Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
28-06-2021, 16:35
569

Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...

Müsahibələrində  tez-tez  “Mən bu dövlətin əsgəriyəm”  deyən  sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin ailə şirkətləri Rusiya, Litva, Panama, Azərbaycan, Malta kimi dövlətləri  əhatə edir. 
Əbülfəz müəllim, əsgər ona tapşırılan dövləti talamaqla məşğul olur ?
Utanıb-qızarmadan “dövlətin əsgəriyəm”  deyirsən. 
Məlumat üçün qeyd edək ki, Əbülfəz Qarayev  1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm, 2006-cı ildən bu ilin may ayına qədər mədəniyyət və turizm naziri vəzifələrində işləyib.

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı ortaya çıxan faktlar 26 il ərzində nazir kimi fəaliyyət göstərdiyi müddətdə  Qarayevin topladığı sərvətin miqyasını təsəvvür etməyə imkan verir.
Bu adamın nə qədər daşınmaz  əmlakı, gözəllik salonları, mənzilləri, torpaq sahələri var. 
Keçmiş nazirin yeganə övladı - qızı Suad Qarayevanın və həyat yoldaşı  Lalə Kazımovanın  Londonda böyük biznes şəbəkələri var. 
26 ildə  kitabxanaları, klubları, kinoteatrları, mədəniyyət evlərini satan Əbülfəz Qarayev  multimilyonçuya çevrildi. 
Bunlar azmış kimi “Xalq artisti”, “ Əməkdar artist”  və digər fəxri adları hərraca çıxardan  Qarayev  əsl bazar adamı idi. 
İndi isə keçək əsas mətləbə. 
Məlumdur ki, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. 
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov deyir ki, cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirə verirdik. 
Deməli, milyonlarla pulun  10 faizi  “otkat” kimi nazirə çatırmış. Bundan böyük cinayət olarmı ?
Bəs onda sabiq nazir niyə həbs olunmur ?
Digər tərəfdən  nazirin xəbəri olmadan, Dövlət Xidmətinin rəisi milyonları necə mənimsəyə bilərdi ? 
Bu mümkün olan hal deyil. 
Mətbuatdan bəllidir ki, sabiq nazirə “stop” qoyublar və o ölkədən çıxa bilməz. Düzdür Əbülfəz Qarayev müalicə adı altında ölkədən qaçmağa bir neçə dəfə cəhd edib, amma geri qaytarıblar. 
''Gündəlik Bakı''ya daxil olan məlumata görə həbs olunan şəxslər ifadə verməkdəm imtina edirlər və Əbülfəz Qarayevi tələb edirlər. Məhkəmədə hər şey üzə çıxacaq.
Yəqin ki, yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq. 
P.S. Əbülfəz Qarayev isə bir neçə gün öncə deyib ki, mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm.

Oxşar xəbərlər

Sabiq mədəniyyət nazirinin topdağıtmaz biznesi — SİYAHI
Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri AÇIQLANDI – Moskvada...
Səlim Müslümovdan sonra: Növbə kimindir? - Siyahı
Əbülfəs Qarayevdən sonra növbə ONUNDUR? - İDDİA
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Əbülfəs Qarayevin işlədiyi dövr yoxlanılır
DTX Əbülfəs Qarayevin müavinini saxladı - FOTO
Nazir iki idarə rəisi TƏYİN ETDİ
İcra başçısı 1-ci müavin və müavin təyin etdi
Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO
Kor bağırsağın əvəzinə nazik bağırsağı kəsən səhiyyəmizin “Qara ledi”si - Nazir müavini Nigar  Əliyevanın oğlunun avtomobil kolleksiyası, aptekləri, milyonluq mülkləri və...
Əbülfəs Qarayev nazirlikdəki kriminaldan danışmaq istəmir: “Mən evdəyəm...”
Əbülfəs Qarayevin müavini məhkəmə önündə
Azad Rəhimovun yerinə ONU GƏTİRİRLƏR... - İDDİA
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM
Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən çıxarıldı
Əbülfəs Qarayev ölkədən çıxışına "stop" qoyulmasından DANIŞDI: "Səhvlərim olubsa..."
Azad Rəhimovun nəşi Bakıya gətirilir - Ölüm xəbəri təsdiqlənir...
Anar Kərimov onu direktor müavini TƏYİN ETDİ
ABŞ-da müalicə olunan azərbaycanlı nazirin durumu necədir? - Müavini danışdı
Azad Rəhimov danışdı
Mədəniyyət nazirindən yeni TƏYİNATLAR
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
Ermənistanda daha bir nazir istefa verdi
Əməkdar mədəniyyət işçisi VƏFAT ETDİ
Azad Rəhimovun dəfn ediləcəyi yer MƏLUM OLDU
Mədəniyyət Nazirliyində işdən çıxarılanlar və vəzifəyə təyin olunanlar