Rəşid Piriyevlər, Vaqif  Əsədovlar, Nahid Bağırovlar  vətəndaşları dövlətdən  narazı salır.. - Bakı Şəhər QAİ-sində ÖZBAŞINALIQLAR...
10-07-2021, 00:44
508

Rəşid Piriyevlər, Vaqif Əsədovlar, Nahid Bağırovlar vətəndaşları dövlətdən narazı salır.. - Bakı Şəhər QAİ-sində ÖZBAŞINALIQLAR...

Nahid Bağırov, mindiyin maşın ( 99-YP-363 ) dədənin pulu ilə deyil, vətəndaşların, o cümlədən sürücülərin ödədiyi vergilərin hesabın alınıb...

Döşündəki nişan isə ( 1676 ) ailənizin “emblem”i deyil, dövlətin nişanıdır... 


Ötən yazmızda olduğu kimi bir daha qeyd edirik ki, vətəndaşları  dövlətdən narazı salan  1 nömrəli qurum Bakı Şəhər Dövlət Yol Polis İdarəsidir ( BŞDYP). 
Bu qurumun  əməkdaşları  artıq insanları boğaza yığıb, artıq bütün sərhədləri keçiblər. 
Allaha şükür ki, insanlarımız  son 15-20 ildə xarici ölkələrdə olurlar, müşahidə etmək imkanları olur. Yəni hər bir ölkədə yol polisi var. Onlar vətəndaşların, eyni zamanda sürücülərin rahatlığı üçün, yollarda problemlərin az olması üçün əmək sərf edirlər. 
Bizim QAİ əməkdaşları isə sanki evdən çıxanda qarşılarına bircə məqsəd qoyurlar: pul qazanmaq, sürücüləri qovmaq, sürücülərin əsəbləri ilə oynamaq, cərimələmək və daha nələr. 
Çoxu savadsız olan bəzi QAİ əməkdaşları başa düşmür ki, onlar bu hərəkətləri ilə əksinə sürücüləri əsəbiləşdirir, aqressiya yaradır və  avtoqəzalara səbəb olurlar. Nə yaxşı olardı ki, xarici ölkələrin yol polisində olan nəzakətin, mədəni davranışın  cüzi bir hissəsi bizim QAİ əməkdaşlarında olsaydı. 
Atalar yaxşı deyib ki, balıq başından iylənər. 
Uzun illər  BŞDYP-nin rəisi olan Nuşirəvan Səfərovun,bu gün isə Rəşid Piriyevin şinelini geyən Nahid Bağırovlardan nə gözləmək olar ? 
Bəli, Nahid Bağırovların əməlləri  rəisləri Rəşid Piriyevdən qaynaqlanır. 
Rəşid Piriyev Nahid Bağırov kimi əməkdaşlarına “ İnsanlarla mədəni davranın, yekəbaşlıq etməyin”  demək əvəzinə,  “Nə edirsiniz edin, axşam cibi dolu gəlin”tapşırığını verir ? 

Ona görə də öz rəisinə arxayın olan Nahid  Bağırov kimilər  sürücülərə yuxarıdan aşağı baxmaq, sürücü qızlara söz atmaq, sürücü xanımların arxasınca düşüb mobil telefon istəmək kimi iyrənc  əməllərindən əl çəkmək istəmirlər. Hələ yeri gələndə “Get, hara əlin çatır,  şikayət elə” deyirlər. 
Ey, Rəşid Piriyev və onun “qulbeçəsi”  Nahid Bağırov !
Vətəndaşların hüquqlarının təminatçısı ölkə başçısı, möhtərəm İlham Əliyev cənablarıdır. Prezident bütün vətəndaşlar üçün əl çatandır. Əgər ehtiyac duysaq əlimiz çatar, ancaq onda sizin kimilərin yeri başqa məkan olacaq. Başa düşdünüzmü ?
Sənə kim icazə verib ki, camaatın qız-gəlinin dalınca düşürsən, qırsaqqız olub əl çəkmirsən. Sənin evində anan, bacın, qardaşının övrəti, qızı yoxdur ? 
Sən haradan bilirsən ki, o xanım sürücü şəhid bacısı, şəhid qızı deyil...
Sizləri  evinizdə belə tərbiyə ediblər ? 
Hər şey bir kənara, abır-həyanız olsun də.   
Şəhər QAİ-sinin sözçüsü  Vaqif  Əsədov  QAİ ilə bağlı neqativ yazıları  saytlardan sildirmək üçün hansı hoqqalardan çıxmır ? 
Bütün bunlar azmış kimi Nahid Bağırov kimilər indi də media mənsublarının, mətbuat işçilərini “ov”una çıxıb. Hələ utanıb-qızarmadan  media mənsublarına  “moral oxumaq”, əxlaq dərsi keçmək istəyirlər. 
Bərəkallah, bircə bu çatmırdı. 
Nahid  Bağırov  jurnalistlərin qarşısını kəsib, onları məhkəmə ilə hədələyir, jurnalistlərin keçmişi ilə maraqlandığını deyir, hətta başından yekə ifadələr işlədir. 
Ey Nahid Bağırov, sən öz RAZMERİNLƏ adını çəkdiyin baş redaktorun çapını səhv salma. 
O ki qaldı keçmiş söhbətinə, sənin nəinki keçmişin, hətta bu günün də boğazacan  zibil içərisindədir. Biz sadəcə, qızıl kimi vaxtımızı sənə və sənin kimilərə sərf etmək istəmirik. 
Sənə kim icazə verib ki, heç bir əsas olmadan jurnalistin qabağını kəsib sorğu-sual edirsən.

