Ağstafanın yeni icra başçısı Seymur Orucovun OLİQARXİYASI...- HƏBS olunan başçılar dərs olmadı ?
25-06-2021, 16:16
691

Ağstafanın yeni icra başçısı Seymur Orucovun OLİQARXİYASI...- HƏBS olunan başçılar dərs olmadı ?

Düşmənlə həmsərhəd olan Ağstafada güllə səsi gəlsə, başçı  Seymur Orucovu yerində tapmaq olmayacaq...

ADU-nun rektoru “zakaz”la  icra başçısının xanımı Çeşmi üçün müşavir ştatı açdı... 

350 minlik avtomobildə gəzən bağça müdirəsi-rektor müşaviri-sahibkar  Çeşmi Hacıyevanın 115 min manat qaz borcu... 

Bilməyənlər  üçün qeyd edək ki,  sivil cəmiyyətlərdə  bir insanın uzun müddət  vəzifədə qalıb-qalmaması, onun “yaxşı, ya da pis oğlan olması” ilə bağlı deyil. Yəni loru dildə desək, hətta “ yaxşı oğlan”ın da uzun müddət vəzifədə qalması cəmiyyəti, insanları yorur, hətta bezdirir. O ki ola insanlara qənim kəsilən, rüşvətxor, korrupsioner, “üzü üzlər görmüş qoca“ icra başçıları... 
Sözümüzün canı odur ki, kadr korpusunda nəsil dəyişməsi, yaşlı kadrların gənclərlə əvəzlənməsi  cəmiyyətin istəyi, sifarişi idi. 
Cəmiyyətin istəyini nəzərə alan ölkə başçısı cənab İlham Əliyev son illər xeyli sayda gəncləri irəli çəkdi, etimad göstərdi, icra başçısı, hətta nazir vəzifələrinə təyin etdi. 
Bir daha təkrar edirik ki, bu cəmiyyətdən gələn sifariş idi. 
Ancaq təəssüf ki, etimad göstərilən gənclərin  bir qismi bu etimadı doğrulda bilmədi. 
Belə gənc kadrlardan biri də Ağstafanın gənc, 34 yaşlı icra başçısı  Seymur  Orucovdur. 
Bu icra başçı adamın yadına rəhmətlik aktrisamız  Nəsibə Zeynalovaın ironiya ilə dediyi bir məşhur sözünü yada salır: “Bir tərəfi Bakıxanovlardan, o tərəfi Şəkixanovlardan “. 
Bəli, bizim bu gənc icra başçısı  Seymur Orucovun da bir tərəfi  Həmkarların sədri Səttar Mehbalıyev, o biri tərəfi keçmiş rektor Şəmsəddin Hacıyevgillərdəndir. 
Daha dəqiq desək, icra  başçısı  Səttar Mehbalıyevin bacısı oğlu, Şəmsəddin Orucovun qızı Çeşmi xanımın əridir. 
Görək, gənc icra başçımız kimlərin yanında və NECƏ təcrübə keçib. 
Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudası Səttar Mehbalıyevin yanında.
Bəli, az qala 30 ildir Həmkarların sədri, millət vəkili olan Səttar Mehbalıyev bu günədək həmkarların hesabında olan milyonların hara xərclənməsi barədə cəmiyyətə hesabat verməyib. Həmkarların xətti ilə verilən putyovkalar baha qiymətə satılıb, qurumun nəzdində olan sanatoriyalar  Mehbalıyevə işləyib. Bu bir təcrübə. 
Keçmiş nəqliyyat naziri olan Ziya Məmmədovun hesabına  “Narxoz”un rektoru, sonra millət vəkili olan  Şəmsəddin Hacıyev isə universiteti  əsl rüşvət  ocağına çevirdi. 
Həə, indi özünüz düşünün, gənc icra başçısı “iki qohumundan“ yaxşı nə öyrənə bilərdi. Öyrəndiyi ancaq rüşvət və müftəxorluq ola bilərdi. 
Hələ onu demirik ki, kürəkən qaynatası Şəmsəddin Hacıyevin yanında prorektor olub və böyük “rüşvət təcrübəsi” toplayıb. 
Atalar demişkən, “anan sarımsaq, atan soğan” nə vaxtdan oldun gülməşəkər. 
Ona görə də Seymur Orucovdan yaxşı nəsə gözləmək mənasızdır.
Həm də 1-cə günlük  idarəetmə təcrübəsi olmayan adam böyük bir rayonu necə idarə edə bilər ? 
Həftənin  yarısını Bakıda, yarısını Ağstafada keçirən icra başçısı rayonun hansı problemi ilə maraqlana bilər ki ? 
Digər tərəfdən həyat yoldaşı  350 minlik  zirehli avtomobillə işə gedib-gələn icra başçısı  xalqla bir ola bilməz. 
Yeri gəlmişkən, başçının xanımı Çeşmi xanım Hacıyeva Mağtağada uşaq bağçasının müdirəsi idi. Son məlumata görə, Çeşmi xanım həm də Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviridir. Onu da qeyd edək ki, Çeşmi xanıma qədər  Dillər Universitetində belə bir ştat- multikultiralizm üzrə müşavir vəzifəsi olmayıb, yəni bu vəzifə Çeşmi xanın üçün xüsusi olaraq açılıb. Təsəvvür edirsiniz  “zakaz”la  müşavir ştatı açılır. 
Bu hələ harasıdır ? 
Çeşmi xanın həm də sahibkardır, xeyli sayda istixanaları ( parnik) var, hətta Azəriqaz-a  115 min manata qaz sərfiyyatına görə borcu olub. 
Vətəndaşın 3 manat borcu olan kimi qazını kəsirlər, amma Çeşmi xanıma gözün üstə qaşın var deyən yoxdur. 
Görəsən bir adam müşavir, bağça müdirəsi, sahibkar və s vəzifələrin, işlərin öhdəsindən necə gəlir ?  
Başqa suallar da var. Görəsən, Seymur Orucov qardaşının adına olan 350 min manat dəyərində  avtomobili hamsı pulla alıb ?
Bu pulu harada və necə qazandı ? 
Bütün bunları bir kənara qoyaq. 
Axı, Prezident sənə, 34 yaşlı cavan oğlana etimad göstərərərək böyük bir rayona rəhbər təyin edib. Bundan böyük etimad nə ola bilər ?
Niyə işləmirsiniz, niyə işləmək istəmirsiniz ? 
Qarnınızın ağrısı nədir ? 
Axı, niyə başa düşmürsünüz ki, Ağstafa  müharibə vəziyyətində olduğumuz Ermənistanla həmsərhəddir, sabah bir güllə atılsa, Seymur Orucovu yerində tapmaq olmayacaq. 
Rayonda köhnə hamam köhnə tasdır, problemlər olduğu kimi qalır. Üstəlik icra başçısı yerində tapılmır ki, vətəndaşlar şikayətlərini bildirsin. 
Üstəlik, təzə icra başçısı köhnə rüşvətxor məmurlarla, idarə rəsiləri ilə işləməyə üstünlük verir, özünü komandası yoxdur. 
Sözün qısası, icra başçısı etimad limitini çoxdan itirib.
Həbsdən canını qurtara bilsə, papağını göyə atsın.

Oxşar xəbərlər

İcra başçısı Seymur Orucovun biznesmen xanımının 115 min manatlıq  qaz borcu -  Bağça  müdirəsi  necə biznesmen olur ?
Ağstafanın başçısı Seymur Orucovun xanımı,''MİLYONÇU REKTOR''un qızı Çeşmi Hacıyeva 350 minlik zirehli avtomobili ilə yeni işinə gedəcəkmi ?
Təzə icra başçısı  Seymur Orucov Ağstafanı “qaşıyır”- Deyəsən Seymur Orucovu da həbs olunan Nizaməddin Quliyevin aqibəti gözləyir.
Ağstafada  KÖHNƏ HAMAM, TƏZƏ TAS və təzə icra başçısı Seymur Orucov...- Seymur Orucov 25 yaşında qaynatasının NARXOZ-unda necə prorektor olub?
Bir  ayağı rayonda, o biri ayağı  Bakıda olan  gənc  icra başçısı Seymur Orucov- İcra  başçısı  etimad limitini bitirib
Ölkənin ən gənc icra başçısı hakimiyyəti necə məyus etdi? - Seymur Orucovdan sensasion faktlar...
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Ağstafanın 35 yaşlı başçısının MİLYON-larla dəyəri olan sərvətləri-350 minlik maşın,bağ evləri.obyektlər hansı pulla alınıb?-VİDEOLAR
Ağstafanın icra başçısı  YAP-dakı vəzifəsini itirdi…-AĞSTAFA sakinləri SEYMUR ORUCOVU Bakıda-Elmlər Akademiyasındakı evində axtarır
İcra başçısı Seymur  Orucov 350 min manatlıq avtomobillə “yaylağa” çıxır- Başçının həyat yoldaşı Çeşmə xanım üst-başını silkələsə 100 min manatlıq  qızıl-briliyant  tökülər....
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Siz cavanlarla həbsxanada olan qoca icra başçılarının nə fərqi var, Seymur Orucov ? - Dəyəri 350 min olan avtomobili hansı pulla almısan?
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Üç korrupsionerin çiyinlərində yüksələn başçı Ağstafanı necə idarə edir? - SEYMUR ORUCOV DOSYESİ......
Ağstafa nədən DİRÇƏLƏ BİLMƏZ... - SƏBƏBLƏR, FAKTLAR...
Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı
Ağstafada Mərkəzi Stadion söküldü - İcra başçısı laqeyd yanaşır
Ağstafa başçısının Mehdiyev yolu: torpaqları zəbt edən, saxta diplomlu məmuru işdə saxlayır - Detallar
Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
35 yaşlı  icra başçısının xanımı 350 minlik avtomobil idarə edir-Çeşmə xanımla Maştağa sakinlərinin çəkişməsinin  səbəbi nədir?-VİDEO
Onlar qapılarında "qara maskalıları" görməyənə qədər ağılllanmırlar... - Nə işdirsə...
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
XAÇMAZDA ŞOK MƏNİMSƏMƏ ÜSULU:Nazim Ağayev antivirusa 10 min 426 manatı necə xərcləyib?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
İcra başçısı ilə Nazim İbrahimov arasında "Stefano Ricci" QALMAQALI
“Yerli hakimiyyətlər xalqın iradəsi ilə formalaşmalıdır”
DTX-nın həbs etdiyi vəzifəli şəxsin yerinə təyinat oldu
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT