“Yeganə Mamed”in  şok fırıldaqları...  “Yeganə” şadlıq sarayında, “Səmayə” şadlıq evində nələr baş verir ?
4-08-2021, 18:41
263

“Yeganə Mamed”in şok fırıldaqları... “Yeganə” şadlıq sarayında, “Səmayə” şadlıq evində nələr baş verir ?

“Mamed”  toy sahiblərindən karantinə görə polisə vermək üçün 700 manat tələb edir...

Şadlıq  evi  toy kasetini niyə vermək istəmir ? 

Şadlıq  evində iylənmiş yeməklərdən qonaqlar zəhərləndi..
 

“Yeganə” şadlıq sarayı  ölkə mediasında  zaman-zaman öz mənfi reputasiyası ilə  ad-san çıxarıb. 
Əlbəttə, “nümunələr”in hamısını yox, bir neçəsini oxucuların nəzərinə çatdıraq və keçmişə  azca ekskurs edək.  
Deməli, şadlıq sarayının rəhbərliyi dəfələrlə işbirliyi qurduğu şəxsləri şantaj edib, hətta polislə hədələyib. 
Belə ki, şadlıq  sarayının rəhbərliyi  şadlıq sarayı üçün sifariş etdiyi dəvətnamələrin pulunu ödəməmək üçün şantaj yolunu seçib və 120 min manat borcu bu iyrənc yolla qaytarmaq istəməyib. Bunun üçün hətta  yüksək vəzifəli şəxslərin adından istifadə etməkdən çəkinməyib. 
Digər  biabırçı və cinayət xarakterli misal.
Şadlıq  sarayının rəhbəri olan şəxsin oğlu avtomobillə adam vurub öldürüb. Onun cinayət məsuliyyətindən azad olunması üçün 52 min 500 manat rüşvət verilib. Məqsəd qəzada ölən qadının guya sərxoş olması ilə bağlı ekspert rəyinin alınması olub. 
Onu da qeyd edək ki, qəzada ölən qadın Qarabağ şəhidinin qızıdır. 
Bəlkə  şadlıq evinin sahibi Məmməd Rəhimovun başqa əməllərindən danışaq. 
Oğurlanmış adamın “Yeganə” şadlıq evinə gətirilməsi, tapança ilə başına döyülməsi, adamın 3 gün şadlıq evində əsir saxlanılması, böyük soyuducuya soxulması və daha nələr, nələr. 
Bəli, “Yeganə Mamed”  deyə bilər ki, bunlar keçmişdə olub. 
Bəs bu gün baş verənlər. 
Birincisi, süni şəkildə qiymətləri artırırsınız. 
İkincisi, artıq neçənci dəfədir ki, karantin qaydalarını pozduğunuza görə, cərimələnirsiniz və inzibati cəza alırsınız. 
Bütün bunlar sizə  dərs olmur, ay Mamed müəllim ??
İndi də toy sahibini biabır və rüsvay edirsiniz. 
Belə ki, Yeganə şadlıq sarayının Abşerondakı, daha dəqiq desək Xırdalandakı  filialı olan “Səmayə” şadlıq evində baş verən rüsvayçılığı oxucuların və ən əsası dövlət orqanlarının nəzərinə çatdıraq. 
Toy sahibi Elçin Aydınov  və anası bildirir ki, 26 iyul 2021-ci il tarixdə “Səmayə” şadlıq  evində toy mərasimləri olub. Əvvəldən danışıb behimizi vermişdik. Toya dəvət olunanlar əsasən  təhsil sahəsinin nümayəndələri, müəllimlər olublar. 
Şikayətçilər bildirir ki, qonaqlarımız zala daxil olandan sonra  verilən yeməklərin köhnə olması səbəbindən qonaqlar zəhərlənməyə başladılar. Qonaqlar bir-bir tualetə gedərək yediklərini qaytarır, davamlı olaraq qusurdular. Yeməklər könə, içkilər isə qapağı açıq idi. Xidmətçilərdən  çəngəl, bıçaq tələb edəndə sanki arxalarından çıxardırdılar. Süfrələrdə olan ət məhsullarının mənşəyi bəlli deyildi, çox pis qoxuyurdu. Meyvələrdən isə danışmağa dəyməz, hamısının vaxtı keçdiyi üçün qaralmışdı. Qonaqlar növbə ilə tualetə qaçır və yediklərini qaytarırdılar. 
Toy sahibləri deyir ki, qonaqların yanında biabır olduğumuzdan ölüb yerə girmək istəyirdik. 
Toy sahibləri bildirir ki, xəcalət çəkdiyimizdən  toyun sabahı günü  qonaqların yazdırdığı  pulları bir-bir  gəzib özlərinə qaytardıq və qonaqlardan dəfələrlə  üzr istədik. Amma keçirdiyimiz sterssdən özümüzə gələ bilmirik. 
Toy sahibləri  deyir ki, atalar demiş biz  can hayımızda , Mamed isə piy arzusunda. 
Mamed törətdiyi əməllərdən utanıb-qızarmaq əvəzinə toy sahibindən 200 manat tələb edir ki, üstünü düzəldib karantinə görə, polisə  700 manat verəcəm.
Toy sahibi də deyir ki, başımıza açdığın rüsvayçılıq bəs etmir, hələ bizdən pul tələb edirsən, bizi məcbur edirsən ki, polisə rüşvət verək...
Mamed toyda baş verən rüsvayçılığı  gizlətmək üçün toyun kasetini toy sahibinə vermək istəmir, əksinə əlavə pul tələb edir. 
Toy sahibi isə haqlı olaraq Mamedin istədiyi pulu vermək istəmir. 
Mamed isə bütün hədləri keçərək...toyun sahibini polislə hədələyir  və polisə şikayət edir. 
İndi toy sahibləri qalıb polislə Mamedin arasında. 
Onu da qeyd edək ki, Səmayə  şadlıq evini hazırda Ramiz adlı şəxs işlədir. 
“Yeganə Mamed”in  səngərdəki hərbçini təhqir etməsi isə heç bir əndazəyə sığmır. 
Bütün bu baş verənlərə Qida Təhlükəsilik Agentliyinin, hüquq-mühafizə orqanlarının və ən əsası karantin qaydalarını pozmaq üçün polisə 700 manat verilməsi ilə bağlı DİN rəhbərliyinin münasibəti çox vacibdir.  
Qurumların mövqeyini öyrənməyə çalışacağıq, yazıda adları keçən şəxslərin hər birinə cavab haqqı tanıyırıq. 
Bizi izləyin.


