Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov maşınla adam vurdu, hadisə yerindən qaçdı- SON DƏQİQƏ
25-10-2021, 01:00
1 942

Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov maşınla adam vurdu, hadisə yerindən qaçdı- SON DƏQİQƏ

Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb...

Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Gündəlik Bakı xəbər verir ki, bu barədə Neftçaladan PİA.az-a verilən məlumatda qeyd olunub. Məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbə PİA.az-a bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.

Əldə etdiyimiz məlumata görə hadisəni törədən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir.

Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.

Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.

Xatıqrladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.

Bəzi iddialara görə Mirhəsən Seyidov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adamıdır. Məlumat yenilənəcək./pia

Oxşar xəbərlər

Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
Goranboy sakini atasını avtomobillə vurub öldürən sürücüyə və onun atasına maşınla xəsarət yetirdi
Gənc başçı camaatı müdafiə etdi, amma QANUNLARI POZDU... - Neftçalada NƏ BAŞ VERİR?
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Azərbaycanlı sürücü Türkiyədə qəza törətdi, hadisə yerindən qaçdı (FOTO)
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var
Neftçalanın icra başçısı HANSI ƏHVALDADIR... - NARAZILIQ!
Bakı-Sumqayıt yolunda qəza - Ölən var
"Neftçalada işğal edilən yolumuzu ala bilmirik..." - GİLEY
“Mercedes“in vurduğu piyada yerindəcə öldü
Bakıda bir evdən 5 gəncin meyiti tapıldı
İsraildə təyyarə qəzaya uğradı - Ölənlər var
Nigar Camal qəza törətdi - Hadisə yerindən qaçdı
Ermənistanda nazirin avtomobili qəza törətdi
Azərbaycanda 67 yaşlı kişini inək vurdu, xəstəxanada öldü
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Hacıqabulda yol qəzası olub, ölən və xəsarət alan var
16 yaşlı oğlanın öldürdüyü şəxs evində usta işləyirmiş - ŞOK SƏBƏB
Azərbaycanda DƏHŞƏT: Qayınata əsəbləşib, maşınla gəlininin üstündən keçdi
Bakıdakı dəhşətli qəzada 1 nəfər ölüb, yaralılar var - VİDEO (YENİLƏNİB)
Bakıda "Mercedes" Sumqayıt sakinini vurub ÖLDÜRDÜ
Bakıda məscidin yanında yarım saat fərqlə İKİ QƏZA - FOTO
Bakıda qadını qatar vurdu
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Bərdədə ağır yol qəzası - 5 nəfər xəsarət aldı
Gəncədə təcili tibbi yardım avtomobili yandı
Bakıda sərxoş Türkiyə vətəndaşı qəza törətdi: Xəsarət alanlar var
Yolu keçmək istəyən qadını qohumu maşınla VURDU