44 günlük  Vətən Müharibəsində əlil olmuş qaziləri  işbazlar  oyuna çəkir...- Sahil Babayev hara baxır ?
23-08-2021, 14:11
833

44 günlük Vətən Müharibəsində əlil olmuş qaziləri işbazlar oyuna çəkir...- Sahil Babayev hara baxır ?

Sahil Babayev, 6 dil bilirsən, müharibə veteranları ilə bağlı dünya təcrübəsini öyrən dəə...

Aybəniz  Mustafayeva  qaziyə 4900 manata 2-ci qrup əlillik düzəldirmiş...

30 ildən artıqdır ki, ölkəmiz müharibə vəziyyətindədir. Bu gün də  bu vəziyyət davam edir. Həqiqi hərbi xidmətdə yaralananlarımız, minaya düşənlərimiz, sağlamlığını itirənlərimiz hələ də var. 
Məlumdur ki, Birinci Qarabağ Müharibəsində, Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində minlərlə şəhidimiz oldu, minlərlə qazilərimiz var. 
Müharibədən qayıdan qazilərimizin  bir çoxu qanlı döyüşlərdə yaralanıb, qolunu itirən, ayağını itirən, kəllə-beyin travması alan, ruhi xəstəlik tapan xeyli sayda zabit və əsgərlərimiz var. 
Bunların bir qismi əlil olduqları üçün əmək qabiliyyətlərini itirblər. 
Təsəvvür edirsiniz  44 günlük müharibədən qayıdan əsgər  ruhi xəstəlik tapdığı  üçün  ailəsi onu Ruhi dispanserə yerləşdirmək istəyir, amma bəlli olur ki, dispanserdə boş yer yoxdur. Ancaq  dispanserin həyətində gözləyən  işbaz-makler  əsgərlərin ailəsinə deyir ki, pul versəniz mən xəstəni dispanserdə  yerləşdirə bilərəm. 
Necə yerləşdirə bilərsən ? 
Axı, baş həkim dedi ki, boş yer yoxdur. 
Birdə ki, bu əsgər özü və ailəsi üçün vuruşmayıb e, ya da haradasa yaralanmayıb, torpaqlarımız uğrunda vuruşub, bizim hər birimizin şəcərəmiz üçün vuruşub. Bunu qanıb başa düşmək lazımdır.
Sözümüzün canı odur ki, müharibədən qayıdan və sağlamlığı qaydasında olmayan qazilərimiz xeyli problem yaşayır. 
Onu da qeyd edək ki, bu problem təzə deyil. Hətta Birinci Qarabağ savaşında həqiqətən döyüşmüş xeyli sayda veteran nəinki əlillik dərəcəsi, heç veteran vəsiqəsi ala bilmir. 
44 günlük Vətən Müharibəsindən sonra bu problemlər daha qabarıq  forma aldı. 
Bəli, dövlətimiz şəhid ailələrinə, qazilərə qayğı göstərir, vəsait ayırır. Ancaq məmur özbaşınalığı, süründürməçilik baş alıb gedir. Bu isə işbazlara əla mühit yaradır. 
Artıq  idarə qapılarında, icra hakimiyyətlərinin önündə gözləməkdən, Səhiyyə Nazirliyinə, Müdafiə Nazirlıiyinə yazmaqdan bezən  müharibə veteranları istər-istəməz  bəzi işbazların toruna düşməli olur. 
Axı, müharibədən qayıdan və sağlamlığını itirən qazi neçə gün, neçə ay gözləməlidir ki, Allah qoymasa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini daşıyan Sahil Babayev  qazinin əlillik dərəcəsinin alınmasına  icazə verəcək. 
Axı, döyüşdən qayıdan, işsiz, xəstə, yardıma ehtiyacı olan veteranı başa düşmək lazımdır. 
Bəli, xeyli işbazlar  müharibə veteranlarını tora sala bilblər. Hətta bu cinayət əməlləri ilə bağlı hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xeyli araşdırma gedir. 
Bir daha deyirik ki, bizim işbaza əxlaq dərsi öyrətməyə, veteranı qınamağa  haqqımız yoxdur. 
Biz veteranı  necə qınaya bilərik ? 
Gedib vuruşub sağlmalığını itirib və indi haqqını tələb edir. 
Biz  işbazlara əxlaq dərsi keçə bilmərik. Dünyanın hər yerində belələri var. 
Biz  YERİNDƏ OLMAYAN SAHİL BABAYEVLƏ mövcud problemi həll etməli, süründürməçiliyə, rüşvətxorluğa son qoymalıyıq. 
Veteran Müdafiə Nazirliyinə müraciət edir, deyirlər bizlik deyil, Səhiyyə Nazirliyinə müraciət elə, Səhiyyə Naziliyinə müraciət edir, deyirlər bizlik deyil, Sahil Babayevə müraciət elə..
Bu halda veteran neyləsin ? 
Üzümüzü Sahil Babayevə tutub soruşuruq:
Cənab nazir, ingilis, fransız, rus, türk, ispan dillərini bilirsən, dünyanın yarısını gəzmisən. Adam, dünyada bu məsələ ilə bağlı böyük təcrübə var, öyrən dəə...
Prezident sizi o boyda postlara niyə təyin edib ? 
Əlillik dərəcəsi vermək nə boyda problemdir ? 
Sizlər  süründürməçilik  yaradırsınız deyə, ortaya işbazlar, cinayətkarlar girir. 
Bəli, sizin sayənizdə 44 günlük Vətən Müharibəsində sağlamlığını itirmiş, Salyan rayonu, Sarvan kənd sakini qazi İbişov Aqil İxtiyar oğlunun yaxası qalıb işbazların, cinayətkar ünsürlərin əlində. 
Uzun müddət get-gəllərdən yorulmuş, süründürməçilikdən bezmiş qazi keçmiş döyüş yoldaşı Faiqin vasitəçiliyi ilə Bakı sakini Mustafayev Aybəniz Vaqif qızı ilə tanış olub. 
Mustafayev Aybəniz  qazi  Aqil İbişova söz verir ki, onun 2-ci qrup əlillik dərəcəsini  həll edəcək. Və qarşılığında  qazidən 4900 manat pul alır. 
Bəli, veteran Aqil İbişova maddi dəstək üçün YAŞAT fondu  2500 manat vermişdi, sonra qazinin əmək haqqı var idi, bir az da qohum-əqrəbadan alaraq  4900 manatı Aybənizə verib ki, problem həll olunsun. 
İndi nə probelm həll olunur, nə də pul geri qayıdır. 
Hətta Aybəniz deyib ki, gedin əliniz hara çatır şikayət edin, kimsə mənə toxuna bilməz. 
Biz də Gundelik-bakı olaraq üzümüzü tuturuq Baş Prokurora, Daxili İşlər Nazirinə, Korrupsiyaya qarşı  Mübarizə İdarəsinə və digər müvafiq dövlət qurumlarına. Ki, bu qanunsuzluqlara, süründürməçiliyə, cinayətlərə son qoyulsun. 
Haqqında bəhs etdiyimiz  faktla bağlı lazım olan infornasiyanı dövlət  qurumlarına təqdim etməyə hazırıq. Təki sizlər hərəkətə keçin.


