Abşeronun icra başçısı İradə Gülməmmədovanın “El qızları”- İŞ PROKURORLUĞA GÖNDƏRİLİB…
7-09-2021, 21:30
557

Abşeronun icra başçısı İradə Gülməmmədovanın “El qızları”- İŞ PROKURORLUĞA GÖNDƏRİLİB…

Təhsil Nazirliyi Abşeron təhsil idarəsində  apardığı yoxlamanın nəticələrini prokurorluğa göndərdi..

İcra başçısının ərinin bibisi oğlu Mübarizin  “zibil” əməlləri  



2015-ci ildən  Abşeron  rayonunun icra başçısı kreslosuna yapışıb qopmaq bilməyən  İradə Gülməmmədovanın əməlləri barədə 40 gün 40 gecə Qazax və Şirvan aşıqları dastan danışsa da qurtaran deyil. 
Bu qadın cildində sanki “maxinator, korrupsioner”in adı Azərbaycan  tarixinə qara hərflərlə yazılacaq. İnsanda bu qədər tamah, bu qədər gözü doymazlıq haradandır görəsən ? 
Bu adamın nəsil şəcərəsi ciddi araşdırılmalı, hardan olduğu öyrənilməlidir. Çünki biz tərəflərdə beləsinə rast gəlinməyib. Qadın olasan və bu dərəcədə  cinayət əməllərinə qol qoyasan, vallah çox təəccüblüdür. 
Düzdür, qadınlar arasında da cinayətkarlar, cibgirlər, fırıldaqçılar az olmayıb. Ancaq İradə Gülməmmədova bakılılar demişkən, alayı birisidir. 
Nə isə, xatası Abşeron camaatından uzaq olsun, özü öz başını yesin. 
Bəli, İradə Gülməmmədova rayonda əməlli-başlı cinayətkar, rüşvətxor şəbəkə yaradıb. Xanım icra başçısının “el qızları”  deyib əzizlədiyi bir şəbəkə də var.  
Bu əsasən təhsil sahəsini əhatə edir. Düzdür, digər sahələrdə də İradənin “cici-bacı”ları az deyil. 
İradə Gülməmmədovanın sevimli “el qızları”ndan biri də Abşeron Təhsil şöbəsinin müdiri Nazilə Teymur qızı Məmmədova idi. Bəli, Nazilə Məmmədova öz vəzifəsindən 3 ay öncə biabırçı şəkildə uzaqlaşdırıldı. 
Deməli, İradə Gülməmmədova rayonda icra başçısı olduqdan sonra rayonun təhsil şefi  2-3 ildən bir dəyişir, yenisi gəlir, İradə xanım onu da boğazınacan  zibilə salır, beləcə proses davam edir. 
Bəli, Nazilə Məmmədova təhsil şöbəsinin  müdiri olanda İradə Gülməmmədova ona demişdi ki, sən mənim el qızımsan, dalında dağ kimi dayanmışam, heç kimdən qorxub çəkinmə...
Nazilə Məmmədova da İradə xanıma arxayın olub, rayon təhsilini bazara çevirmişdi. 
Təsəvvür edirsiniz, Nazilə Məmmədova tapşırıq vermişdi ki, heç bir şagird başqa yerdən gündəlik ala bilməz, mütləq dalında İradə Gülmmədovanın şəkili olan gündəliyi almalıdır, özü də baha qiymətə. Görün artıqtamahlığın dərəcəsinə baxın. 
Bəli, Abşeronda 39 məktəbdə 50 min şagird oxuyur. Deməli, Nazilə və İradə cütlüyü təkcə gündəlikdən 100 min manat qazanmışdılar. 
Hələ bu harasıdır ? 
Məktəblərə adi xadimə düzəlmək 2-3 min manat arasındadır, laborant düzəlmək 4 min manat. 
Nazilə Məmmədova yığdığı  pulları İradə Gülməmmədova ilə bölüşürdü. Və axırda çanaq  Nazilənin başında çatladı. Nazilə Məmmədovanı vəzifədən azad etdilər. Üstəlik də...
Bəli, Təhsil Nazirliyi Abşeron təhsil şöbəsində apardığı yoxlamanın nəticələrini prokurorluğa göndərib. 
İlkin  versiyaya görə, Nazilə Məmmədovanın və xeyli sayda təhsil işçisinin həbsi gözlənilir. Yəqin ki, Nazilə Məmmədova istintaq zamanı İradəni  “baqaja”  qoyacaq. 
İradə Gülməmmədova ilə bağlı redaksiyamıza yeni bir xəbər də daxil olub. 
Deməli, İradə Gülmməmmədova əri Yolçunun bibisi oğlu Mübarizi  Abşeronda Təmizlik idarəsinin müdiridir. 
Bu adamın sayəsində Abşeron rayonu zibilin içərisində itib-batır. Hətta rayonun mərkəzi Xırdalan qəsəbəsində də zibil qalaqlarına tez-tez rast gəlmək olar. 
Mübarizin hər ay vətəndaşlardan və obyekt sahiblərindən yığdığı zibil pulları ilə böyük şəhərləri təmizləmək olar. Ancaq icra başçısının qohumu zibil pullarını özü mənimsəyir, daha doğrusu İradə xanım ilə bölüşür. Buna görə də rayondakı küçələr zibil içində itib-batır. 
Hələ bu harasıdır ?
Mübariz onlarla süpürgəçinin maaş kartını cibində gəzdirir. Süpürgəçilər deyir ki, hətta zibil arabası sınanda Mübariz müəllim deyir ki, özünüz düzəltdirin. 
Bəli, İradə-Mübariz cütlüyü  zibildən də kalan pul qazanır. 
Növbəti yazıda Xırdalan merinin Gürcüstandakı biznesindən bəhs edəcıyik. 
Yeri gəlmişkən, deyillər ki, İradə Gülmməmədova  bu yaxınlarda AzTv-də bir verilişə baxandan sonra halı qarışıb, hətta ağzı da istiqamətini dəyişib. Və 10 günə yaxındır ki, üzə çıxmır. Nə bilək vallah, bir də gördün İradə xanımın “dvoyniki”  peyda oldu. Axı, yazının əvvəlində yazdıq ki, bu qadın cildində...


Oxşar xəbərlər

Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı
İcra başçısı Abşeron Təhsil İdarəsinə qudasını GƏTİRİR- İDDİA
Abşeronun Qobu qəsəbəsində 1147 fərdi yaşayış evi qazlaşdırıldı
HƏP-əndin sədri  Əli İnsanovla Aydın Şamoyevin məktəb biznesi...- Masazırda MƏKTƏB, yoxsa HOTEL tikilir ?
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
İradə  Gülməmmədovanın həbsi  an  məsələsidir- “Şayba”   daralır  cənab xanım başçı...
İki icra başçısının başı “kötük”də: Abşeron və Nəsimidə təşviş…
“Mənə görə döyüşməmisən” – Abşeronun başçısı iş istəyən qaziləri – Video
Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir? - Şübhəli tender
Qarabağ qazisi: “Abşeronun icra başçısı rayonu ailə şirkətinə çevirib” – VİDEO
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Dairə qapanır, cənab İradə Gülməmmədova-  İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır
Abşeronda növbəti çalxalanma: Tanınmış QHT sədri İctimai Şuradan getdi
İradə Gülməmmədova qış yataqlarına da göz dikdi – MÜRACİƏT
Abşeronun başçısı İradə Gülməmmədovanın qurduğu qanunsuz biznes səltənəti – FAKTLAR
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
Bu icra başçısının 3 milyon dəyərində şəxsi baxçası və inanılmaz əmlakı üzə çıxdı – SİYAHI
Abşeronda müəllimlər günü qeyd edilib
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Suraxanıda COVİD-19-la bağlı  dəhşət saçan qalmaqal- Abşeronun icra başçısı İradə Gülməmmədovanın bacısı, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın  500 COVİD  vaksini ilə bağlı  bağışlanmaz cinayəti
Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi - FOTOLAR
Daha bir təhsil şöbəsinin müdiri işdən çıxarıldı - Nazirlik araşdırma apardı
10-dan çox qadını fahişəliyə cəlb etdi - Məhkəmə qarşısında cavab verəcək
Rafael Cəbrayılovun arxasında Oqtay Əsədov DAYANIR... - İDDİA
Alimpaşa Məmmədovun ərköyün direktoru
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
Hələ bu harasıdır İradə Gülməmmədova....-İKİNCİ HİSSƏ