Masallıda Maliyyə Naziri Samir Şərifovun rəğbətini qazanan  "mütəxəssis"- Azər Abdullayev nə işlə məşğuldur ?
16-07-2021, 15:54
299

Masallıda Maliyyə Naziri Samir Şərifovun rəğbətini qazanan "mütəxəssis"- Azər Abdullayev nə işlə məşğuldur ?

Ölkədə maliyyə fırıldaqları  bilavasitə maliyyə idarələrinə rəhbərlik edən məmurların nəzarəti altında həyata keçirilir. Maliyyə Nazirliyində hazırlanan xüsusi layihələrə  uyğun olaraq maliyyə idarələri onlara ayrılan limit daxilində dövlət idarə və  müəssisələrində,  həmçinin özəl sektorda müxtəlif həcmli maliyyə yeyintilərini reallaşdırır. Bu sahədə xüsusi səriştəsi olan maliyyə "mütəxəssisi"  Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Abdullayevin fəaliyyəti diqqəti cəlb edir. Azər Abdullayev 2017- 2020 - ci illər arasında rayonun sabiq İHB- sı Rafil Hüseynovun və Maliyyə Naziri Samir Şərifovun razılaşması əsasında rayonda yol tikintisi və təmiri, abadlıq - quruculuq işlərinin aparılması, Masallı şəhərində  Viləş- çay su  hövzəsinin  ətrafına bənd çəkilməsi və  digər cari  işlərdən  ötrü təqribən 20 milyon manatdan çox dövlət vəsaitinin mənimsənilməsi üçün hazırlanan  tender layihələrinin maliyyələşməsinə  imza atmışdır. Hal- hazırda rayonun İHB- sı Şahin Məmmədovun maliyyə maxinasiyalarına hesablanmış göstərişlərini icra edir. Alınan məlumatlara görə 2021 -ci ilin aprel- may aylarında Azər Abdullayev Masallı şəhərində yolların təmiri və küçələrdə gecə işıq dirəklərinin quraşdırılması layihələrinə görə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərik olub.
Təqribən 2 il bundan öncə Azər Abdullayevin evindən 800 min manat dəyərində qiymətli qızıl- ziynət  əşyalarının və brilliantların, həmçinin külli miqdarda pul  oğurlanması barədə sosial şəbəkələrdə məlumat yayıldı. Hətta, bildirildi ki, Azər Abdullayev baş verən "faciə"dən sonra ağır  psixoloji  sarsıntı keçirib. Nədənsə, hüquq - mühafizə orqanları həmin hadisəni araşdırmadı. Görünür,    Azər Abdullayevə qarşı "oğrudan -oğruya halaldır" prinsipi həyata keçirilib.             Azər Abdullayev 1990- cı illərda Masallı rayon Maliyyə şöbəsinin,  sonra isə rayon  Dövlət Sosial - Müdafiə Fondunun rəisi vəzifələrində çalışıb.   Bir müddət Yasamal rayon DSMF- da idarə rəisinin müavini vəzifəsində işləyib. 2013 - cü ildə keçirtdiyi  ağır yol- nəqliyyat qəzasından sonra uzun müddət işləməyib. Sonra isə Masallı rayon Maliyyə şöbəsinə rəis təyin edilib. Əvəzedilməz kadr kimi maliyyə fırıldaqlarında  iştirakını davam etdirir.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər

Samir Şərifov araşdırma başlatdı: “Azərxalça” təftiş edilir
Maliyyə Nazirliyi yoxlamalarda gecikib - Daldan atılan daş...
Ermənilər bu dəfə Samir Şərifovu hədəf aldılar
Maliyyə naziri həbs edildi: Korrupsiyada ittiham olunur
Gürcüstanın maliyyə naziri istefa verdi
Bu qanun ləğv edildi
Samir Şərifov yola salınır... - Onun yerinə sürpriz namizəd!
Azərbaycanın dövlət borcu açıqlandı
ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu
“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi
Azər Bayramov və Nadir Qarayevin maliyyə pramidası - Büdcə necə talanır?
Korrupsiyayla bağlı vəzifəli şəxslərə qarşı tələblər sərtləşdirilir
Qazaxda Samir Şərifovun rəis işçisi sahibkar çıxdı - ARAŞDIRMA
Prezident yeni dövlət qurumu yaratdı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Nazirlik Mərkəzi xəstəxanada yoxlamalar aparır
Rusiya və Türkiyə arasında mühüm müqavilə
Prezident nazir və nazir müavinlərinə yeni vəzifə verdi - SƏRƏNCAM
Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək - VİDEOTƏLİMAT
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Gədəbəyin  “maliyyə bossu” Namiq Məmmədovun korrupsiya şəbəkəsi ...-  Bu adam hər ay idarələrdən faiz tələb edir və  100 min qazanır...
Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək
Aqil Abbas deputatların təkliflərinə qarşı çıxdı: “Bu qədər vəsait haradan ayrılsın?”
52 milyon manatı məmurlar mənimsəyib
Yasamal sakinləri Samir Şərifovu İTTİHAM ETDİ - “Nazirlə icra başçısı pullarımızı mənimsəyib”
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
Ərazi Maliyyə Mərkəzinə yeni rəis təyin edildi
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
“Vüqar Səfərli ilə birlikdə Əli Həsənova da cinayət işi açılmalıdır” - AÇIQLAMA