“Azəriqaz” Cəlilabad sakinlərinə niyə qaz vermir ?-  Əlixan gedir, Ruslan gəlir, amma “Qaz ver, Əlixan, qaz ver” yenə qüvvədədir…
27-09-2021, 20:00
337

“Azəriqaz” Cəlilabad sakinlərinə niyə qaz vermir ?- Əlixan gedir, Ruslan gəlir, amma “Qaz ver, Əlixan, qaz ver” yenə qüvvədədir…

Cəlilabad   sakinləri odun  almağa da pul tapmırlar 


“Azəriqaz” İstehsalat Birliyi ilə bağlı neçə illərdir ki, problemlər  bitib tükənmək  bilmir. 
Qazın qiymətlərini qaldırırlar, amma xidmətin səviyyəsi günbəgün aşağı düşür. Rayonlarımız  qazla normal təmin olunmur, ona görə də meşələrimizi  odun kimi kəsib-doğrayıb yandırırılar. Bu da olur ekologiya məsələsi. 
Kasıb, imkansız ailələrin qaz problemi olsa da imkanlı adamlar üçün belə bir problem mövcud deyil. Nəinki problem, hətta vəzifəli şəxslər qazdan gen-bol istifadə edirlər. 
Təsəvvür edirsiniz, nazirlərin, komitə sədrlərinin, icra başçılarının “parnik”ləri- istixanaları var. Yayda, qışda, payızda  tərəvəzlər yetişdirib milyonlar qazanırlar. Və..
Həmin məmurların qaza olan borcu  kasıb təbəqə kimi 5-10 manat deyil ee, 100 min, 200 min manatdır. 
Bax, neçə illərdir ki, Azəriqazın  durumu belədir. 
Neçə dəfə Azəriqaz-ın rəhbərliyi dəyişib. Əlixan gedir, Vəlixan gəlir, amma vəziyyət düzəlmir ki, düzəlmir. 
Neçə illər qəzetlərin manşetini belə bir başlıq bəzəyirdi:
Qaz ver, Əlixan, qaz ver…
Söhbət Azəriqaz-ın sabiq baş direktoru Əlixan Məlikovdan gedirdi. 
Yaxşı Əlixan getdi, indi də Ruslan gəlib. Bəlkə nəsə dəyişib ? 
Ən dəhşətlisi odur ki, yeni baş direktor Ruslan Əliyev kənardan gəlməyib, neçə illərdir ki, bu sahədə müxtəlif vəzifələrdə işləyib, yəni problemi bilir. 
Bəli Ruslan Əliyev aşağıdakı vəzifələrdə çalışıb. 
2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.
2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.
2019-ci ildən  Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib və hal-hazıradək həmin vəzifədə çalışır. 
Gördünüzmü, Ruslan müəllimin qaz vurub qazan doldurmağını. 
Yaxşı sən qaz vurub qazan dolduracaqsan, bəs Cəlilabadın qaz üzünə həsrət qalan adamları neyləsin, Ruslan müəllim ? 
Bəli, yazıda  təqdim etdiyimiz videodan aydın  olur ki, Cəlilabadln rayon mərkəzindən 400 metr aralıda yerləşən və 10 ildən artıq bu ərazidə yaşayan yüzlərlə ailə qaz üzünə həsrət qalıb. Hansı ki, qaz xətti həmin ərazidən 150-200 metr aralıdan keçir. 
Sakinlər deyir ki,  pulla odun almaqdan bezmişik, hamımız kasıb insanlarıq. 
Sakinlər onu da deyir ki, odun alverçiləri meşələrdə ağac-kol-kos qoymayıb qalsın. Sakinlər yeməyi həyətdə odunla bişirir, çaylarını  odunla qaynadırlar. 
XXI əsrdə  bu mənzərəni görmək biabırçılıqdır, vallahi. 
Biabırçılıqdan başqa, bu kasıb və imkansız təbəqə odun almağa pulu haradan alsın ? 
Sakinlər  deyir ki, axı bu evlərdə sabahın əsgərləri, qaziləri böyüyür. Qışda  bu uşaqlar soyuqdan donurlar, normal yaşaya bilmirlər. 
Sakinlərdən biri deyir ki, bir oğlum Murovda, o biri oğlum Şuşada döyüşüb, ailəmiz isə  qazsız qalıb. 
Sakinlər dəfələrlə  yuxarı orqanlara, müvafiq dövlət qurumlarına müraciət etsələr də, ya cavab ala bilmirlər, ya da cavab olur ki, yaxın gələcəkdə düzələcək. 
Görəsən,  yaxın gələcək nə vaxt gələcək ?  
Ərazidə yaşayan Aprel qazisi  Prezident İlham Əliyevə müraciət edərək  qazla  bağlı  kömək istəyir. 
Söz indi sizindir, cənab Ruslan Əliyev. 
P.S Amma insaf naminə qeyd etməliyik ki, Cəlilabad rayonunda hər hansı bir qaz idarəsi müdirinin səhvi, cənab ASC rəhbəri Ruslan müəllimin ayağına yazılır. Elə hallar olub ki, məcbur qalıb Ruslan müəllimin mobil telefonuna zəng açmışıq. Məsələlər anında həllini tapıb. Onu da qeyd etməliyəm ki, yerlərdə bəzi idarə rəhbərlərinin səriştəsiz fəaliyyəti ucbatından yuxarı instansiyalar haqqında mənfi rəylər yaranır.





