimələdi - Video