ADRA-nın Lənkəran Regional Reklam İdarəsində rüşvət və özbaşınalıq  meydan sulayır....- İdarənin rəisi Ehtiram Həsənov biznesmenləri  “aylığa”  otuzdurub?
26-07-2021, 14:56
807

ADRA-nın Lənkəran Regional Reklam İdarəsində rüşvət və özbaşınalıq meydan sulayır....- İdarənin rəisi Ehtiram Həsənov biznesmenləri “aylığa” otuzdurub?

7 rayonu və şəhəri əhatə edən Lənkəran RRİ-nin yığdığı külli miqdarda dövlət  rüsumu kimin cibinə gedir ? 


Heç kimə sirr  deyil ki, müasir dünya reklam üzərində dayanıb. Yəni iqtisadiyyatı və digər sahələri reklamsız təsəvvür etmək olmur. 
Çox təəssüf ki, ölkəmizdə reklam məsələsi uzun illər primitiv formada olub. 
Bir şeyi bilməliyik ki, şəhər və rayon mərkəzlərindəki reklam lövhələri həm də şəhərin gözəlliyinə yaxşı və ya pis təsir edə bilər. 
Yəni reklam məsələsi  heç də sadə məsələ deyil. 
Təsəvvür edirsiniz, açıq hava məkanında reklamların hazırlanmasına və quraşdırılmasına memarlar, dizaynerlər, rejissorlar, modellər, modelyerlər, tanınmış simalar, çilingərlər, qaynaqçılar, fəhlələr, sürücülər cəlb olunur. Deməli, xeyli yeni iş yerləri açılır. Yəni reklam məsələsi özü bir industriyadır. 
Ancaq təəssüf ki, uzun illər bu sahədə çalışanları  yalnız reklamdan gələn gəlir maraqlandırıb. Açıq hava reklamından daxil olan küllü miqdarda gəlir, vəsait isə büdcədən gizlədilib. 
Bütün bunlara son qoymaq üçün 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ( ADRA )  yaradıldı. Və  Aydın İbadov ADRA-nın İdarə Heyətinin sədri təyin olundu. Qısa müddətdə ADRA-nın 10 regional idarəsi fəaliyyətə başladı. 
Onlardan biri də Lənkəran Regional Reklam İdarəsidir. 
İdarənin tabeçiliyində Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara rayonları və Lənkəran şəhəri var. 
Təsəvvür edirsiniz, bu boyda məkanda, yüz minlərin yaşadığı ərazidə, kifayət qədər sahibkarların, iş adamlarının, istirahət zonalarının olduğu rayonların reklam işini bu idarə həyata keçirir. 
Onu da qeyd edək ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017 tarixli Fərmanı ilə təsdiq edilmişdir
 Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq rüsumun məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:
Bakı şəhəri üzrə-1, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 0,8, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə – 0,7
digər şəhər (rayon), qəsəbə və kənd üzrə – 0,5
İcazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği  12-yə (on ikiyə )  bölünərək icazə istənilən ayların sayına vurulur. 
Yəni Prezidentin Fərmanında hər şey riyazi dəqiqliklə yazılıb, sahibkarın reklam üçün dövlət büdcəsinə keçirəcəyi rüsum bəlli, hətta reklamın ölçülərinin kvadrat metrəsi də bəllidir. 
Ancaq Lənkəran Regional Reklam İdarəsinin direktoru Ehtiram Həsənov 7-8 rayondakı bütün obyektləri “aylığa”  qoyub. Kim vaxtlı-vaxtında  Həsənovun pulunu çatdırırsa, həmin obyektin sahibinə  cərimə yazılmır. Onu da qeyd edək ki. Həsənova bu işdə yaxından kömək edən şəxsin adı Elşad müəllimdir. O Elşad müəllim ki, bir vaxtlar vergilərdə yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Hesablama palatasının, Maliyyə nazirliyinin, Vergilər nazirliyinin ADRA-nın Lənkəran regional idarəsində aparacağı yoxlamalar Ehtiram Həsənovun və onun tabeçiliyində çalışanların həbsinə səbəb ola bilər. Bu isə, sahibkarların maneəsiz fəaliyyət göstərməsinə kömək edəcək. 
Bir sözlə, Lənkəran Regional Reklam İdarəsi sahibkarlara, biznesmenlərə problem yaradır. 
Hətta idarənin direktoru öz səlahiyyət həddini aşaraq sahibkarların maliyyə hesablarına həbs qoydurur, onların biznes fəaliyyətini iflic edir. 
Görəsən, müvafiq dövlət qurumları, 7 rayonda  obyektlərdən yığılan külli miqdarda  dövlət rüsumunun kimlərin cibinə getməsi ilə niyə maraqlanmır ? 
Bir sözlə, ADRA-nın Lənkəran Regional Reklam İdarəsində rüşvət və özbaşınalıq  meydan sulayır.
 