Oxşar xəbərlər

Bakıda şadlıq evi YANDI
Daha 2 şadlıq sarayında karantin qaydaları pozuldu
Şadlıq evlərində növbə var - Toylar başlayır?
"Qızılağac", "Yeni Dünya" və "Lanur" şadlıq saraylarında QANUNSUZLUQ
Toy bazarında canlanma: ancaq bu saatlarda, 100 nəfərlə... - AÇIQLAMA
“Samirə”, “Ağ saray” və “Ay işığı” restoranları CƏRİMƏLƏNDİ - FOTO
300 nəfərlik toy edən restoranla bağlı cinayət işi başlandı
Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
Mingəçevirdə şadlıq sarayının sahibinə cinayət işi açıldı - VİDEO
Bakıda şadlıq sarayından 10 min manatlıq oğurluq edildi
"Kral” şadlıq sarayında karantin qaydaları pozuldu
“Ay ulduz”, “Kral” və "Nəqşicahan" şadlıq saraylarında QANUNSUZLUQ
Salyanda pandemiya qaydalarını pozan beş şadlıq sarayı aşkarlandı
Bu şadlıq saraylarında karantin qaydaları POZULDU - FOTO
Gəncədə şadlıq evinin rəhbəri HƏBS EDİLDİ
“Soyuq Bulaq” və "Sultan" şadlıq evlərində qanunsuz toy keçirildi
“Əfsun”  şadlıq evi  LİSENZİYASIZ necə fəaliyyət göstərir ?- Bəlkə, şadlıq evinin sahibi dövlət qurumlarını ovsunlayıb ?
Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı
Abşeronda 2 toyda pozuntular aşkarlandı
Şadlıq sarayına hücum olub
COVID-19 pasportu olmayan qonaqlar toydan çıxarıldı
"Qafqaz" şadlıq sarayında karantin qaydaları pozuldu
Zorbalıq: İş adamı şadlıq sarayı tikdirdi, fəhlələrin 260 min manatını vermədi...
Telman İsmayılovun şadlıq sarayı satışa çıxarıldı
AQTA toylara icazə verildikdən sonra necə nəzarət ediləcəyini açıqladı
Sumqayıtda şadlıq evinin sahibinə cinayət işi açıldı
Bakıda 12 şadlıq sarayı barəsində cinayət işi başlanıldı (VİDEO)
Daha bir şadlıq evinin sahibi cərimələndi
Arif Qasımova məxsus restoranın inzibatçısı HƏBS EDİLDİ
Şadlıq evlərində bu aylar üçün yer yoxdur - Azərbaycanda TOYLARA İCAZƏ