Deyirsən ki,keçmişi araşdırmışıq.
Bəlkə keşmişdə sənin  evindəkilərin, bəlkə örpəklilərinin qabağını kəsmişik ? 
Sənə kim ixtiyar verib ki, cənab nazirin adından danışırsan, özünü çox arın-arxayın hesab edirsən ? 
Deyirsən ki, Vaqif Əsədov məhkəmədə məni axıradək müdafiə edəcək. 
Məhkəmə ədalət məhkəməsidir və unutma ki, Azərbaycan dövlətinin adından qərar çıxardır, nə sənin, nə də Vaqif Əsədovun adından qərar vermir. Nə də rəisin Rəşid Piriyevin əlindəki dubinkanın işarəsi ilə oturub-durmur. Məhkəmə sənin üçün  QAİ-şnik deyil. 
Nahid Bağırov, mindiyin maşın ( 99 – YP – 363 ) dədənin pulu ilə deyil, vətəndaşların, o cümlədən sürücülərin ödədiyi vergilərin hesabın alınıb. 
Döşünə taxdığın  nişan ( 1676 ) isə sənin ailənin nişanı deyil, dövlətin verdiyi  nişandır.

Bunu unutma!

Oxşar xəbərlər

Şəhər QAİSİ Nahid Bağırov BAKIDA  ''at oynadır'' ?- Vaqif Əsədov,Rəşid Piriyev buna şərait yaradır ?
BŞDYP  ''rüşvət''  yuvasıdır ?-  Rəşid Piriyev, Vaqif  Əsədov, Nahid  Bağırovların  ''rüşvət'' şəbəkəsi var ?
Bakı Şəhər Yol Polisi İdarəsindən BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR...- Vaqif Əsədovun ''SƏRGÜZƏŞTLƏRİ''...
99-YP-363 nömrəli Yol Polisi Nahid Bağırov sürücüləri BEZDİRİB...- Nahid  kimə ''AYLIQ'' çatdırır ?
DYP sürücülərə müraciət etdi
Vaqif Əsədov, Rəşid Piriyev və Nahid Bağırov kimilər   DYP-yə şərikli  “yol biznesi”  kimi baxırlar ?- BŞDYPİ-nin ləğv olunacağı gözlənilir...
Avtobus zolağına daxil olan sürücülər cərimələnəcəklər - XƏBƏRDARLIQ
Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
Bakıda avtomobillərin hərəkəti çətinləşdi - Yol polisindən müraciət + Video
Şənbə və bazar avtobus zolağına keçən sürücülər cərimələnməməlidir - Ekspert
DYP “Toyota Prius”ları kütləvi cərimələyir: katalizator əməliyyatı...
DYP sürücülərə müraciət edib
Sürücülərin nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz
DYP yollarda aqressivlik edən sürücülərə xəbərdarlıq etdi
Bakının bu xəstəxanasında baş həkim dövlətin verdiyi dərmanları satır — VİDEO
DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ
Azərbaycanda qaydaları dəfələrlə pozan sürücülərə PİS XƏBƏR
Bakıda postların sayı 70-dən 18-dək azaldılıb
SON DƏQIQƏ! DYP əhaliyə müraciət etdi: Hər kəs oxusun!
"Azsığorta" vətəndaşı niyə narazı salır? - GİLEY
DİQQƏT! Buzlu yollarla bağlı rəsmi müraciət edildi
Mingəçevirdə yol polisi ictimai nəqliyyatda reyd keçirib
Bakı küçələrində oğurlanan milyonlar...
"Azəriqaz"da korrupsiya şəbəkəsi iş başında - NARAZILIQ!
Avtoxuliqanlıq edən şəxs həbs olundu
Yol polisi sürücülərə müraciət etdi: Bayram günlərində...
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
Karantin rejiminə baxmayaraq tranzit yük avtomobillərinin hərəkəti təmin edilir
Karantin cərimələri üçün ödənən pul hara xərclənir? - DİN-dən açıqlama
40 manat cərimələnə bilərsiniz - DYP-dən piyadalara müraciət