Bələdiyyə  sədri  Mərdəkanı çirkləndirir …- “Prostina  satan” və MƏRDAKANI özəlləşdirən Mirbaba indi  AA seriyalı  Panoramada gəzir
14-07-2021, 14:34
282

Bələdiyyə sədri Mərdəkanı çirkləndirir …- “Prostina satan” və MƏRDAKANI özəlləşdirən Mirbaba indi AA seriyalı Panoramada gəzir

Allah  hər xalqa  dəniz qismət eləmir. Uca yaradan bizə  Xəzər kimi  mavi  bir dəniz lütf edib. Təəssüf ki, bəzi harınlamış məmurlar dənizi hasara alıb özünə villa tikir, bir başqası  dənizi çirkləndirir. 
Belələrindən biri də Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynovdur.
Adından göründüyü kimi cənab bələdiyyə sədri seyid ailəsindəndir, yəni iman əhlidir. 
Görəsən, iman əhli olan kəs Allahın bizə lütfü olan mavi dənizi çirkaba batırar ? 
Axı, Peyğəmbər əfəndimiz  buyurub ki, TƏMİZLİK  İMANDANDIR. 
Yəni təmizlik olmayan, pinti, çirkablı yerdə iman olmaz. 
Görəsən bu adi həqiqəti  Mirbaba Hüseynov başa düşmür?
Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər rayonu ərazisində tullantıların idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.
Reyd zamanı Xəzər rayonu, Mərdəkan qəsəbəsində tullantıların qanunvericiliyə uyğun qaydada idarə edilmədiyi ortaya çıxıb. 
Faktla bağlı əraziyə cavabdeh Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov barəsində protokol tərtib olunub və ona inzibati qaydada vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq edilib.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi üçün M.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Bu hadisə bir də təkralanarsa, onu daha ağır cəza, hətta HƏBS gözləyir. 
Təsəvvür edin, Mərdəkan boyda qəsəbənin camaatı sevib- SEÇİB Mirbabaya səs verib, onu bələdiyyə üzvü ediblər, sonra da bələdiyyə sədri olub. 
Amma heç uşaq da inanmaz ki, kimsə Mirbabaya səs verib. 
Mirbabanın Mərdəkanda ayaması, ruslar demişkən, “kliçkası”  “prastina  satan” Mirbabadır. Beləsinə kim səs verər. 
Bəli, yazının başlığına çıxardığımız “çirkləndirir”  sözü əbəs yerə deyil. 
Bu gün mavi Xəzəri, Mərdəkanı çirkləndirən Mirbaba, illər uzunu xəstəxananı çirkləndirib, batırıb. 
Axı, Mirbaba Hüseynov uzun illər Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni təsərrüfat işləri üzrə müdir olub. 
Mərdəkan  camaatı  Mirbabanı “prostina”, yəni mələfə satan  kimi tanıyırdı. Bu adam xəstələr üçün  dövlətin ayırdığı  “prostina”ları satır, xəstələri köhnə mələfələrlə möhtac edirdi. 
Bəli, Mirbaba mələfə sata-sata varlandı və axırda bələdiyyə sədri olmaq  eşqinə düşdü. Çünki bilirdi ki, torpaq satmaq mələfə satmaqdan çox-çox  qazanclı, xeyirli işdir. Ona görə də mələfə satmaqdan qazandıqlarını verib bələdiyyə sədri oldu. 
Amma  seçkidə  Mirbaba barıtı  yaman çox eləmişdi. Seçkinin gedişatında Mirbabanın xeyrinə o qədər saxtakarlıq olmuşdu ki, hətta  sosial şəbəkələrdə Mirbabanın videosu yayılmışdı. 
Bu gün Mirbaba Hüseynov  Mərdəkanda “torpaq bazarı”açıb, ən baha torpaqları satır. Və qısa vaxtda torpaq satmaqla milyonçuya çevrilib. 
Bu adam az qala Mərdəkanın yarısını özününküləşdirib. Acsess bank, Oba market, Hovuz  inşaat, mebel sexləri bu adamındır.
Mirbaba  indi  AA seriyalı Panorama sürür. 
Mirbaba yaşının çox olmasına baxmayaraq hələ də subaydır. Deyir  subaylıq sultanlıqdır. 
Deyəsən, Mirbabanın vaxtı çatıb. Çünki MİLYONLARI olub Panoramaya minənlərdə  baş gicəllənməsi olur və gəlib aparırlar…


Oxşar xəbərlər

Xəstəxanada “prostina” satan Mirbaba Hüseynov saxta yolla Mərdəkan bələdiyyəsinin sədri oldu...-   O torpaq satmaqla qısa vaxtda milyonçuya çevrildi...
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Hökməli bələdiyyəsinin sədri cərimələnib
Bu çimərliklərdə dəniz suyunun keyfiyyəti normaldır
Bakıda bələdiyyə sədri 3 min manat CƏRİMƏLƏNDİ
Dəniz kənarını çirkləndirən bələdiyyə sədri cərimələnib
ETSN-ə yeni Aparat rəhbəri təyin edilib
Dumanlı hava nə vaxtadək davam edəcək?
İlham Əliyev onları təltif etdi - SİYAHI
Nazirliyin 26 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-NONSES
Harınlamış şəxslər qanunlara meydan oxuyurlar - ETİRAZ
Zirədə qanunsuz balıq ovlayan saxlanıldı
ETSN “Ağ Göl” Milli Parkını kimdən qorumalıdır? - Brokonyerlərdən, yoxsa direktordan?..
Azərbaycanda bələdiyyə sədri koronavirusdan öldü
DİN “Yüksək-İnşaat” şirkətini CƏRİMƏLƏDİ
Ekologiya Nazirliyi 50 min borcu olan şirkətə 25 min necə verib? - FOTOFAKT
Leyla Əliyeva Qızılağac Milli Parkına getdi
Qanunsuz ov edən şəxslər cərimələniblər
“Xəzər Azərbaycanla Qazaxıstan arasında dostluq dənizidir” - Muxtar Tileuberdi
Bu çimərliklərə getməyin! - Qadağan olunan dənizkənarı ərazilər BUNLARDIR
Muxtar Babayev onu sədr təyin etdi - FOTO
Nazir çimərlik təmizlədi - Foto
Qeyri-sabit hava neçə gün davam edəcək?
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Saray bələdiyyəsi 8 min cərimələnə bilər
Beyləqanda harınlamış məmur... - Barəsində araşdırma başlayıb...
Xəzər Aslanovun Xızıda “yaşıl soyqırım”ı davam edir…
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmuru özünə bahalı maşın aldı - FOTO
Bələdiyyə sədri koronavirusa yoluxdu