Hacıbala Abutalıbovun  “Yaşıl bazar”ı- QİDA Agentliyi,Vergi xidməti niyə yolunu bazardan salmır ?
14-07-2021, 02:24
259

Hacıbala Abutalıbovun “Yaşıl bazar”ı- QİDA Agentliyi,Vergi xidməti niyə yolunu bazardan salmır ?

Bu bazar əsl xəstəlik,  epidemiya mənbəyidir...


Bəzən  siyasi ekspertlər  ölkəmizə Şərqdən, Qərbdən, İrandan, Turandan, Rusiyadan və s  gələn təhlükələrdən ağızdolusu danışırlar, proqnozlar verirlər. 
Bir nəfər də demir ki, ölkəmizə ən böyük təhlükə iri ranqlı məmurlarda cəmləşmiş yüz milyonlar, milyardlardır. 
Bəli, keçmiş və indiki məmurlar üçün MİLYON rəqəmi az qala istehza doğurur. Nə milyon, söhbət yüz milyonlardan, milyardlardan gedir. 
Məmurun 100 hektarlarla torpağı, maşın kolleksiyası, bazarları, zavodları, mükləri, villaları, xaricdə geniş biznes şəbəkələri və...üstəlik  ofşor zonalarda və xarici banklarda  yüz milyonları. 
Kim qarantiya verə bilər ki, bu milyardlar bir gün ölkəmizin ziyanına hərəkətə keçməyəcək. 
Ona görə də əbəs yerə demədik ki, ən böyük təhlükə məmurlarda cəmləşmiş və az qala dövlətin büdcəsinə bərabər maliyyə vəsaitindədir. 
Bu məmurların hərəsi də “yüz dinə” qulluq  edir. 
Axı, məmur hara bazar hara ? 
Bəli, məmurlarımız da bazar adamı kimidir. 
Uzun illər Bakının meri olmuş Hacıbala Abutalıbovun adı paytaxtın iri bazarlarından biri olan “Yaşıl bazar”la bağlıdırsa, bazarın  qazancını  sabiq merin oğlu, dini təriqət  nümayəndəsi olan İsrafil  hara gəldi yönəldirsə, bu məqamda əlahəzrət məntiq də susur. 
Bəli, söhbət  “Yaşıl bazar”dan gedir.  
Bura  əsasən kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarıdır. Yəni müxtəlif  meyvə-tərəvəz növləri, ət və süd məhsulları əsas satılan məhsullardır. Bazarda xeyli sayda ət dükanları da var. 
Bakının  Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl Bazar”ın sahibinin paytaxtın  sabiq meri Hacıbala Abutalıbov olması  uşaqdan böyüyə hamıya məlumdur. 
Adətən belə məqamlarda kimlərsə fakt tələb edir. 
Birincisi, atalar demişkən, görünən kəndə nə bələdçi. 
İkincisi, unutmayaq ki, Azərbaycan balaca ölkədir, bu başında asqıranda o başında iyisi gəlir. Yəni heç nəyi gizlətmək mümkün deyil. 
Bəli, “Yaşı bazar”ın idarəçiliyini uzun illər  Hacıbalanın oğlu İsrafil Abutalıbov və Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin keçmiş direktoru Ramiz Hacıyev həyata keçirib. Söhbət “bazar” işlətməkdən yox, idarəçilikdən gedir. 
Əgər bazarda hər şey qaydasında olsaydı, bəlkə də bunun üstündən keçmək olardı. Amma təəssüf ki, korrupsioner məmurlar xalqdan oğurladıqlarını da normal idarə edə bilmir. 
Bu gün “Yaşıl bazar”da  neçə-neçə ət dükanı var, ət-süd məhsulları satılır. İndi gedin baxın görün bu məhsullar  necə baytarlıq  nəzarətindən kənarda qalır. Bu boyda məhsulları realizə edən bazarda  adi laboratoriya yoxdur. 
Bir dəfə yazmışıq, bir daha təkrar edirik ki, bu cür  məhsullarının əhaliyə satılması, karonavirusdan daha təhlükəlidir. Dünyanın heç bir yerində laborator analizdən keçmədən ət və süd məhsullarını əhaliyə satmaq olmaz. Bu ağır cinayətdir. İstəyirsiniz, qarayara, brüsülyoz kimi kütləvi xəstəliklər əhali arasında yayılsın ? 
Yaxud  “Yaşıl bazarda”  xeyli sayda gül dükanları var və qiymətlər də bayram günlərində kəllə-çarxa qalxır. 
Qiyməti qoyaq bir kənara. Bəs başa düşmürsünüz ki, bitki mənşəli məhsullara, o cümlədən  güllərə fitosanitar nəzarəti olmalıdır. Adicə taxtanı ölkəyə idxal edəndə o mütləq  fitonəzarətdən keçməlidir ki, ölkəyə zərərli həşəratların toxumları daxil olmasın. Bəs, evlərimizə aldığımız və toxunduğumuz gülləri bazarlarda kim yoxlayır ? Əlbəttə, heç kim. 
Görəsən, bir neçə ildir yaradılmış  QİDA agentliyi niyə yolunu  “Yaşıl bazar”dan salmır ? 
Ən böyük  rüsvayçılıq  bilirsiniz nədir ? 
“Yaşıl bazar”da   “kustar” üsulla hazırlanmış araq, alkoqollu içki satılır. Və iki nəfər “Yaşıl Bazar”dan aldığı alkoqollu içkidən zəhərlənərək ölüb. Kimlərsə inanmaya bilər. Ancaq bu barədə Baş prokurorluğun rəsmi açıqlaması var. 
Onda sual olunur: Bəs nə üçün baş verənlərə görə, bazar rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunmayıb ? 
Bazar açıq-aşkar vergidən külli miqdarda  yayınır. 
Bəs  Vergilər Xidməti hara baxır ? 
Bu suallar artıq  bizə deyil, hüquq-mühafizə orqanlarına, dövlət qurumlarına aiddir. 
Bizimki yazmaq, işıqlandırmaq və ictimailəşdirməkdir.



Oxşar xəbərlər

“Yaşıl Bazar”da  8 martda od qiymətinə güllər-  Maska taxmayan dükan sahibləri vergidən necə yayınır ?
Hacıbala Abutalıbova ağır itki üz verdi
Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
Həbs edildiyi deyilən Rasim Məmmədovun 3,3 milyon manat vergi borcu var - İLGİNC
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Bu sığorta şirkətləri də bağlanma təhlükəsi ilə üz-üzədir - SİYAHI
Hacıbala Abutalıbov həbs oluna bilər - İDDİA
“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev  Ekspress  bankını niyə satır ?-  Azərbaycan xalqına dəymiş  500 MİLYON manatı kim ödəyəcək ?
Hacıbala Abutalıbov işdən çıxarılandan sonra Fəxri Xiyabana getmir
İmişlidə ən ucuz XƏSTƏLİK MƏNBƏYİ... - "Biz indi Ramiz Mehdiyevi hardan alaq ki?.."
Səfər Mehdiyev büdcəyə hər gün daha az ödəyir
Ziya Məmmədov xalqı dolayır... - Görünəni budur...
Nura Suri Azərbaycana dəstək olmayan məşhurları qınayıb
"Yaşıl Bazar"da YANĞIN - VİDEO
Azərbaycandan xaricə milyonlarla dollar məhsul satan bu şəxslər vergiləri vaxtında ödəmirlər - SİYAHI
Rusiya vətəndaşını “Askar” Hotelindən döyüb qovdular
Əli Həsənovun imperiyası: Vəzifədən getsə də, dövlətin “yaxasını” buraxmır
Rövnəq Abdullayev  villasını  4 milyon dollara  satdı..-''SOCAR''ın PREZİDENTİ TƏLAŞDA-ŞOK VİDEO
Rusiya nümayəndə heyəti bu gün Ankaraya gedir
İrandan gətirilən xurma yararsız çıxdı
Milyonluq vergi borcu olan şirkət tenderdə necə qalib olub? - AÇIQLAMA
Rövnəq  Abdullayev  HƏBS-xananın  kandarında… -Prezident millətin qazını, işığını, suyunu kəsənlərin KƏNDİR-ini kəsir-VİDEO
“Azərsutikinti”nin sədri “Dərnəgül”də milyonluq obyekt tikdirir – FOTO
Azərbaycanın dövlət borcu açıqlandı
125  milyona  KEÇİD  tikən  Xəlil Göyüşov...- Xəlil  Göyüşov nə üçün  həbs  edilmir ?
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Hacıbala Abutalıbovun narahatlığının “quyruğu göründü”...
Azərbaycanda bu bank 15 milyon manat cərimə edildi
Paytaxtın məşhur bazarı köçürülür