Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
14-07-2021, 02:10
124

Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?

Binəqədi məhkəməsinin sədri Araz Kazımov və hakim Səadət  Səlimova hüquq təhsili olmadığı halda necə vəzifədə işləyiblər?


Məhkəmə-hüquq sistemindəki  neqativ hallar bu gün hamını düşündürür. 
Hətta Milli Məclisin iclaslarının birində millət vəkillərindən biri parlamentin  tribunasından bildirdi ki, məhkəmə-hüquq  sistemindəki vəziyyət fəlakət həddindədir. Bəli, bu gün məhkəmələrdə neqativ hallar baş alıb gedir. 
Belə məhkəmələrdən biri də Binəqədi rayon məhkəməsidir. 
Məhkəmənin sədri Araz Kazımovun tərcümeyi-halından bəlli olur ki, 1958-ci ildə doğulub, 1984-cü ildə, yəni  26 yaşında  ADU-nun hüquq fakültəsini bitirib.
Təəcüblü odur ki,  Araz Kazımov 1975-ci ildən, yəni ali təhsili olmadığı, hətta tələbə olmadığı  halda Daxili İşlər Nazirliyinin 10 saylı İslah-Əmək Müəssisəsində Xüsusi şöbənin inspektoru, baş inspektor işləyib. 
Görəsən yenicə orta məktəbi bitirən yeniyetmə məsuliyyətli bir sahədə necə inspektor  işləyib ? 
Sonradan Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsinin hakimi, həmən rayonda məhkəmənin sədri olub. 2007 – 2012-ci illərdə  Suraxanı Rayon Məhkəməsinin sədri, 2012 – 2017-ci illərdə Qaradağ Rayon Məhkəməsinin sədri olub. Hazırda Binəqədi Rayon Məhkəməsinin sədridir. 
Ancaq yenə məlum olmur ki, bu adam heç bir təhsili olmadığı halda necə inspektor işləyib. 
Araz Kazımov  Suraxanı məhkəməsinin sədri olduğu üçün, həyat yoldaşı İradə Kazımovanı da Suraxanı ZAQS-a müdir təyin etdirib. 
Yuxarıda qeyd etdik ki, Araz Kazımov Xəzər rayonunda da məhkəmənin sədri olub. Və yenə öz  imkanlarını işə salaraq  oğlu Ayxan Kazımovu Xəzər rayon prokurorluğunda müstəntiq təyin etdirib. 
Bir sözlə, ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq.  
Araz  Kazımovun rəhbərlik etdiyi Binəqədi rayon məhkəməsində də qanunsuzluqlar, hakimlərin ədalətsizliyi  adi hal alıb. 
Belə hakimlərdən biri də Binəqədi rayon məhkəməsinin hakimi Səadət  Səlimovadır. 
1970-ci ildə Neftçalada anadan olan  Səlimova 1993-cü ildə  BDU-nun hüquq fakültəsinə daxil olub. Amma…
Amması odur ki, orta məktəbi bitirən, hətta tələbə olmayan  Səadət Səlimova da  18 yaşında Çəllək zavodunda  hüquqşünas işləyib. 
Yenə sual olur ki, ay adam, sənin heç bir təhsilin  olmadığı halda zavodda necə hüquqşünas  işləmisən ? 
Anası tib bacısı, atası mantyor, yəni işıq pulu yığan Səadət  Səlimova  sonrakı illərdə Xətai rayon məhkəməsinin sədri olub. Və hazırda Binəqədi rayon məhkəməsinin hakimidir. 
Sədrin və hakimin qısa tərcümeyi-halı məhkəmə sistemindəki vəziyyət açıq-aydın göstərir. Qalanı təfərrüatdır.

Oxşar xəbərlər

Azərbaycanda hakim vəfat etdi - FOTO
Məhkəmə sədrinə AĞIR İTKİ
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
“Araz”, “Bolmart” və “Bazar store”nin sahibləri və işçiləri məsuliyyətə cəlb olundular
Azərbaycanda bələdiyyə sədri koronavirusdan öldü
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
"Araz supermarket" vaxtı ötmüş məhsulların satılmasına görə cərimələnib
Nizami Səfərova yeni vəzifə verilir
Məhkəmə hakimi vəfat etdi
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Məhkəmə sədri sərxoş halda polisə müqavimət göstərib? - DİN-dən açıqlama
"Araz" marketdə millətə bu məhsulu təqdim edirlər... - "Nəzarət etsinlər artiq!"
Şəki rayon məhkəməsində  “cərimə rüşvəti“ - Məhkəmənin sədri  Ceyhun Əhmədov hara baxır ?
Cəlilabadın icra başçısı əvəzi Mansur Məmmədov hara baxır ?-  Vüsal Cəbrayılov, Lətif Fərəcov, Mirməhəmməd Kazımov,  İlham Babayevin əməlləri...
68 yaşı tamam olan Ramiz Rzayev – Son hədd
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
YAP bu rayon sədrlərini vəzifədən uzaqlaşdıracaq - Siyahı
Qadın BP-də işləyən ərini qısqanclığa görə öldürübmüş - RƏSMİ
Tanınmış iş adamına qarşı daha 2 MƏHKƏMƏ İDDİASI
Vətəndaşlara dələduzluq edən şirkət 3 dəfə adını dəyişib – “ARAZ” MTK, “ARAZ-T.İ.” MMC yoxsa “ƏCƏMİ” MMC ?
Xalq artisti vəfat etdi
Bu vəkillik deyil,  Nurlana Quliyeva - Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə vəkillər barədə nə düşünür ?
"Araz" supermarketlər şəbəkəsində qiymət fırıldağı... - FOTOFAKT
48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 hakim isə korrupsiya əməllərinə görə istintaqa verilib
Bakıda iki "haker" tutuldu: "06" ilə... - VİDEO
Xəstəxanada “prostina” satan Mirbaba Hüseynov saxta yolla Mərdəkan bələdiyyəsinin sədri oldu...-   O torpaq satmaqla qısa vaxtda milyonçuya çevrildi...
“EuroHome”un direktorunun həbsinin detalları
"Araz" market Qarabağ Qazisinin maaşını mənimsəyib - GİLEY
Salyan Rayon Xəstəxanasında ÖZBAŞINALIQLAR-BİR XANIMIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLİB