“Başsız” qalan “Azərsu”  uğrunda amansız mübarizə gedir- Rafiq Aslanov, Zakir Quliyev, İlham Quliyev və icra başçısı  “Azərsu”nu ələ keçirmək istəyir..
15-09-2021, 18:33
1 274

“Başsız” qalan “Azərsu” uğrunda amansız mübarizə gedir- Rafiq Aslanov, Zakir Quliyev, İlham Quliyev və icra başçısı “Azərsu”nu ələ keçirmək istəyir..

Artıq  5-ci aydır ki,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il tarixli  sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. 
ASC-yə  yeni  sədr təyin etmək cənab Prezidentin müstəsna səlahiyyətində  olduğu halda, bəziləri bu post uğrunda gecə-gündüz vuruşur, adam axtarır, hər yola əl atırlar. Bu adamlar ən azı etika xatirinə başa düşməlidir ki, dövlət başçısının müstəsna səlahiyyətinə kölgə salmaq olmaz. Ancaq vəzifə ehtirası  bu adamları ən çirkin hərəkətlərə  məhkum edib. 
Kimdir, “Azərsu”nun boş qalmış başına keçməyə iddialılar. 
Gundelik-bakıya  daxil olan məlumata görə, sabiq sədr Qorxmaz  Hüseynovun  kreslosu uğrunda 3 müavin və 1 icra başçısı mübarizə aparır. 
1. Azərsu  uğrunda mübarizə aparanlardan biri Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovdur. Məlumdur ki, Rafiq Aslanov neçə illərdir ki, qurumda maliyyə məsələlərini əlində cəmləşdirib. Ümumiyyətlə, Rafiq Aslanov az qala 40 ilə yaxındır ki, meliorasiya sistemini talan etməklə, milyonlar qazanmaqla məşğuldur. Bəli, məhz talan etməklə. Məlumdur ki, prezident İlham Əliyev ölkədə su təsərrüfatının vəziyyətinə həsr edilmiş və videokonfrans rejimində keçirilən müşavirə zamanı bu sahədə hökm sürən neqativ meyllər barədə sərt danışdı. Prezident ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırıb, bu itkilərin kimlərinsə marağında olduğunu dilə gətirib. Bəli, kimlərinsə marağında. 
   Həmin kimsələrdən biri, daha doğrusu, birincisi, Rafiq Aslanovdur. Bu adamın oğlunun təkcə  xarici avtomobil kolleksiyasının dəyəri  milyonlarla  ölçülür. Bu adam  Qarabağda qanlı döyüşlər gedən vaxt oğluna Londonda  1 milyon dəyəri olan ikinci  mənzil alıb. 
Bu adamın xarici ölkələrdə biznesi, Bakıda yüksəkmərtəbəli  binaları, Qubanın Qəçrəş kəndində istirahət mərkəzi  və daha nələri…
Bu adamın  bacısı oğlu, qurumun Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev  quruma məxsus  kranı 1 milyona sataraq  cibinə  qoyub. 
Bütün bunlar ortada ola-ola  Rafiq Aslanov Azərsu-nun sədri  olmaq istəyir. Və necə olmaq istəyir? 
Bütün çevrəsini, tanış-bilişini, süd-sümük və qan qohumlarını  “xoda” salaraq. 
Lap məşhur filmdəki  Aruz-un dili ilə desək “ Mən qan qohumlarımı bura yığımışam ki…”  deyən kimi. 
Bəs bu Rafiq Aslanov kimdir və nəyə qadirdir ? 
Rafiq Aslanov özünün dayaz təfəkkürünə görə, guya savadlıdır, imkanlıdır. Düzdür, Rafiq xalqdan və dövlətdən oğurladığı milyonların hesabına imkanlıdır. Amma içməli su, ilə texniki suyun fərqini bilmir. 
Rafiq Aslanov bu dayaz ağlı ilə  domino dostlarına  arada dərs keçmək istəyir. Və dostlarına sual edir ki, 2 x 5 neçə edər ? Dostları cavab verir ki, 10. Onda Rafiq təzədən sual edir ki, bəs 2-ni 5-ə bərk vuranda neçə edər ? Hamı susur. Rafiq qımışaraq deyir ki, bunu ancaq mən bilə bilərəm, ona görə də ancaq məni Azərsu-ya sədr qoyacaqlar.  
2. Sədr olmaq uğrunda mübarizə aparan iknci namizəd isə Meliorasiya və Su Təsərrüfatı ASC-nin digər sədr müavini, Rafiq Aslanovun rüşvət və korrupsiya dostu Zakir Quliyevdir. Zakir Quliyevin də biznesinin səsi-sədası  Türkiyədən, Çexiyadan, İngiltərədən gəlir. 
ASC-nin sədr müavini Zakir Quliyevin Sabirabadın Bəciravan kəndində böyük qum-çınqıl karxanası, rayonun  Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi, villaları, bahalı mükləri və daha nələri...
Həm də Zakir Quliyev oğurladığı milyonları bu yolda qoymağa, hamını, hətta dostlarını basıb əzməyə hazırdır ki, təki sədr olsun. 

