Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları …-  Hüquq-mühafizə orqanları bu qardaşların əməllərinə niyə göz yumur ?
22-09-2021, 00:46
1 236

Adəm və Hatəm qardaşlarının Bakıdakı əxlaqsızlıq yuvaları …- Hüquq-mühafizə orqanları bu qardaşların əməllərinə niyə göz yumur ?

Adəmin kimliyi, nəçiliyi, az qala hamıya bəllidir. O, Allahın yaratdığı  ilk insan və insan nəslinin ulu babasıdır. 
Ancaq haqqında söhbət açacağımız qardaşlardan biri olan Adəm isə hüquq-mühafizə orqanlarında çalışıb. 
Yazımızın  “qəhrəmanları”  olan qardaşların o biri isə Hatəmdir.  
Şərq əsatirində çox varlı, əliaçıq, səxavətli adam haqqında Hatəm sözü işlənir. 
Haqqında əfsanələr dolaşan varlı Hatəm öz sərvətini,  varını  halal yolla qazanmışdır. 
Bizim yazının “qəhrəmanı”  Hatəm kimi əxlaqsızlıq yuvalarından pul qazanmırdı.
Bəli, insan oğlunun çörəyi daşdan da çıxa bilər. Amma əxlaqsızlıq yuvalarından qazanılan  çörəyi heç it də yeməz. 
Ümumiyyətlə,  əxlaqsılıq yuvaları mövzusu bu gün daha çox aktuallaşıb. 
Milli-mənəvi dəyərlərimizlə bir araya sığmayan, bir çox ailələrin dağılmasına səbəb olan, infeksion xəstəliklərin yayılmasının əsas mənbəyi sayılan əxlaqsızlıq yuvalarının artması ciddi sosial problem olaraq cəmiyyəti təhdid edir. 
Əxlaqsızlıq yuvaları  əvvəllər  gizlin formada özünü göstərərdi. Bu gün az qala məktəblərin, uşaq bağçalarının, xəstəxanaların yaxınlığında  əxlaqsızlıq yuvaları fəaliyyət göstərir. 
Bu gün paytaxtımızın mərkəzində  otellər, istirahət mərkəzləri öz həqiqi təyinatını dəyişib, əxlaqsızlıq  yuvalarına çevriliblər.   
Bu işdə telekanallarda  gedən verilişlərin də rolu az deyil. Bu verilişlər  yeniyetmələrin və gənclərin həyat tərzinə və psixologiyasına ciddi  zərbə vurur. 
Problem o qədər aktuallaşıb ki, ölkənin Daxili İşlər Nazirliyinin tabeçiliyində  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. 
Hər gün xəbərlərdə, saytlarda, sosial şəbəkədə bu mövzuda nə qədər xəbərə rast gəlirik. Hətta öz mənzilini əxlaqsızlıq  yuvasına çevirənlər də var. 
Bu gün istirahət mərkəzlərində,  otellərdə də yüngül həyat tərzinin nümayəndələri  meydan sulayır.   
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hər gün nə qədər əməliyyat keçirir, yenə bu problem öz həllini tapmır. 
Bu məsələdə  rüşvətxor, korrupsioner, harınlamış məmurların da  rolu danılmazdır. 
Yazının girişində adını qeyd etdiyimiz Adəm və Hatəm qardaşları da  fahişə biznesini özləri üçün peşəyə, qazanc mənbəyinə çeviriblər. Qardaşların obyektlərinə kimlər gəlmir, kimlər getmir. Və qardaşlar öz müştərilərinin videolarını yayaraq,  onları  şantaj edərək  bizneslərini çiçəkləndirirlər. Görəsən, bu qardaşlar qazandığı  pulları evə aparanda ailələrinə, uşaqlarına nə deyirlər ? 
Mənbəyi əxlaqsızlıq olan  çörəyi öz övladlarına necə yedirirlər ? 
Axı, milli dəyərlərimizdə çörək müqəddəs kitaba bərabər tutulur, insanlar çörəyə and içirlər. Amma Adəm və Hatəm qardaşlarının çörəyinə nəinki and içmək, heç elə çörəyi itə də atmaq olmaz. 
Bunlar məsələnin mənəvi-əxlaqi tərəfidir. 
Bəs hüquq-mühafizə orqanları, müvafiq qurumlar hara baxır ? 
Nə üçün Adəm və Hatəm qardaşlarına DUR deyən yoxdur. 
Unutmamalıyıq ki, bu hal uzun müddət davam edərsə, bu əxlaqsılğa DUR deməyənlərin də  bir gün qapısını döyəcəkdir.

P.S Növbəti sayımızda Hatəm və Adəm qardaşlarının havadarları haqqında yazı dərc edəcəyik. Bizi izləyin.

Oxşar xəbərlər

“Pəzəvəng”  kafesi, “Məsti-xumar”  gözəllik salonları, masajxanalar... - Görəsən, Xətai Rayon Polis İdarəsi  hara baxır ?
Erməni dilini öyrənmək istəyənlər üçün kurslar təşkil olunur
49 qadının saxlanıldığı kafenin sahibini infarkt vurdu
“Ermənilər Allahın evində heyvan saxlayıb“ - Liviyalı diplomat
"Deputat Eldar Quliyev tez-tez əxlaqsızlıq yuvalarına gedir" — Partiya sədrindən ŞOK İDDİA
Binəqədi  “Daş bazarı”nda  çörək daşdan çıxmır… -  Milyonlar qazanan bazar  vergidən yayınır?
Tahir Kərimli Bakıda qadınların aksiya keçirməsindən danışdı: “Əxlaqsızlıq edirlər”
Polis əməliyyat keçirdi: Əxlaqsızlıq yuvası aşkarlandı - Video
Türkiyənin İnterpolla axtardığı şəxs Sumqayıtda həbs edildi
“Rza Zərrabın bizim məmurları unutmasından böyük “xəyanət” ola bilməz”
MM-in növbədənkənar sessiyasında 4 komitədə müzakirəyə çıxarılacaq məsələlər açıqlandı
Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü
Bu şəxslər azad edilə bilər: "Son söz Prezidentindir"
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
Vətən Müharibəsi Qəhrəmanlarına bu güzəştlər olunacaq - SİYAHI
Məhkəmə Hüquq Şurasından NARAZILIQ - "Bu bərbadlığın başlıca nədənlərindən biri..."
Deputatlar medianın və sosial şəbəkələrin durumunu müzakirə edəcək
ABŞ-da atışma: Biri hamilə qadın olmaqla beş nəfər qətlə yetirildi
Ermənilər Kəlbəcərdə məktəbi yandırdılar (VİDEO)
Paşinyanı ifşa edən general həbs oluna bilər
“Lotu Quli”nin hüzr məclisinə basqın edildi - Video
Nümayişçilər Parisi oda qaladı  - Video
Çanaqqala restoranı DÖVLƏTİN QANUNLARINI POZUR- Elxan və Tahir Qasımov qardaşlarının qandonduran cinayət əməlləri…
Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanlayıb
Suriyada minalanmış ərazilər 2 601 insanın ölümünə səbəb oldu
AZAL hüquq - mühafizə orqanlarına müraciət etdi - VİDEO
Milli Məclis bu məsələlərə görə toplaşır - SİYAHI
Milli Məclisin növbəti iclas vaxtı və gündəliyi açıqlandı
Milli Məclisin payız sessiyası başlayır
Qurban bayramında nələr GÜNAHDIR? – İlahiyyatçı