Bəs, ADRA-nın sədri Aydın İbadov hara baxır ? 
Mövzunu davam etdirəcəyik




.

Oxşar xəbərlər

"1300-dən çox reklamın yayımı dayandırılıb..." - ADRA ittihamlara cavab verdi
Dövlət Reklam Agentliyinin şirkətləri birləşir
Youtube yeni qaydalar tətbiq edəcək
AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı AÇIQLAMA
“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var” - ETİRAZ
AzTV-yə 5 ay əvvəl təyin olunan müdir İŞDƏN ÇIXARILDI
Qazax İcra Hakimiyyətində birabırçılıq - Rəcəb Babaşov özəl klinikanı niyə reklam edir? (FOTO)
Sabiq məmurun milyonçu qızı indi də cadugərləri reklam edir - Fotofakt
"Final" çayı Flora Kərimova ilə yeni reklam çarxını təqdim etdi - VİDEO
ZİYALILAR PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT ETDİLƏR - Reklam Agentliyinin rəhbərliyi məsuliyyətə cəlb ediləcəkmi?
BNA "sevimli" şirkətinə 500 min manatlıq tender verdi
Baş Nazirdən yeni qərar
Türkiyənin dövlət qəzeti Əli Həsənovu "FETÖ"çü adlandırdı
Martirosyan dostu Paşinyana qarşı: “Budur sizin səviyyəniz?“
Əli Həsənov Fətullah Gülənlə ortaq olub: Türkiyə mediasından sensasion iddia
“Şaban“a görə telekanalı cərimələdilər
“Bəzi nazirlərimizin hansı dildə danışdığı bilinmir”
“Sizlər ölsəniz, heç nə olmaz“ - Tolik məşhurları “yıxdı-sürüdü“
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
Baş infeksionistdən Zaur Baxşəliyevin tənqidlərinə CAVAB: “Onun haqqında yüksək fikirdə idim”
“WhatsApp”la bağlı vacib məlumat: Fevralın 8-dən sonra... - VİDEO
“Köşkü aparıb prokurorluğun qarşısına qoya bilmərəm”
“Kontak Home” şirkətinin saxta  reklamları-İstehlakçı aldığı  keyfiyyətsiz malı niyə geri qaytara bilmir?
Lerikdə  Asif-Akif İmanov qardaşları  200 manata su satır-LERİKDƏ ÖZBAŞINALIQ
İzlənən “WhatsApp” yazışmaları haqda önəmli açıqlama
“Teatrımız süquta doğru gedir” - Afaq Bəşirqızı
Mərkəzi Ordu İdman Klubunda “hərbi səfərbərlik biznesi” - Hərbi prokurorluq nə üçün sabiq rəis Rəşad Quliyevin əməllərini yoxlamır ?
Reklam Agentliyi nəyin qarşılığında bu qanunsuzluqlara göz yumur? - Dilimizə dil uzadanlar...
"Range Rover" Azərbaycan qanunlarını pozur
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?