Almaniyada ailəvi dincələn  Qubanın  başçısını Bakıya dönəndə sürpriz gözləyir...- 200 aztəminatlı  ailənin maaş kartları kimin cibindədir ?
10-07-2021, 01:03
159

Almaniyada ailəvi dincələn Qubanın başçısını Bakıya dönəndə sürpriz gözləyir...- 200 aztəminatlı ailənin maaş kartları kimin cibindədir ?

İcra başçısı Ziyəddin Əliyev  xanım  xalçaçını necə şəhər bələdiyyəsinin sədri elədi ?

İcra başçısının Dağıstanda diplom almış  xanım müavini 

Qubada  “ Yolçu Gülağa”nın  ağası  kimdir ? 



Quba  rayon icra hakimiyyətinin başçısı  Ziyəddin Əliyevin bütün həyatı  3 sözlə bağlıdır: 
YOL...TƏMİR...TİKİNTİ...
Bəli, bu adam həyatı boyu dövlət müəssisələrində, daha dəqiq desək 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarəsinin rəisi, 2001-2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002-2008-ci illərdə “Bakı Yol Tikinti-1” ATSC-nin direktoru, 2009-2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010-2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013-2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015-2017-ci illərdə "Azəravtoyol" ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışmışdır.
Yəni  biznes, sahibkarlıq fəaliyyəti ilə deyil, konkret olaraq  dövlət müəssisəsində çalışıb və konkret məbləğdə əmək haqqı alıb. 
Bəs onda görəsən, Ziyəddin Əliyev  Avropanı fəth edən biznes şəbəkəsini hansı milyonların hesabına yaradıb? 
Sualın cavabı birmənalı olaraq belədir:
Yol tikintisi, təmiri adı altında dövlətdən oğurladığı  milyonların hesabına.  
2017-ci ildən  Quba Rayon İcra Hakimiyyətinin başçısı işləyən Ziyəddin Əliyevlə bağlı ''Gündəlik Bakı'' ya önəmli məlumatlar daxil olub. 
Daxil olan məlumata görə, icra başçısı hazırda özü və ailə üzvləri Almaniyada istirahət edirlər. Ancaq ölkəyə qayıdan kimi aeroportda cənab icra başçısını sürpriz gözləyir. 
Belə ki, Qubada az təminatlı ailələr üçün dövlət tərəfindən verilən  200 kartın məsələsi ciddi araşdırılıb. Və kartların kimin cibində olması bəlli olub. 
Söhbət hər ay az təminatlı ailələrə verilən 260 manatdan gedir. İcra başçılarının bir çoxu ayda təxminən 50 min manat olan (  200 x 260 = 52.000 ) məbləğə də tamah salırlar. 
Ümumiyyətlə, söhbət təkcə  bu kartlardan getmir. Quba rayonundakı durum, korrupsiya halları  ciddi araşdırılır. 
Məlumat üçün bildirək ki, Qubada 31 icra nümayəndəliyi – icra başçısının inzibati ərazi dairəsi  və  34 bələdiyyə fəaliyyət göstərir. 
Rayonla bağı  araşdırmalar zamanı  icra nümayəndələri və bələdiyyə sədrləri  “etirafda bulunublar”. 
İcra başçısının müavinlərindən bir - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Abasova Səidə Məhmədalı qızı  Dağıstanda  oxuyub, yəni ali təhsil diplomunu  Dağıstandan alıb. 
İcra başçısının  sağ əli sayılan Quba şəhər bələdiyyəsinin sədri Humayə Məmmədova  isə əvvəllr  xalçaçı işləyib. 
Görəsən, Humayə Məmmədova kimlərin səsi ilə şəhər bələdiyyəsinin sədri seçilib ? 
Həm də axı,  xalçaçı hara, bələdiyyə sədri hara ? 
Quba ilə bağlı digər maraqlı məlumatlar da redaksiyamıza daxil olub. 
İcra başçısının digər müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Ruslan Şahbalayev İcra aparatının  işçilərini təpədən-dırnağa  yoxlayandan sonra  başçının iclasına buraxır. 
Görəsən, icra başçısı  öz işçilərindən niyə bu qədər ehtiyat edir, qorxur ki, telefonla-zadla səsini yazarlar, çəkiliş olar?
Deyəsən Ziyəddin Əliyev  “gözü çıxan  qardaşlarından” – həbsdə olan icra başçılarından nəticə çıxardıb. 
İcra başçısının rayonda  güvəndiyi şəxslərdən biri də Quba rayon “5 saylı Yol istismarı” MMC-nin rəisi Gülağa Əliyevdir. 
“Taleh- At”  şirkəti   hansı maxinasiyaları edir. Vergidən nə qədər yayınır ? 
Bütün bunlar geniş bir araşdırma yazısının mövzusudur. 
Bizi izləyin.

Oxşar xəbərlər

Qubanın oliqarx icra başçısının həyat yoldaşına yeni vəzifə verildi
Qubanın  “yolsökən”, daha doğrusu, büdcəni sökən icra başçısı Ziyəddin Əliyev- Ziyəddin və Şahvələd Əliyev qardaşlarının Avropanı fəth edən biznes şəbəkəsi...
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Həbs edilən Rasim Quliyevlə bağlı maraqlı məlumatlar...
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
Qubanın İcra başçısı Ziyəddin Əliyev Truskavetsli həmkarı ilə nə barədə danışıb? – TƏFƏRRÜATI
DAHA BİR İCRA BAŞÇISI HƏBS EDİLƏ BİLƏR: Beyləqanın icra başçısı təcili Bakıya çağırıldı – GƏLİŞMƏ
Prezidentin səfir təyin etdiyi Nərgiz Qurbanova kimdir? - DOSYE
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
İcra başçısı 1-ci müavin və müavin təyin etdi
"Azərpoçt"da yeni təyinat - FOTO
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Quba İcra Hakimiyyətində əməliyyat keçirilib?
Eldar Əzizov və yaxın adamının milyonluq tender oyunları
Daha bir qazimiz yüksək vəzifəyə TƏYİN OLUNDU
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Gəncənin icra başçısı Niyazi Bayramov Qarabağda nə vaxt döyüşüb ?- Azad Rəhimovun qudası  necə polkovnik oldu ?
Alimpaşa Məmmədov məhkəməyə gətirildi
Şəmkirdə əməliyyat: icra başçısı saxlanıldı
Sabiq baş memarın həbs müddəti uzadıldı
Sabiq icra başçısı vəfat etdi
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Qubanın icra başçısına qarşı ŞOK İTTİHAM... - İLGİNC SİYAHI AÇIQLANDI
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia