İradə Gülməmmədova “cin atına minmiş”  bacısının könlünü Şuşada necə alır ?-  Bajı, vallah  məhkəmədə Babəki  buraxdıracam…
17-09-2021, 13:55
1 380

İradə Gülməmmədova “cin atına minmiş” bacısının könlünü Şuşada necə alır ?- Bajı, vallah məhkəmədə Babəki buraxdıracam…

İradə Şuşada oteldə oturub Apellyasiya Məhkəməsinin  adından qərar çıxardır…  


Mövzu ilə bağlı oxucularda AYDIN  TƏSƏVVÜR  yaranması üçün…qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində  Abşeron Rayon İcra Hakimiyyətinin həbsdə olan Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı mənzil təsərrüfat istehsalat istismar-təmir sahəsinin sabiq rəisi Murad Əhmədov, Cəfər Əkbərov, Seymur İsmayılzadə, Şamil Xəlilov, Emin Süleymanov, Babək Zalov, Tural Ağaməmmədov və Novruz Əliyev və daha 5 nəfərin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Həbs edilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), dələduzluq və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Hazırlıq iclasında BABƏK  ZALOV  və Tural Ağaməmmədov barəsində seçilmiş POLİS NƏZARƏTİNƏ verilmə qətimkan tədbiri dəyişdirilib. Hər iki şəxs məhkəmə zalında qandallanaraq HƏBSƏ ALINIB. 
Məhkəmənin sonuncu iclasında isə yuxarıda qeyd etdiyimiz “Abşeron bandası”  ilə bağlı cinayət işinə görə, cinayətkar dəstənin  üzvlərinə 11 il, 10 il cəza, İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalova isə  6 il cəza istənilib.      
Deməli, İradə Gülməmmədovanın təsiri ilə cinayətkar şəbəkənin başçısı olan BACISI OĞLU BABƏK ZALOV həbsdən kənarda qalmışdı. 
Təsəvvür edirsiniz, cinayətkar şəbəkənin üzvləri həbs olunur, “BANDA BAŞÇI”sı  isə kənarda qalır. 
Ancaq məhkəmənin sonuncu qərarı ilə Babək Zalov da qandallanaraq həbs olundu. Və ona 6 il cəza tələb olundu. 
Bundan sonra İradə Gülməmmədovagilin ailəsində böyük həngamə başladı. 
Ötən yazımızda qeyd etdiyimiz kimi, Babəkin həbsindən sonra  İradə Gülməmmədova hətta doğma bacısından gizlənir. Niyə ?  
Çünki, ötən yazıda qeyd etdiyimiz kimi İradə Gülməmmədovanın rayonda tikintilər üzrə “kassiri” olan bacısı oğlu Babək Zalov həbs olunandan sonra İradə ilə doğma bacısı ( Babəkin anası ) arasında ciddi qalmaqal yaranıb. Babəkin anası bacısı İradəyə  deyib ki, oğlum Babəkin başından bir tük əskik olsa, ay  qəhrəman, icra başçısısan, bacımsan, nəsən  səni öz əllərimlə özüm boğacam. İradə Gülməmmədova da  bacısının qorxusundan bütün imkanlarını işə salıb  Babək Zalovu həbsdən qoruya bilmişdi. Bəli, bilmişdi…
Ancaq  Babək Zalovun məhkəmə zalında qandallanmasından sonra İradə bacısının qorxusundan öz evində  də gecələyə bilmirdi. 
…Deməli, İradə Gülməmmədova ailə daxilində ona qarşı yaranan nifrəti aradan qaldırmaq üçün öz yaxınlarını sevindirmək, onların könlünü almaq, əslində özünü  zərbədən qurtarmaq üçün  “KÜLFƏTİ”  Şuşaya gəzintiyə-istirahətə dəvət edib. 
Dünənki yazıda qeyd etdiyimiz kimi İradə Gülməmmədova öz doğmaları, qardaş-bacıları, oğlu, əri və digər yaxınları ilə Şuşada oteldə istirahət edir. 
Ancaq istirahət vaxtı  yenə də İradə ilə bacısı arasında dava-dalaş olub. 
Yuxarıda qeyd etdiyimiz kimi  sonuncu məhkəmə iclasında  İradənin bacısı oğlu Babək Zalova 6 il cəza oxunub. Bu durum İradənin bacısını CİN ATINA MİNDİRİB.  
İradə isə Şuşada oteldə ( orada olanlardan birinin bizə verdiyi məlumata görə )  and-aman edib, bacısını inandırmağa çalışıb ki, prokuror sənin oğlun Babəkə 6 il iş istəsə də, hakim ona CM-nin 62-ci maddəsini tətbiq edib 2 il iş verəcək. Babək dostları ilə türməyə getsə də oradan buraxılacaq. 
İradə Gülməmmədova  bacısına yalvararaq deyib ki, bajı, işdi-şayət, bu variant alınmasa, əbbə, Yolçunun canı üçün, Babəki buraxdırajam, bajı…Gəlin, qanımızı qaraltmayaq, doğma  Şuşamızda Şuşa aşı yeyək, sevinək-gülək…
Hörmətli oxucular ! 
İndi özünüz təsəvvür etdinizmi, İradə Gülməmmədova Şuşada oteldə  oturub, Bakı Ağır Cinayətlər və Apelyasiya Məhkəməsinin əvəzindən qərar çıxardır, Babəkin cəzasını yüngülləşdirir. Bu  durumu şərh etməyə ehtiyac varmı ? 
Son  olaraq onu demək istəyirik ki, İradə Gülməmmədova, 26 saylı bağçan da mübarək olsun. Eşitdiyimizə görə, gəlinini, Məhəmmədin  xanımını ora müdir təyin etdirmisən. 
Əmbə, əvəzində Xırdalanda 1, 7, 10 saylı, Sarayda 2 saylı, Masazırda 3, 4 saylı məktəblərin direktorlarını işdən azad etdirmisən.  
Elə bilirsən, “El qızların”  sakit dayanacaqlar ? 
Yeri gəlmişkən, dünən  Abşeronda 7 nəfər həkim  həbs olundu. 
Bəs, səhiyyənin müdiri Mehriban Qaralova necə ?
Səsi növbəti yazıda çıxacaq, İradə Gülməmmədova ? 
Bizi izlə.

Oxşar xəbərlər

Sabiq baş memarın həbs müddəti uzadıldı
İradə  Gülməmmədovanın həbsi  an  məsələsidir- “Şayba”   daralır  cənab xanım başçı...
Həbs edilən sabiq icra başçısından XƏBƏR VAR
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
Hələ bu harasıdır İradə Gülməmmədova....-İKİNCİ HİSSƏ
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Xırdalan sakinləri Bakı-Sumqayıt yolunu bağlayacaqlar – Başçıdan NARAZILIQ
Gülməmmədovanın çəmbəri daralır: bacıoğlunu da qurban verən başçıdan şok - Faktlar
Xırdalandakı qanunsuz tikiliyə görə başçının sərəncamı ləğv ediləcək - AÇIQLAMA  (AUDİO)
İcra başçısının həbs müddəti artırılır
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri məhkəməyə gətirildi
İradə Gülməmmədovanın 1.3 milyon ödəyəcəyi şirkət kimindir? - Şübhəli tender
Sabiq icra başçısı məhkəmədə cavab verəcək - Tarix
XİN-in sabiq vəzifəli şəxsləri ev dustaqlığında qaldılar
Rüşvət üstündə tutulan məmur həbs olundu
Abşeron icra hakimiyyətində yeni həbslər...- İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var
Cəlilabadın sabiq icra başçısının ittihamları məlum oldu - külli miqdarda rüşvət almaqda təqsirləndirilir
Sabiq icra başçısının həbs müddəti UZADILDI
İRADƏ GÜLMƏMMƏDOVANIN RÜŞVƏTXOR DƏSTƏSİ VƏ BACISI OĞLU HƏBSDƏN AZAD OLUNDU- MƏHKƏMƏDƏN ŞOK QƏRAR
Kürdəmirin sabiq icra başçısının məhkəməsi başladı
Abşeron icra hakimiyyətində  yeni həbslər...-  İradə Gülməmmədovanın bacısı oğlu həbs edildi
DSMF-nin 7 vəzifəli şəxsi hakim qarşısında
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı
Həbs edilən sabiq nazir müavinindən XƏBƏR VAR
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı məlum oldu