Oxşar xəbərlər

Gəncə DMSF-də 2-ci qrup əlili incidirlər... - GİLEY
MN: Vətən müharibəsində 1245 hərbi qulluqçumuz yaralanıb
Siraqəddin Cabbarov Qazi ailəsi ilə maraqlanmır - Elvin Babayev maaşını da ala bilməyib
Vətən müharibəsində döyüşən rus qardaşlar - FOTO
Şəhid ailələrinə ödənişlər edildi
Müharibədə qolunu itirən qazimizə dostu toy etdi - VİDEO
Xanım Qazi aksiya keçirdi, Prezidentə müraciət etdi: “Sahil Babayev Qaziləri dövlətdən narazı salır” – ÖZƏL VİDEO
Məşhur türk bloggerdən Qarabağ haqda təsirli VİDEO
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
ƏƏSMN-dən biabırçı addım: - Ayağını itirmiş Qaziyə III qrup əlillik dərəcəsi verib
"Müayinə və müalicəsini vaxtı–vaxtında etməyə imkanım yoxdur" - GİLEY
Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir
Prezident “İki sahil” qəzetinin əməkdaşını təltif etdi
"Tək istəyim oğlumun sağlamlığına qovuşmasıdır" - GİLEY
Astarada Zəfər Parkı salınır - FOTOLAR
Minlərlə saxta əlillik aşkar edildyi halda Sahil Babayev niyə öz işçilərini cəzalandırmır?.. - AKTUAL
Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü
Milyonçu Qod Nisanov qaziyə ev bağışladı - VİDEO
SAHİL BABAYEV DƏ HƏBSƏ GÖNDƏRİLİR ?- Sahil Babayev  deyir ki, bu qanunsuzluq Səlim Müslümovun vaxtında olub...
Sahil Babayev bu məsələyə müdaxilə etməzsə... - Ümumiyyətlə, edə bilərmi?
Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
Vətən Müharibəsində döyüşən jurnalistlərimiz
Oğlu döyüşdə olan sabiq Baş Nazir: “Xeyli yaxınlarımız…”
Əsgər ona ayrılan pulu şəhid ailəsinə bağışladı
“Ayağımı götürüb 500 metr tək getdim” - Qazi
Ermənistan müharibə cinayəti törədib - TBMM-in komissiyasından HESABAT
Bank qəhrəman zabiti “qara siyahı”ya salıb – Polkovnik–leytenanta qarşı haqsızlıq
Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Vətən müharibəsinin qazisi VƏFAT ETDİ