Sabiq nazir  Elmar Məmmədyarov  200 milyonluq  “Şirvanşahlar”  restoranını hansı pulla alıb ?-  İstintaq  obyektiv aparılarsa,  keçmiş XİN şefinin həbsi qaçılmazdır...
2-07-2021, 16:58
3 045

Sabiq nazir Elmar Məmmədyarov 200 milyonluq “Şirvanşahlar” restoranını hansı pulla alıb ?- İstintaq obyektiv aparılarsa, keçmiş XİN şefinin həbsi qaçılmazdır...

2004-cü ildən 2020-ci ilədək  Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışan  Elmar Məmmədyarov  cəmiyyətin yaddaşında  azərbaycanca Müsyö  Jordan kimi  danışması ilə  qaldı. 
Doğrudan da, adam 16-17 il ölkənin Baş dipolamtı ola və yaddaşlarda  komediya personajı kimi qala, hələ üstəlik həyat yoldaşı da  yaponla Amerikaya  “qastrola”  gedə. Əsl rüsvayçılıqdır. 
Bunlar azmış kimi  Xarici işlər nazirliyi  boğazınadək korrupsiya bataqlığında  boğulurdu. 
Nəhayət, Dövlət Təhlükəsizlik Xidməti  XİN-də əməliyyat keçirdi, nazirliyin  bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə həbs edildi. Nazir isə həbsdən canını qurtara bildi. Ancaq sabiq  XİN şefinin ölkədən çıxışına STOP qoyulub və hazırda  XİN-lə bağlı istintaq davam edir. 
Bəli, atalar demişkən, adamın yerə baxanı, suyun lal axanı. 
Elmar Məmmədyarov  yerə baxa-baxa  16 il nazir olduğu dönəmdə özü və ailəsi üçün böyük biznes şəbəkəsi yaradıb. 
Neçə illərdir, Prezident səviyyəsində məmurların bizneslə məşğul olması, sahibkarlıq kimi hallar kəskin tənqid olunsa da, məmurlar nəticə çıxartmır.
Elmar Məmmədyarovdan soruşan yoxdur ki, sən biznesmen deyilsən, mal-qara ferman yox, zavodun yox, dövlətdən 4-5 min manat civarında maaş alırsan. 
Bəs onda  oğlanların üçün  Ameriklada 4,2 milyon  ABŞ dolları qiymətinə mənzilləri necə almısan ? 
Bəli, sabiq nazirin oğlanları Nyu-Yorkun ən bahalı bölgəsində yaşayır.
Elmar Məmmədyarovun böyük oğlu Emin Məmmədyarovun ABŞ-ın Nyu-York şəhərində dəbdəbəli mənzili var. 
“Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub”.
Həmçinin bəlli olub ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.
2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.
Hələ  bu harasıdır. Bizim Elmar Məmmədyarovun  paytaxt   Bakıda,  rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin inzibati binasının arxasında “Şirvanşahlar” adlı restoranı fəaliyyət göstərir. Elit müştərilər üçün nəzərdə tutulan və qiymətlərinin hədsiz bahalılığı ilə digərlərindən seçilən “Şirvanşahlar” restoranının ümumi dəyəri isə nə az, nə çox – 200 milyon manatdan artıqdır. 
Restoranın iç divarlarında Azərbaycanımızın milli ornamentləri, qədim xalçalarımız və miniatürlərimizlə bəzənib, bir sözlə  muzey  restorandır.  Buranın başlıca müştəriləri isə dövlət məmurları, iri sahibkarlar və xarici qonaqlardır. Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə səfərdə olan əcnəbilərin əksəriyyəti məhz bu restoranda dincəlir.
Məsələnin ən maraqlı  tərəfi isə budur ki, belə bir  bahalı restoranı  Elmar Məmmədyarov  hansı  pulla alıb ? 
Yəqin ki, istintaq və məhkəmə  bütün suallara aydınlıq gətirəcək.
Əgər  obyektiv istintaq aparılarsa,  Elmar Məmmədyarovun həbsi qaçılmazdır.

Oxşar xəbərlər

Elmar Məmmədyarovun ölkədən çıxışına “stop” qoyulub - Sabiq nazir də istintaqa çəkilir
Elmar Məmmədyarov danışdı: “Hara gedirəm?”
Əbülfəs Qarayevin ölkədən çıxışına “stop” qoyuldu
Bu dəfə Elmar Məmmədyarovu parodiya etdilər - VİDEO
Elmar Məmmədyarov Türkiyəyə gedib
“Amerikada məni parçalayardılar” – Keçmiş nazir oğlunun Amerikadakı  4 milyonluq evindən danışdı
Elmar Məmmədyarov müəmması – Haradadır?
DTX-nin həbs etdiyi sabiq məmur bu vəzifələrində QALIR
Diplomatlarla daşınan pullar kimlərin seyfindədir? - Ramiz Həsənov nəyi və niyə təkzib edir?..
Elmar Məmmədyarov VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
Elmar Məmmədyarovun kadrları niyə “evdə oturub” istintaqın sonunu gözləyir? - İLGİNC
Ramiz Həsənov yalançı nazir müavinidir, yoxsa sabiq naziri “rasxod”a verir?
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
“Məmmədyarovun rəhbərlik etdiyi dövr XİN tarixində ”qara səhifə"dir" - Keçmiş nazir
Əbülfəs Qarayev ölkədən çıxışına "stop" qoyulmasından DANIŞDI: "Səhvlərim olubsa..."
Əbülfəs Qarayev nazirlikdəki kriminaldan danışmaq istəmir: “Mən evdəyəm...”
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı artırıldı
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Rəisi Həbs Oluna Bilər-Görünəni Budur…
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Səfirlərlə bağlı əməliyyat davam edəcək: Sırada kim var?
Əjdər Ol da həbs oluna bilər - Keçmiş nazirin ətrafı istintaq altında
Qətər Azərbaycana yeni səfir göndərib
Səfirlərin “yarpaq tökümü” - Elmira Axundova da geri çağırılacaq
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu
Yaxın zamanda Əbülfəz Qarayevin həbsi reallaşacaq...- Sabiq nazirin “şərikləri” ifadə verməkdən imtina edir, məhkəməni gözləyirlər...
XİN-in sabiq vəzifəli şəxslərinin ev dustaqlığının müddəti uzadıldı
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
“Eldar Mahmudovun həbsi qaçılmazdır”
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
XİN-in Hüseyn Hüseynov əmması... - İLGİNC İDDİALAR...