Oxşar xəbərlər

Qaz ver, Ruslan Əliyev, qaz ver… - Əhali  “Azəriqaz”dan  dad deyir ...
Ruslan Əliyev deyir ki, gücləndirilmiş rejimdəyik, amma... - Bakının mərkəzində qaz şam kimi yanır...
Ruslan Əliyevin yaratdığı “soyuq hava” – “Azəriqaz” qışa niyə hazır deyil?
"Azəriqaz”ın xalqa xidmət nümunəsi: Qazlaşdırma üçün hər evdən 8 000 manat rüşvət tələb olunur... - Video
"Hər yerə yazdıq, bu gün yenə qazsızıq..." - GİLEY
Yeddi yaşayış məntəqəsində 800-ə yaxın evə qaz verildi
Neftçala sakinləri nədən narazıdır... - "Camaat kosmosa uçur, biz evdə yorğana bürünüb gəzirik"
“Azəristiliktəchizat” ASC necə narazılıq yaradır...
Ağdaşda bu kənd ibtidai şərtlərlə yaşayır... - GİLEY
Ruslan Əliyev Əli Kərimliyə narazı elektorat toplayır? — SAYĞAC MAXİNASİYASI
"Azəriqaz" yeni ilə belə girdi... - Yenə də şikayətlər...
Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
"Azəriqaz" borclarla bağlı vətəndaşlara xəbərdarlıq etdi
"Azəriqaz"dan şəhərdə də narazıdırlar, kənddə də... - GİLEY
Vətəndaş “Azəriqaz”ın əlindən fəryad edir: - “Allahdan qorxmursunuz?
"İcra hakimiyyəti vəziyyətimdən xəbərdardır" - GİLEY
"Azəriqaz" vətəndaşa belə problem yaradır... - 10 gün ərzində 122 manat qaz pulu yazılıb
Vətəndaşın yeni başağrısı: "TƏMİZ QAZ"... - Bu qurumun "Azəriqaz"a dəxli varmı?
“Azəriqaz” yaxasını kənara çəkir - Öz başınıza çarə qılın
Məcburi köçkünlərin borcları necə ödəniləcək? - RƏSMİ AÇIQLAMA
“Azəriqaz”a 100 min manat borcları olan Xətai sakinləri çıxılmaz vəziyyətdə - GİLEY
“Azəriqaz” Gəncədə rəsmi maxinasiyalara başladı - İLGİNC FAKT
5 villası olan başçının sakinlərdən xəbəri yoxdur... - GİLEY
“Azəriqaz” müştərilərinə kələk gəlir - NARAZILIQ!
“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
"Bu qədər pulu hardan, kimdən alım?.." - GİLEY
20 ildən çoxdur ki, ağac yandırıb qızınırlar... - GİLEY
Camaatı soyuqdan qıran kimdir? - İki dövlət qurumu günahı bir-birinin üstünə atır
"Bəzən sayğacların göstərdikləri rəqəm istifadə olunandan 2-3 dəfə artıq göstərir" - NARAZILIQ...