Etibar Pirverdiyevin HƏBSİ an məsələsidir...- O ölkədən qaçmağa hazırlaşır ?
2-07-2021, 15:35
603

Etibar Pirverdiyevin HƏBSİ an məsələsidir...- O ölkədən qaçmağa hazırlaşır ?

Etibar Pirverdiyev  100  milyonları haradan qazanıb ?

Bəlkə, Belorusiyada  kartof, soğan satmaqla ?  

Pirverdiyev Express Bankını satıb ?

Pirverdiyevi də “Barmek”in prezidenti Hüseyn Arabulun aqibəti gözləyir... 

Düz 10 il Azərbaycanda olmayan, üstəlik 1-cə gün idarəetmə təcrübəsi olmayan  Etibar Pirverdiyev birdən birə  2001-ci ildə  “Bakıelektrikşəbəkə”  Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub. 
27 noyabr 2001-ci il tarixdə isə  “Azərenerji”  ASC-nin prezidenti təyin edilib. 
Ölkənin  2 strateji qurumuna rəhbər təyin olunan Etibar Pirverdiyev hansı qabiliyyətinə, hansı təcrübəsinə görə, bu mühüm vəzifələrə təyin olunmuşdu. 
Axı, Etibar Pirverdiyevin  qazandığı təcrübə, ancaq və ancaq Belorusiyada kartof, soğan məhsullarının satışı ilə məşğul olması ola bilərdi. Kartof-soğan alverçisi  nə bilir strateji qurum nədir. Bunun nəticəsidir ki, bir neçə il sonra  Etibar  Pirverdiyevin  sayəsində  Azərbaycan zülmətə qərq oldu, Mindəçevir  İES-də qəza baş verdi. 
Azərbaycan iqtisadiyyatına  500 milyon, yəni yarım  MİLYARD  ziyan dəydi. 
Bəs vətəndaşlara  dəyən milyonlarla ziyan, mənəvi zərbə harada qaldı ?
Yaxşı, dövlətə dəyən ziyan 500 milyondur. Bəs sahibkarlara, iş adamlarına dəyən zərəri niyə hesablayan olmadı ?
Bəs, Mingəçevir  İES-dəki qəzanın aradan qaldırılmasına neçə milyon xərcləndi ?
Yəni Etibar Pirverdiyevin Azərbaycana vurduğu ziyan ölçüyə gəlməzdir. 
Bu ziyanı kim ödədi ? Əlbəttə, sən, mən, bizlər. 
Dövlət ödədi yayqın anlayışdır. Dövlətin büdcəsini vətəndaşların ödədiyi  vergilər yaradır.
Bəs bunların qarşılığında cənab Pirverdiyev niyə cəza almadı?
Bəs, enerji sektoruna  ayrılmış milyarddan artıq vəsait hara getdi ?  
Əlbəttə, Etibarın şəxsi  biznesinin böyüməsinə.  
Bəs, Etibar Pirverdiyevin xanımı xaricdəki biznesini hansı pulla idarə edir ? 
Bəs, Etibar Pirverdiyev, qudası,  sabiq  rabitə naziri Əli Abbasovla Londondakı şərikli biznesinə xərclədiyi milyonları haradan qazanmışdı ? 
Bəlkə  Belorusiyada  kartof, soğan satmaqdan qazanmışdı?
Etibar Pirverdiyevə məxsus olduğu deyilən “Ekspresbank”ın pulunu kim vermişdi ? 
Hansı pulla bu bank açılmışdı ? 
Etibar Pirverdiyev  bir neçə gün öncə  1, 6 milyona satdığı  Xaçmazdakı torpaq sahəsini hansı pulla almışdı ? 
Pirverdiyevin qızı Dünya xanımın Londondakı özəl biznesinə qoyulan milyonların mənbəyi nədir ?
Pirverdiyevin bu gün satdığı  400 hektar torpaq sahəsi  onun dədəsinin deyil e, 30 il əvvəl bu torpaqlar kənd sakinlərinə məxsus idi. 
Etibar Pirverdiyevin dəvə ferması, 100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları və daha nələri. 
Bütün normal ölkələrdə  qiymətli nəsə alan kimi deklarasiya təqdim olunur, pulun mənbəyi göstərilir. Görəsən, cənab Pirverdiyev ortaya hansısa bir sənəd qoya bilərmi ? 
Əlbəttə, yox. 
Yəni digər məmurlar kimi Etibar Pirverdiyev də böyük cinayətlərin içərisindədir. 
Son vaxtlar həbslərdən təşvişə düşən məmurlar mülklərini, bahalı obyektlərini satmağa başlayıblar. Deyəsən nəsə hiss ediblər. Hətta mülklərini satıb ölkədən qaçmaq istəyənlər də var. 
Məlumata görə, Etibar Pirverdiyev təkcə  bağını 1, 6 milyona satmayıb. O, Ekspress bankını da satmağa hazırlaşır. 
Məntiq deyir ki, Etibar Pirverdiyev həbs olunmaqdan qorxur və yəqin ki, ölkədən qaçmağa hazırlaşır. 
Deyəsən, Etibar Pirverdiyevi də o zamankı “Barmek”in rəhbəri Hüseyn Arabulun aqibəti gözləyir.


Oxşar xəbərlər

Etibar Pirverdiyevin HƏBSİ qaçılmazdır... -  “Azərenerji”nin keçmiş prezidenti ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?
“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev  Ekspress  bankını niyə satır ?-  Azərbaycan xalqına dəymiş  500 MİLYON manatı kim ödəyəcək ?
Etibar Pirverdiyev ARADAN ÇIXIR? - Əlindəkiləri xırıd etməyə başlayıb...
Etibar Pirverdiyevin həbsinə hazırlıq gedir – Bu, iki səbəbə görə baş verəcək…
Etibar Pirverdiyev ona məxsus “Expressbank”ı satır.-  Hansı məmura və neçəyə ?
Balababa Rzayev getdi, Vüqar Əhmədov  gəldi  “Azərişıq” ASC-yə nə dəyişdi ?- Dövlətin ayırdığı  4 milyon bəs etmir ..?
Vado Korovin “Space“ TV-yə rəhbər təyin edilib? - ATV-dən gedib və...
"Hara iş üçün müraciət edirəm, işə götürmürlər" - GİLEY
Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...
“Ramiz Mehdiyevin qanunsuz işlərindən biri ifşa olunub”
Metronun “8 Noyabr” stansiyasına rəis təyin edildi
Ramiz Mehdiyev AMEA-nı “Veteranlar klubu”na çevirir: Özündən 3 yaş böyükdür
Vilayət Eyvazov mayoru rəis təyin etdi
“8 Noyabr“ stansiyasının heyəti komplektləşdirildi
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Ermənipərəst mer cərimələndi
FHN polkovniki dövlət sirrini yaydığı üçün həbs edilib - Məhkəmə qərarı
Nazirlərin “sarsılmaz” “QUDALIQ MODELİ” - “Araşdırmaq lazımdır, bəlkə...”
Gədəbəydə nə baş verir? - İTTİHAM
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Baba Rzayev təkcə "Aznerji"dən QAZANMIR... - İLGİNC FAKTLAR
"Yelo Bank"da yeni baş direktor təyin olunub
Məktəbli formalarını hardan alaq? - AKTUAL
"Bizə Ev verildi, ancaq Etibar açarı cibinə qoyub, bizi küçəyə atıb" - Küçədə qalan Məcburi Köçkün
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
“Bakı Tikiş Evi”nin sahibi gileyləndi - “Dünən cəmi 5 forma satmışıq”
Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı