4 qat  deputat  Ülvi Quliyevin “DÖNÜŞ”-ü - DAHA BİR DEPUTAT HƏBS OLUNA BİLƏR…
1-09-2021, 18:35
1 808

4 qat deputat Ülvi Quliyevin “DÖNÜŞ”-ü - DAHA BİR DEPUTAT HƏBS OLUNA BİLƏR…

Ülvi Quliyevi də Xaçmazdan olan keçmiş həmkarı Eldəniz Səlimovun aqibəti gözləyir  

Deputatın şirkəti Səbaildə sakinlərin evlərini başlarına uçurdur 

Səbailin icra başçısı  hara baxır ? 



Dönüş deyəndə ilk öncə ağlımıza Qarabağ, azad olunmuş torpaqlarımız, öz dədə-baba  yurdlarına dönən məcburi köçkün və qaçqın ailələri, möhtəşəm quruculuq işləri gəlir. 
Və  4 qat deputatımız  ( 2 dəfə Nəsimidən, 2  dəfə də Yasamaldan seçilib )  Ülvi Quliyevə məxsus olan  “Dönüş -1”  MMC tikinti şirkətinin varlığından xəbər tutanda, sevindik ki, yəqin  cənab deputatın Qarabağa qayıdış-dönüşlə bağlı  layihələri var. Düşündük ki, yəqin Ülvi Quliyev  azad olunmuş torpaqlarımızda yollar çəkəcək, binalar tikəcək, yeni iş yerləri açacaq...Amma  və lakin..
Bəli, cənab deputat azad olunmuş Qarabağda deyil, Bakıda  evlər yıxır, yollar kəsir, adamların evlərini başına uçurdur...
Fərqi  gördünüzmü ? 
Ümumiyyətlə, son bir neçə ildə  pilot layihə-filan adı altında  vətəndaşlara məxsus evləri alıb yerində bahalı binalar ucaltmaq  az qala dəb halını alıb. 
Təsəvvür edirsiniz, sakinləri öz qanuni evlərindən zorla çıxardırlar. Bəli, əvvəlcə  real bazar qiymətlərinə uyğun olmayan “summa” təklif edirlər, vətəndaşlar razı olmayanda hədə-qorxu, yaxud məhkəmə yolu ilə ev sahiblərini “razı olmağa” məcbur edirlər. Bəli, məhz məcbur edirlər. 
Kimlər ki, şirkətin şərtləri ilə razılaşmır və axıradək dirəniş göstərir, onların başına olmazın oyunlarını açırlar ki, ev  sahibləri  öz qanuni evlərini tərk etsinlər. 
Məsələn, mənzilin sağını-solunu sökür, guya təsadüfən  hasarını uçurdur, qazıntı işləri zamanı guya bilmədən qazını, suyunu kəsir, işığını  söndürür və mənzil sahibini seçim etməyə məcbur edir. 
Hətta bir neçə ay öncə  Dönüş-1 kimi bir şirkət 5-6 il öncə tikilmiş uşaq bağçasının qəzalı vəziyyətdə olması barədə məktub göndərmişdi. Bağçanın sahibi deyirdi ki, bu bina keçən əsrdə, yaxud 20-30 il əvvəl  tikilməyib, bu binanın 5-6 yaşı var, bu necə qəzalı ola bilər. 
Bax beləcə, Ülvi müəllim kimi tikinti maqnatları ev-mülk sahiblərini gözümçıxdıya  salıb evlərini sökürlər və yerində bahalı göydələnlər tikib milyonlar qazanırlar. 
Görəsən, Ülvi Quliyevə 10-15 ildir  satdığı dərmanlardan qazandığı milyonlar bəs etmir ? 
Həm də unutmamalıyıq ki, cənab deputatın aptekləri başqa dərmanlar, özü də çox bahalısından satır. 
Nə isə, əsas mövzudan yayınmayaq. 
Bəli, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinləri cənab deputatın  tikinti şirkəti sanki intihar həddinə çatdırıb. 
Məlumat üçün qeyd edək ki, şirkət rəsmi olaraq  deputatın qohumu Quliyev İlkin Bəxtiyar oğlunun adınadır. 
Bu tikinti şirkəti 4 -cü ildir ki, yuxarıda  qeyd etdiyimiz ünvanda  sakinlərə maddi və mənəvi zülm edir. 
Şirkətin zülm etdiyi Həvva adlı  şəxs hazırda ölüm həddindədir. 
“Dönüş-1” şirkəti  Səbaildəki məhəlləni az qala  Suriyaya çevirib. Tikinti poliqonuna  tez-tez gecələr noutbukla  Ülvi Quliyevin oğlu Orxan Quluzadə gəlir. Və o gələndə hamı onun qarşısında  dimdik, əmrə müntəzir dayanır. 
Onu  da qeyd edək ki, Uni klinikasının direktoru Əli Həsənov ( ona doktor Əli deyirlər ), hətta deputat Adil Əliyev də Ülvi və Orxan Quluzadə ilə, yəni  “Dönüş-1” MMC ilə şərikdir. Yeri gəlmişkən, Adil Əliyevin “Zirvə” tikinti şirkətində də payı var. 
Bir sözlə, cənab deputat  sakinləri boğaza yığıb. Əhali narazılıq edəndə, ayağa qalxanda isə, Ülvi Quliyevin “vuran əli” olan  Rüstəm  Rüstəmov ( Kinq Boks federasiyasında çalışır ) sakinlərə hədə-qorxu gəlir.   
Ata-bala  Quliyevlər isə  əraziyə gələndə sakinlər  005  nömrəsindən bilirlər ki, onların əzrayılı-qənimi gəlir. 
Cənab deputat Ülvi Quliyev tikinti ərazisindəki sakinlərdən bəzilərinin pullarını verib. Məsələn, Prezident  Administrasiyasında işləyən Ramiz Muxtarova hər kv.m  üçün 3000 manat  verib. Sakinlərdən Ceyhuna 40 kv.m üçün  145 min  verib, Şəfaət, Elçin və digər sakinlərin də evlərini “xaraba qoymaq”  üçün pullar ödəyib. 
Görəsən, dərman satmaqla  Ülvi Quliyev bu yüz minləri, milyonları necə qazanıb ? 
Yeri gəlmişkən, şirkətin rəsmi sənədlərində tikilən binalar 12 mərtəbə göstərilsə də, cənab deputat 1 mərtəbəni də özü əlavə edib, 13 mərtəbəli bina tikir. Hazırda başqa bir binanın da təməli qoyulub.   
Deyirlər, hər cür müqayisə qüsurludur. Amma Ülvi Quliyevlə Xaçmazın keçmiş deputatı, hazırda həbsxanada olan Eldəniz Səlimovun müqayisəsi qüsurlu olmaz. 
Yəqin ki, Quliyevi də Səlimovun aqibəti gözləyir. 
Bir də sakinlər üçün bir məsələ maraqlıdır. Milli Məclisdə dəfələrlə müxtəlif səbəblərdən İntizam komissiyasında bəzi deputatların məsələsinə baxılıb. Yəqin ki, MM-in spikeri xanım Sahibə Qafarova deputat Ülvi Quliyevin məsələsinin komissiyada müzakirəsinə kömək edəcək. Ki, sakinlər dövlətdən narazı qalmasınlar. 
Bir də maraqlıdır ki,  görəsən  Səbailin icra başçısı bu barədə nə düşünür? 
Ümumiyyətlə,  düşünə bilirmi ?

Yazıda adları gedən hər bir şəxsin cavab haqqını tanıyırıq.

Oxşar xəbərlər

Oğlu müharibəyə getməyən deputat Ülvi Quliyev  NİTQ  söyləyir…-Vətən üçün kimlər ölümə getdi…
Deputat Ülvi Quliyevin Oğlu Vətən Müharibəsində Harda Olub?- Fotolar
Deputat Ülvi Quliyevin oğlu Londonda 2 milyonluq borca düşüb - FOTOFAKT
“Eldəniz Səlimov həbsxanada da deputat maaşı alacaq” – Keçmiş MSK üzvü
Köçkünlərin geri qaytarılması haqda – Açıqlama
"Gloria Palace" MTK “ŞƏMS” körpələr evini uçurdur - NARAZILIQ!
Azay Quliyev 2005-də Şirvanda necə deputat oldu ?- Millət vəkili niyə 3-cü dəfə Şirvandan Binəqədiyə “köçdü” ?
Eldəniz Səlimov Kürdəxanı təcridxanasına yerləşdirildi
Təzə icra başçısı  Seymur Orucov Ağstafanı “qaşıyır”- Deyəsən Seymur Orucovu da həbs olunan Nizaməddin Quliyevin aqibəti gözləyir.
Ağaclara qənim kəsilən atanın deputat oğlu polisi döyər..- Deputatı  atası kəsən ağacların ahı  tutdu...
Sabiq deputatın ölkədən çıxışına “stop“ qoyulur - TƏFƏRRÜATLAR
Bu gün Milli Məclis Eldəniz Səlimovun məsələsinə baxacaq
Qarabağ Qazisi kimi vəzifəyə gətirilsə də... - İndi əsl OLİQARXDIR...
Şuşalı qız Milli Məclisdə çıxış etdi
Rüşvətə görə həbs olunan sabiq prokuror Ali Məhkəməyə müraciət etdi
Şuşada toy olacaq: "Qoy ermənilər görsünlər ki..."
Məcburi köçkünlərlə bağlı deputatdan mühüm AÇIQLAMA
Ermənistanda keçmiş deputatın avtomobili qumbara ilə partladıldı
27 illik həsrət başa çatır
Kəmaləddin Qafarovun deputat mandatının alınması və həbsi qaçılmazdır- DEPUTATIN FƏALİYYƏTİ ARAŞDIRILIR...
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
Eldəniz Səlimov apellyasiya şikayətini geri götürdü - YENİLƏNİB
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
Ülvi Quliyevi bitirəcək iddia: deputatın siyasi mühacirətlə əlaqəsi, oğlunun müharibə macəraları – VİDEO
Tanınmış azərbaycanlı müğənni koronavirusa yoluxdu (FOTO)
“Azərbaycan ordusu, hüquq-mühafizə orqanları azad olunan ərazilərə daxil olub nəzarəti ələ alırlar” - Xankəndinin deputatı
“Şuşalılar zəng edirlər ki, nə vaxt köçürük?” - İcra Başçısı
Eldəniz Səlimovun qaranlıq keçmişi: Xanbabayev onu necə yetişdirib?
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı