Əli Abbasovun qudası Etibar Pirverdiyevin həbsi gözlənilir...- Dünya Pirverdiyeva və Eldar Abbasovun Londondakı şirkətləri ...
14-07-2021, 14:25
373

Əli Abbasovun qudası Etibar Pirverdiyevin həbsi gözlənilir...- Dünya Pirverdiyeva və Eldar Abbasovun Londondakı şirkətləri ...

Etibar Pirverdiyev  100  milyonları haradan qazanıb ?


Ulu Öndər  Heydər  Əliyev deyirdi ki, dövlət iki şeydən sarsılır: “ Günahkar cəzasız qalanda və günahsız cəza alanda”. 
Bu müdrik məsəli nə üçün xatırladıq. 
Hamıya bəllidir ki, Mingəçevir İES-də baş verən qəza nəticəsində Azərbaycan iqtisadiyyatına  500 milyon, yəni yarım  MİLYARD  ziyan dəymişdi. 
Ancaq  “Azərenerji”  ASC-nin prezidenti Etibar Pirverdiyev  vəzifədən getməklə canını qurtara bildi. Və bugünədək  Pirverdiyev  cəzasız qalıb. 
Bu cəmiyyətdə  xeyli suallar doğurur. 
Axı, necə ola bilər ki, dövlətin milyardlarını mənimsəyib böyük qəzaya səbəb olan, ölkəni zülmətə qərq edən şəxs  heç nə olmamış kimi bu gün qollarını sallayıb arın-arxayın gəzir. 
Nəinki arxayın gəzir, hətta bu yaxınlarda Xaçmazda ona məxsus torpaq sahəsini 1.6 milyona  satıb. 
Görəsən ona deyən oldumu ki, ay adam, gətir dövlətə vurduğun ziyanın 1 faizini deyil ee, 0, 3  faizini ( 500 milyonun 1 faizi  5 milyon, 1.6 milyon isə 0,3  faiz ) qaytar. Yox, deyən olmadı. 
Guya Etibar Pirverdiyevə deyən var ki,  qızın Dünya Pirverdiyevanın Londondakı şirkətləri milyonları haradan qazanıb ? 
Yeri gəlmişkən, Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir. 
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım  Londonda bir neçə şirkətə  sahibdirlər. 
Ünvanları da budur : 
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE. 
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqları milyonlar  xarici  banklarda  fırlanır. 
Etibar Pirverdiyev  energetik olmaqla  yanaşı, həm də bankirdir, bank sahibidir. 
Son məlumatlara görə, cənab  Etibar  Pirverdiyev  ona məxsus  Ekspress  bankı  satmağa hazırlaşır. 
Görəsən, 10 il əvvəl Belorusiyada kartof, soğan satan  Etibar  Pirverdiyevin ağlına gələrdimi, nə vaxtsa bank sahibi olacaq. 
Azərbaycan xalqınınn  pullarının hesabına  Etibar Pirverdiyev  təkcə bank sahibi deyil. Adamın dəvə fermaları,  100 hektarlarla fındıq bağları, Xudatda, Şabranda bazarları və daha nələri. 

 Əgər  sadə bir yoxlama aparılsa, Etibar Pirverdiyevin  Bayraq meydanı  tikintisində dövlətin milyonlarını taladığı üzə çıxacaq. 
Yəqin ki, bir gün  bu məmləkətdə  bir ədalət məhkəməsi qurulacaq. Və o zaman  Etibar Pirverdiyev kimilər mütləq xalq və qanun qarşısında cavab verəcəklər.


Oxşar xəbərlər

Etibar Pirverdiyevin HƏBSİ an məsələsidir...- O ölkədən qaçmağa hazırlaşır ?
“Azenerji”nin keçmiş prezidenti Etibar Pirverdiyev  Ekspress  bankını niyə satır ?-  Azərbaycan xalqına dəymiş  500 MİLYON manatı kim ödəyəcək ?
Etibar Pirverdiyevin HƏBSİ qaçılmazdır... -  “Azərenerji”nin keçmiş prezidenti ÖLKƏDƏN QAÇMAĞA HAZIRLAŞIR ?
Etibar Pirverdiyevin həbsinə hazırlıq gedir – Bu, iki səbəbə görə baş verəcək…
Etibar Pirverdiyev ARADAN ÇIXIR? - Əlindəkiləri xırıd etməyə başlayıb...
Keçmiş nazirin oğlu İsveçrədə şirkət açıb
Etibar Pirverdiyev ona məxsus “Expressbank”ı satır.-  Hansı məmura və neçəyə ?
Vəzifədən çıxarılan məmur qudalar: Eks-nazirlər, sabiq deputatlar...
Yaqub Eyyubovun Pirverdiyevlə şərikliyi
Eldar Abbasov döyülərək öldürüldü
Qubanın  “yolsökən”, daha doğrusu, büdcəni sökən icra başçısı Ziyəddin Əliyev- Ziyəddin və Şahvələd Əliyev qardaşlarının Avropanı fəth edən biznes şəbəkəsi...
Gədəbəydə nə baş verir? - İTTİHAM
Prokurorluq sistemində AKKORD dövrü  bitib-Baş prokuror  Kamran Əliyev ciddi islahatlar aparır
Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Xankəndidə həyəcan siqnalı verilir - Şəhər zülmətə qərq oldu (VİDEO)
İsmət Abbasovun “parol”u və büdcədən oğurladığı milyonlar- Sabiq nazir Hacı İsmətin şərab zavodu...
Məmurların “qara günləri” başlayır
Qubanın icra başçısı Ziyəddin Əliyev koronavirusdan pul qazanır- Zərdabi qəsəbəsindəki şadlıq sarayı və Fayton restoranı icra başçısınındır
Bu şirkətin satış təmsilçisi haqda cinayət işi başlandı
Bu adam tək başına Azərbaycan büdcə gəlirlərinin 8 faizini mənimsəyib
“SOBSAN”  boyanın 12 milyona ehtiyacı yoxdur…- Bəs nə üçün fabrik yanğın zamanı zərəçəkənin kompensasiyasını vermir ?
Eldar Həsənov necə “deşifrə” olub? – Yeni həbslər gözlənilir...
Həbs olunan icra başçısı Ceyhun Cəfərov  “ziyanın bir hissəsini ödəyib”  azadlığa çıxmaq istəyir ?-   Deyəsən yeznə-qayın,  Vidadi Zeynalov-Ceyhun Cəfərov və Əli Abbasov Avropaya səyahətə gedəcəklər...
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Balababa Rzayev getdi, Vüqar Əhmədov  gəldi  “Azərişıq” ASC-yə nə dəyişdi ?- Dövlətin ayırdığı  4 milyon bəs etmir ..?
Ramiz Mehdiyevin kürəkəninə arxayın olanlar dövlətə meydan oxuyur - Saxta sement mafiyasının işləkləri
100 min dolları necə qazanmısan, cənab  Cəlal İsayev ?-  ATU-nun dosenti olan və 5 il maaşsız işləyən Baş infeksionistdə  bu pullar haradandır ?
“Bank Respublika” bağlanır? - 416 milyon manatdan çox vəsait itirib
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO