Prorektor  İlham Pirməmmədovun “Xarı bülbül”  restoranı ...- Milyonluq obyektlər,villalar,evlər,avtomobillər hardandır ?
24-06-2021, 16:40
634

Prorektor İlham Pirməmmədovun “Xarı bülbül” restoranı ...- Milyonluq obyektlər,villalar,evlər,avtomobillər hardandır ?

Yüksək gərginlikli  elektrik xətlərinin altında iaşə obyekti tikənlər...
 


Hansı məmuru dindirirsən ilk sözü bu olur:
Ulu Öndər  Heydər Əliyevin  siyasi yoluna sadiqik. 
Axı, Ulu Öndər  yaşıllıqlar, ağaclar haqqında iki məşhur fikir bildirib:
1.  Bir ağacın budağını kəsəndə elə bil qolumu kəsirlər. 
2.  Sumqayıtda məşhur müşavirədə dedi ki, bu ağacları kəsənlər elə bil mənim balamın başını kəsirlər. 
Cənablar, meşələri zəbt edirsiniz, ağacları qırıb yerində restoranlar tikirsiniz, yaşıllıqları, parkları zəbt edib özünüzə iaşə obyektləri inşa edirsiniz, dənizi hasarlayırsınız  və s. 
Sizlər Ulu Öndərin kursuna belə sadiqsinizmi ? 
Hətta iş o yerə gəlib çatıb ki, Bakının rayonlarında yüksək gərginlikli, neçə min voltluq elektrik xətlərinin altında da restoranlar, çay evləri, kafelər salırsınız. 
Başa düşürsünüzmü  bu nə deməkdir ? 
Müdrik insanlar  yüksəkgərginlikli  elektrik naqillərinin altında yaşıllıq  salıblar ki, gərginliyi zərərsizləşdirsinlər.  Sizlər bunu başa düşürsünüzmü?
Sizlər isə icra başçılarına rüşvət verib həmən xətlərin altında obyekt  tikməyə icazə alırsınız. Bunu heç cürə anlamaq olmur. 
Digər tərəfdən, axı parklar insanların, uşaqların istirahər yeridir. Sizlər uşaqların da istirahət yerlərini zəbt edirsiniz.
Həm də axı, məmur hara restoran, bar hara ? 
Belə keçmiş məmurlardan biri də Təhsil Nazirliyinin sabiq Aparat rəhbəri İlham Pirməmmədovdur. Cənab Pirməmmədov hazırda  Texniki universitetdə prorektor vəzifəsində çalışır. 
Amma onun vaxtının çoxu “Xarı  bülbül”  restoranında keçir. Niyə məhz  “Xarı bülbül”də ?
Çünki “Xarı bülbül” restoranı cənab prorektor İlham Pirməmmədova məxsusdur. 
Birincisi, adi Aparat rəhbəri olan və dövlətdən konkret maaş alan İlham müəllimdə bu qədər pul haradandır ki, təmtəraqlı restoran tikdirib və hazırda işlədir. 
Axı, ATU-nun prorektoru olan, gənc nəsilin təlim-tərbiyəsi ilə məşğul olan adamda vaxt haradandır ki, şəxsi biznesi ilə məşğul olsun. 
Axı, atalar demişkən, bir əldə iki qarpız tutmaq olmaz, cənablar. 
Görəsən, Pirməmmədov bilmir ki, həmən restoran  tikilən zaman nə qədər ağac qırılıb, yaşıllıq məhv edilib. 
Budur, sizlərin sədaqətiniz, ehtiramınız ? 
Sizlər üçün şəxsi maraq var, cib anlayışı var, sədaqət, ehtiram yoxdur. 
Həm də unutmayın ki, təbiət  ona zülm edənlərdən gec-tez qısasını alır və bumeranq kimi özünüzə qayıdır. 
Və Xarı bülbül Qarabağımızın simvolu-rəmzidir. Rəmzimizi öz pinti əməllərinizə  bulaşdırmayın.

Növbəti yazımızda İlham Pirməmmədovun Azərbaycan Texniki universitetdə fəaliyyəti barədə geniş bəhs edəcəyik.

Oxşar xəbərlər

"Azərişıq" Cəlilabadda BELƏ PROBLEM YARADIR... - yararsız işıq dirəkləri taxılların yanmasına səbəb olur
Nazirliklə xəstəxana arasında qalmaqal - FOTO
Güclü külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurdu
Heydər Əliyevin 90 illiyinə salınmış park dağıdılır, yerində obyektlər tikilir - Fotolar
Kafe və restoranlar həftəsonları da işləyəcək
Nazirlikdən əhaliyə MÜRACİƏT
Xırdalanı  “metr-metr”  satın alan  Rövşən...-  Bir gün Xırdalan sakinləri  aksiya keçirib səni tələb edəcəklər...
Rusiya sülhməramlıları Laçın dəhlizini minalardan təmizləyir - Video
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Cəbrayıl və Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edildi - RƏSMİ
Quba bələdiyyəsindən şikayət var - “Kim danışır, hədələyirlər...”
Məşhur rəssam Heydər Əliyevin portretini çəkdi
Kafe və restoranlar bu tarixdən işləyə biləcək
Xırdalandakı partlayışdan daha ağır hadisə Xətaidə yaşana bilər - ARAŞDIRMA
Bakıda daha bir MTK özbaşınalığı - NARAZILIQ!
Berlində məşhur pivə evi Merkeli “qara siyahı”ya saldı
Azad edilmiş ərazilərdə elektrik təchizatı ilə bağlı işlər aparılır - Fotolar
Hadrut qəsəbəsinə elektrik enerjisi verildi
"Azərişıq" Bərdədəki “Çinar” restoranda baş verən ölüm işinə cəlb olundu - İLGİNC
"Azərişıq" sakinləri ziyana salır: BƏDƏLİNİ İSƏ ÖDƏMİR... - GİLEY
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
Laçında kiçik su elektrik stansiyası istifadəyə verilib
Ərəblərin Azərbaycana satacağı elektrik enerjisinin qiyməti AÇIQLANDI
Şuşa şəhəri elektrik enerjisi ilə təmin olundu
DİN toy və nişan məclisləri ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anıldı - FOTOLAR
Pakistan qaranlığa qərq oldu
Tarix müəllimi necə ticarət naziri, sonra ekonazir oldu ..?- Hüseynqulu Bağırov nazir olanda meşədə heyvanlar da məsti-xumar olurdu...
Şuşaya yüksəkgərginlikli elektrik xətti çəkilir - Video
Sərhədçini elektrik vurdu