''Veysəloğlu”nun toz basmış  vitrinləri...- Şirkətin   sahibi  Aydın Talıbov  kimdir ?
10-07-2021, 00:42
3 186

''Veysəloğlu”nun toz basmış vitrinləri...- Şirkətin sahibi Aydın Talıbov kimdir ?

Fil qulağında yatmısan, Veysəlinoğlu ? 

Dövlət Əmək Müfəttişliyi  və Dövlət Vergi Xidməti,Qida Agentliyi hara  baxır ?    

Öncə ondan başlayaq ki, özümüz də digər minlərlə alıcı kimi “Veysəloğlu”nun marketlərinin alıcısıyıq.
Bu şirkətin marketlərində  bağlı  ərzaq məhsullarını, mineral suların butulkalarını toz basır. Dəfələrlər demişik ki, bu məhsulların barı tozunu alın, axı bu antisanitariyadır. Nə desələr yaxşıdır ? İşçilərimiz çatışmır. 
Bəli, “Veysəloğlu”  şirkəti norma  üzrə  2-3 nəfərin yerinə 1 nəfəri işlədir. Özü də necə işlədir ?
Deməli, işçilərin  həftəlik iş saatı 72 saatdır. Bu gündə 10 saatdan çox eləyir. 
Ey  Veysəlin oğlu,  başa düşmürsən ki, dünyada 8 saatdan artıq iş günü  100 il əvvəl ləğv olunub. İndi isə müasir, sivil dünya  5, hətta 4  günlük iş həftəsinə keçməyə, gündəlik  5-6 saat iş normasına hazırlaşır. 
Sən fil qulağında yatmısan, ay Veysəloğlu. 
Həm də vətəndaşları bu şərtlər altında işlətmək bir başa cinayətdir. Heç orta əsrlərdə  qulları belə işlətməyiblər. 
Digər tərəfdən  işçilərin bir qismi ilə əmək müqaviləsi bağlanmır, bağlananda isə, qara mühasibatlığa üstünlük verilir. Əmək haqları kağız üzərində bir cür,  realda isə başqa cür olur. Deməli, “Veysəloğlu”da vergidən  yayınma adi hal sayılır. Bəs Vergilər Xidməti hara baxır ? 
 Demək olar ki,  “Veysəloğlu”  şirkətinin bütün marketlərində, “Araz”da, “Oba”da, “Favorit”də, “Spar”da  eyni mənzərənin şahidi oluruq. 
Görəsən, bu qədər nöqsanların, maxinasiyaların olduğu şirkətdə Veysəlin oğluna niyə söz deyən tapılmır. Kimdir, bu Veysəloğlu ?
Məlumat üçün qeyd edək ki, 1994-cü ildən fəaliyyət göstərən Veysəloğlu  Şirkətlər  Qrupu bu gün ölkədə 100-dən artıq fabrikə, mağazalar şəbəkəsinə, hətta “Ulduz” şokolad fabrikinə və digər obyektlərə sahibdir.  Amma təəssüf ki, bu boyda şirkətin  xidməti və məhsulları  nəinki müasir tələblərə, heç orta səviyyəyə də uyğun deyil.  
Şirkətin istehsal etdiyi  şokoladların içindən nələr çıxmır? 
Şirkətə məxsus  Araz, Oba və digər şəbəkələrində malların vitrində, yəni üstündə  bir qiymət, kassada başqa qiymət olur. Yəni müştərilər açıq-aşkar aldadılır. 
Sizin marketlərdə balıq məhsullarının son istifadə müddəti ilə bağlı məlumat yoxdur. Bu çox təhlükəli məsələdir. 
Görəsən,  ölkənin ərzaq sektorunda ciddi paya malik olan bu şirkətin sahibi  Aydın Talıbov  kimdir, nəçidir ki, Dövlət Əmək Müfəttişliyi XidmətiDövlət Vergi Xidməti orqanları  “Veysəloğlu”ya qanunların sərt üzünü göstərə bilmir ? 
Bəlkə, “Veysəloğlu”nun marketlərində ABŞ dollarının xırdalanmasından bəhs edək. 
Axı, Veysəloğlu  şirkəti  “obmen valyuta” deyil,  bank deyil. Digər tərəfdən  ölkənin milli valyutası  sizin üçün yetərli deyil ?    
Cənab Prezident dəfələrlə monopolist şirkətlərə qarşı, süni qiymət artımına qarşı öz sözünü  deyib. Amma Veysəloğlu  deyəsən eşitmək istəmir. 
Atalar deyib ki, sözünü o kəslərə de ki, səni eşitmək istəmir. Biz də sözümüzü  Veysəloğluna deyirik.
Qulağındakı pambığı çıxart, Veysəloğlu. Qapı döyülür...
P.S.  Veysəloğlu şirkətinin maliyyə müdiri Nüsrət müəllimin dəyəri 100 milyonlarla ölçülən obyektlərindən və 20 min manat olan aylıq məvacibindən növbəti yazıda geniş bəhs edəcəyik.


Oxşar xəbərlər

“Veysəloğlu”nun   marketlərində  DOLLAR  xırdalayırlar ?- Şirkəti  MÜDDƏTİ KEÇƏN məhsullara görə məhkəməyə verdilər.
Məzən olsun, Veysəloğlu – 1 ədəd narın qiyməti 1m 35 qəpik
“Veysəloğlu” və “Oba” vergidən necə yayınır... – 72 saatlıq qul əməyinə etiraz
"Veysəloğlu"nun şirniyyatı təhlükəlidir... - FOTOFAKT
Dövlət vergi Xidmdəti və Qida Agentliyi niyə "Veysəloğlu"da yoxlama aparmır ?-Bu şirkətin arxasında hansı yüksəkçinli məmur dayanır ?
Veysəloğlunun  “Oba”sında qiymət  fırıldağı- Vitrindəki  qiymətlə kassada hesablanan məbləğ arasındakı fərq kimin cibinə gedir ?
Veysəloğludan bitib tükənməyən ŞİKAYƏTLƏR...- QİDA  agentliyi  Veysəloğluda  ciddi  yoxlama aparmalıdır...
Niyə 12 saat işləyirik? - GİLEY
"Veysəloğlu”nun idxal etdiyi toyuq qiyməsi yararsız çıxdı
Veysəloğlu Şirkətlər Qrupu və ona daxil olan şirkətlər “YAŞAT” Fonduna 1 milyon manat köçürdü
“Veysəloğlu” şirkətində yeyinti aşkarlanıb - TƏFƏRRÜAT
Bu gün Azərbaycanda iş vaxtı 1 saat qısaldılır - RƏSMİ
"Veysəloğlu"da "Heyvagülü" havası: Şirkətlər Qrupu dövlət və istehlakçı marağını "unudub"-ARAŞDIRMA
"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
“Bu necə vəzifəli şəxsdir ki, kafe işlədir?!” - Vitse-spiker
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Nə üçün işçilər istismar olunur? - Sahil Babayev və Mustafa Abbasbəyliyə SUAL!!!
İsgəndər Xəlilovun oğlu Azərbaycanda yeni şirkət yaratdı
Ölkənin daha bir bank sektorunun nümayəndəsi Pronet MMC HRM sistemindən istifadə etməyə başladı
"Xaliq Faiqoğlu" işçilərini qanunsuz işlədir
Daha 28 nəfərin əmək müqaviləsi olmadan işlədiyi AŞKARLANDI
Rusiyada əsgər hərbi hissənin ərazisində 3 nəfəri güllələdi - Barrikada qurub
Yarım milyon vergi borcu olan şirkətlə daha bir müqavilə – Qəbələdə şübhəli tender
Məhkəmə “Azəriqaz”ın rəhbəri ilə bağlı QƏRAR VERDİ
Dövlət qurumu milyonluq vergi borcu olan şirkəti qalib etdi
Koronavirus alman şirkətini “vurdu“ - 29 min adam işdən çıxarılır
Baş Səhiyyə İdarəsindən şübhəli tender - Əlövsət Orucov şirkətin adını niyə dəyişdirib?
Məşhur holdinqin şirkəti ləğv olundu