3. Kənd təsərrüfatı nazirinin sabiq müavini ilham Quliyev də  ASC-də sədr olmaq üçün şalvarını çırmalayıb. Məlumdur ki, İlham Quliyev KTN-də fermerlərə verilən  subsidiyalardan milyonlar qazanıb. İlham Quliyevdən soruşan lazımdır ki, məişət pozğunundan rəhbər olarmı ? 
Sizi nəzərdə tutmuruq haa. 
Katibəsi müdirindən qanunsuz, bic uşaq doğan adamdan rəhbər olarmı ? Yenə də sizi  nəzərdə tutmuruq haa, İlham Quliyev. Zakir Qaralovu və digər dostlarını “xoda” salan İlham Quliyev bilmir ki, ondan nəinki  Azərsu  sədri, heç su briqadiri də olmaz. Yeri gəlmişkən, İlham Quliyev deyəndə yada  digər məşhr filmdəki “Vəsf et məni, şair”, “Vəsf zamanı deyil, afət”  epizodu düşür. Bəlkə Afət yox, Kifayət 
4. Sonuncu namizəd olan icra başçısı isə milyardlara sahib olan bir departament direktorunun adamıdır. Hələlik bu namizədlə bağlı  ciddi araşdırmalarımız gedir, ona görə də onunla bağlı növbəti  yazıda bəhs edəcəyik. 
Qoy cəmiyyət özü  düşünsün. Su ilə bağlı elementar anlayışları olmayan bu  4 “dost”, bu 4 rüşvətxor, korrupsioner, utanıb-qızarmadan rəhbər olmaq istəyirlər. Bu adamların diplomunda, ixtisasnda  su  sözü yoxdur. 
Bu adamlar başa düşmür ki, cənab Prezident ancaq ixtisaslı kadrlara etimad göstərir. Bunların biri dana qovalayan, biri  fermerlərə  “qombayn”  satan, o biri nə isə satan.
Bunlar başa düşmür ki, su təkcə həyat deyil, həm də strateji sahədir. O vəzifəyə sizin  kimiləri qoymaq olmaz.

P.S Hörmətli məmurlar sizdən xahiş edirik bizə görə heç kimə nə pul verməyin, nə də xahiş etməyin, əməllərinizə düzəliş edərək dövlətə dövlətçiliyə xidmət edin.

Oxşar xəbərlər

"Azərsu" ASC Köçərli Həsənova həvalə edildi
“Azərsu”nun SƏDRİ postu uğrunda Rafiq Aslanov və Zakir Quliyevin MÜBARİZƏSİ
“Azərsu”da bu vəzifəli şəxslər həbs oluna bilər: SİYAHI
Dövlət qurumu Qorxmaz Hüseynovu məhkəməyə verdi - Çəkişmənin kökündə nə dayanır?
Bakı Dövlət Universitetinə prorektor təyin edilib
"Azərsu”da klanların mübarizəsi yenidən alovlandı
“Azərbaycanfilm” “Azərsu” ASC-ni məhkəməyə verdi
Prezident deyir ki, su itkiləri 40-50 faizə çatır…- Su itmir, milyonlarla vəsait Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyasına xərclənir…
Nazirliyə tabe qurum “Azərsu”nu məhkəməyə verdi
Yeni sədr kollektivə təqdim edildi - Əhmədzadə də qatıldı
Azərsu vitse-prezidenti aldatdı
“Azərsu” ASC qəzanı aradan qaldırmaq üçün içməli suyu yollara axıtdı - VİDEO
“Azərsu”yun adından pul tələb edən dələduz peyda oldu
Bu qurum “Azərsu”nu məhkəməyə verdi - Böyük məbləğdə borc yaranıb
Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi
Zaqatalanın da, daha iki rayonun da başçısı dəyişəcək... - "Ağsaqqal"ın ardından KİMLƏR GEDİR?
"Azərsu" rəhbərinin hamam biznesi - Qorxmaz Hüseynova məxsus obyektlərin fotoları yayıldı
Sudan milyonlar qazanan Rafiq Aslanov, Cahan Məmmədovlar-   Su aydınlıq deyil,  sizlikdir, cənablar
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Əhməd Əhmədzadə yüksək vəzifəyə təyin olundu
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
"Azərsu" rəhbəri Qorxmaz Hüseynovun kürəkəni qəza törətdi, günahı başqası boynuna aldı - VİDEO
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
"Cənab Aslanov qüsl edib təmizlənəcək" - Dünənki çıxışdan sonra
Xızıda  “Azərsu”  problemi… -Mühəndis neqativ halı inkar edib
Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
Millət Vətən Savaşında... Əhmədzadənin müavini mal-mülk peşində... - İLGİNC FAKT
Rəşad Mahmudov"Azərsu" ASC-ni tənqid etdi
Suyun qiyməti niyə artırıldı? - “Azərsu”dan AÇIQLAMA
Meliorasiya və Su Təsərrüfatı ASC-nin pulu Londona axırmış - FOTOLAR