Qaradağdakı daş karxanaları ölüm və təhlükə mənbəyinə çevrilib-  Başçının “qara kassası”  Nadir və İmranın əməlləri
14-09-2021, 23:43
499

Qaradağdakı daş karxanaları ölüm və təhlükə mənbəyinə çevrilib- Başçının “qara kassası” Nadir və İmranın əməlləri

Qaradağ rayonu ərazisindəki daş karxanaları sözün həqiqi mənasında ölüm mənbəyinə çevrilib. 
Dəfələrlə mətbuatdan  oxuyuruq ki, Qaradağda daş karxanasında fəhlə öldü...fəhlənin başına daş düşdü...fəhlə diri-diri yandı...
Heç orta əsrlərdə də  işçilərə qarşı belə münasibət olmayıb. 
Mediada yayılan məlumatlardan bəlli olur ki, rayonun icra başçısı Süleyman Mikayılov  hər daş karxanasına  yüksək miqdarda aylıq qoyub. Hansı karxana sahibi icra başçısının “aylığını” vaxtında çatdırmırsa, işığı söndürülür, texnikası əlindən alınır. Təsəvvür edirsiniz, karxananın işığı xəbərsiz söndürülür və qəfil yananda hansısa fəhlənin əli, qolu yox olur. 
Ümumiyyətlə, daş karxanaları  çox ciddi problemə çevrilib. 
Birincisi,  daş karxanaları rayon ərazisindəki bütün “ağa”lara haqq verdiyindən  bütün ağırlıq yazıq fəhlələrin üzərinə düşür. 
Ancaq ən böyük problem bu deyil. Ən dəhşətlisi odur ki, bu daş karxanalarının sahibləri ölkəmizi ciddi təhlükə altına qoyurlar. 
Karxanaların cəmləşdiyi ərazilərdən biri də rayonun Sahil qəsəbəsidir. Qəsəsbənin icra nümayəndəsi Əli Surxay oğlu  Əliyevdir.  
Bu adamın özünün  20-dək karyeri, 100-dən artıq  obyekti fəaliyyət göstərir. 
Qəsəbədə  karyer monopolisti kimi tanınan Şikar adlı şəxs ərazidəki  karxanalara qaydaları diqtə edir. Kimsə qaydalardan kənara çıxa bilməz. 
Rayon ərazisində yığılan aylıqları  başçının müavini Nadir Muradov və İmran adlı şəxs  toplayır. Əslində bu iki şəxs  icra başçısı Süleyman Mikayılovun rayondakı “qara kassir”idir. 
İmran bütün qara işlərin görülməsində birbaşa tapşırığı  icra başçısının müavini Nadir Muradovdan alır.
Yuxarıda qeyd etdiyimiz “karyer monopolisti”  Şikarı isə bütün dairələrdə İmran müdafiə edir. 
Yəni  Nadir-İmran- Şikar  üçlüyü  rayondakı bütün daş karxanalarını öz əllərində cəmləşdiriblər. 
Əgər belə demək mümkündürsə, bu “üçlük”  karyer sahiblərini istismar edir, karyer sahibləri isə bu istismarın əvəzini təbiətdən çıxırlar. 
Məlumdur ki, daş karxanaları  yerin təki, alt qatları ilə işləyirlər. Bu karxanalar yerin qatını dəhşətli dərəcədə zədələyirlər. Bu isə paytaxt Bakı üçün  real təhlükə yaradır. 
Çünki karxanalar kubik çıxarmaq üçün  mütləq üst qatdakı suxurları dağıtmalıdırlar ki, kubik qatına çatsınlar. 
Hansı ki, bu  çox vacib olan suxurlar  yerin qabarma və çəkilməsini tarazlaşdırırlar. Bunların sıradan çıxarılması ciddi zəlzələ təhlükəsi yaradır. Mütəxəssislər bunun nə olduğunu gözəl bilirlər. 
Təsəvvür edirsiniz, əgər daş karxanasına yalnız 2 qat kəsilməsinə rəsmi icazə verilibsə, karyer sahibləri 5 qatı kəsirlər. Bu isə ciddi ekoloji problemlər yaradır.
Bütün bu problemlərin olduğu Sahil qəsəbəsinin icra nümayəndəsi Əli Əliyev isə qəsəbədəki bütün qanunsuz tikililərin “pullarını” yığmaqla məşğuldur. 
Sözün qısası, Qaradağdakı daş karxanaları rayon sakinlərinə yay-qış  zəhərli toz uddurur. 
Bəs görəsən, rayon rəhbərliyi, konkret desək, icra başçısı Süleyman Mikayılov nə düşünür ?
Şəhidinə hörmət qoymayan icra başçısından nəsə gözləməyə dəyərmi ? 
P.S. Növbəti yazıda Qaradağda baş verən bütün özbaşınalıqlar haqqında yazı dərc edəcəyik. Bizi izləyin.


Oxşar xəbərlər

Azərbaycanda şok!  Sürücüsü icra başçısının illərlə yığdığı var-dövləti satıb qaçdı
“Sədərək“də fəhlə faciəvi şəkildə öldü
Azərbaycanda fəhlə iş başında ÖLDÜ
Azərbaycanda fəhlə iş başında öldü
Sabirabaddakı “Görüş”  restnının sahibi “Karyer Rasim”ə  DUR deyən tapılacaqmı ?-   Ekologiya nazirliyi niyə ağzına su aloraıb susur ?
Qubada ekoloji terror: Vəlvələ çayı qurudulur - Video
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil... - GİLEY
Binəqədinin icra başçısı niyə susur?
Qaradağdakı şəhid məzarlarının köçürülməsi başa çatdı
Daş karxanasında FACİƏ: Fəhlənin başı kəsildi
Qaradağda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edildi - FOTOLAR
Sakinlər icra hakimiyyətinə ŞİKAYƏT ETSƏLƏR DƏ... - NARAZILIQ!
Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə öldü
“Sahibkarların qənimi”  Alimpaşa Məmmədov indi də şəmkirlilərin qəniminə çevrilib- İcra başçısı şəhid məzarlarından 700 min manat qazanıb
Ziya  Məmmədov və  qoçuları  NƏQLİYYAT-ımızın başına yekə bir daş “saldı“- BNA rəisi  Vüsal Kərimli və müavini Elçin Mustafayev isə beton, armatur  yeyir?
Azərbaycanda icra başçısının 250 min pulu oğurlandı
Daş karxanasında faciə: Fəhlə aldığı zədədən hadisə yerində öldü
Qarabağ Qazisi kimi vəzifəyə gətirilsə də... - İndi əsl OLİQARXDIR...
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Bakıda daş karxanasında gənc işçi faciəvi şəkildə öldü
Salyan Rayon Xəstəxanasında ÖZBAŞINALIQLAR-BİR XANIMIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLİB
Həbsdə olan sabiq icra başçısının ölüm səbəbi bəlli oldu - YENİLƏNİB
Ucarın icra başçısı Mansur Məmmədov koronadan qorxub qazini qəbul etmir...- Mənsur Məmmədovun  şəxsi helikopter meydançası...
Hindistanda dəhşət: Yeni doğulan 10 körpə diri-diri yandı
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
71 yaşlı erməni diri-diri yandı
Həbs olunan icra başçıları “Səni deyirlər”, Alı Alıyev-  Füzulinin icra başçısının milyonluq villaları, avtomobilləri, 30 min qoyunu, 5 min mal-qarası…
Ucar camaatı  Mənsur Məmmədovu  şamla axtarır- İcra başçısını HƏBSƏ APARAN YOL...
Vəsf  zamanı deyil, Rəcəb Babaşov və Akif Vəliyev- Akif Vəliyev süddən çıxan ağ qaşıq deyil