Nizami rayonunun qovulmuş icra başçısının kadrı və şəriki Qərib Məmmədovun ƏMƏLLƏRİ- GÖRƏSƏN ONA DUR DEYƏN OLACAQMI ?
26-10-2021, 16:31
355

Nizami rayonunun qovulmuş icra başçısının kadrı və şəriki Qərib Məmmədovun ƏMƏLLƏRİ- GÖRƏSƏN ONA DUR DEYƏN OLACAQMI ?

Nizami rayonunun icra başçısı cəzasını aldı…

Bəs onun 1-ci müavini  Qərib Məmmədov nə düşünür ? 

Axı, müavinlər ya onunla şərik olublar, ya da baş verən cinayətləri gizlədiblər…




Azərbaycanda məmurlarla  bağlı  2  ziyanlı tendensiya var. 
Birincisi odur ki, nazir müavinləri, idarə rəisləri həbs edilir,  nazirə isə söz deyən olmur. 
Necə ola bilər ki, uzun illər  tabeçiliyindəkilər  milyonları talasın, amma sənin bundan xəbərin olmasın. Bu heç bir məntiqə sığan məsələ  deyil. 
İkinci tendensiya isə odur ki, bu dəfə əksinə olur, 1-ci şəxs, məsələn icra başçısı vəzifəsindən gedir, həbs olunur, müavinlərinə, digər vəzifəli şəxslərə gözün üstə qaşın var deyən olmur.
Bu da  heç bir idarəçiliyə sığmır. 
Axı, icra başçısının 4-5 müavininin, dövlət vəzifəsi daşıyan şöbə müdirlərinin öz “şef”lərinin cinayət əməllərindən xəbəri olmaya bilməzdi. 
Deməli, ya bu cinayətə şərikdirlər, ya da cinayəti  bilib gizlədiblər. 
Cinayəti bilib gizlətməyin  özü də cinayətdir. 
Bunları yazmaqda məqsədimiz odur ki, uzun illər Nizami Rayon İcra Hakimiyyətinin  başçısı olmuş şəxs rayonda yaşıllıqlara qarşı  terror edib, ağacları məhv edib. Rayonun ərazisindəki torpaqları dədəsinin malı kimi satıb. 
Hətta  yüksəkgərginlikli  elektrik xətlərinin altını  çayxanalara, kafelərə satanlarda olub. Hansı ki, bu insan həyatı üçün çox təhlükəlidir və  kütləvi ölümə səbəb ola bilər. 
Həmin icra başçıları o qədər həddini aşıb ki, hətta Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazisində özü üçün restoran tikdirib. 
İcra başçısı Nizami rayonunun ən bahalı  yerində  30 sot torpaq sahəsini qanunsuz  yolla  kimə hədiyyə edib ? Bu torpağın milyonlarla dəyəri var. 
İllər uzunu  rayondakı kazinolardan  milyonlarla haqq yığılıb. 
Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz  Nizami rayonunda olub. 
Nizami rayonunda, Vərəm Disponserinin yaxınlığında qanunsuz tikilən binalar,  kafelər  və daha nələr...
Axı, bütün bunların baş  verməsi üçün rəsmi sərəncamlar imzalanıb. Həmin sərəncamlar bir neçə şöbədən və müavindən keçəndən sonra qüvvəyə minib. 
İndi icra başçıları haqlı olaraq vəzifəsindən uzaqlaşdırılıb. Və yəqin ki, cəzasını çəkəcək. 
Bəs başçının 1-cu müavini Məmmədov Qərib Fəzan oğlu nə düşünür ?
Axı, bu qanunsuz sənədlərə imza atanlardan biri də  Qərib Məmmədov olub. 
Qərib Məmmədov ona görə susub ki, o da digər müavinlər kimi başçıya şərik idi, qanunsuzluqlara göz yumurdu. 
Bəlkə Qərib Məmmədovun qanunsuz satılan torpaqlardan, qanunsuz tikintilərdən, yığılan milyonlardan xəbəri olmayıb ? 
Axı,  birbaşa tikintiyə cavabdeh Qərib Məmmədov idi. 
Onu da qeyd edək ki,  Qərib Məmmədov Nizami rayonunda oynadığı əməlləri vaxtilə Nəsimi rayonunda edib. 
Bəli, Qərib Məmmədov Nəsimi RİH başçısının müavini oldu, o vaxtlar da  rayon ərazisindəki qanunsuz tikinti məsələlərinə baxırdı. 
İndi  sualımız belədir: icra başçısı haqlı olaraq cəzasını aldı və vəzifəsindən uzaqlaşdırıldı. Bəs niyə onun 1-ci müavini  Qərib Məmmədov öz vəzifəsini daşımaqda  davam edir ? 
Bu sualımız təkcə Qərib Məmmədova deyil, eləcə də digər müavinlərə, vəzifə sahiblərinə aiddir.
Qısa məlumat üçün bildirək ki, Qərib Məmmədov 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini Sənaye və Mülki Tikinti ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə gənc mütəxəssis kimi Nəsimi rayonu Mənzil Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində başlamış, 1985-1993-cü illərdə həmin idarədə böyük mühəndis, baş mühəndis və rəis, 1993-2009-cu illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.

Oxşar xəbərlər

Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Həbs edilən icra başçıları: Nizaməddin Quliyevin və müavininin işi məhkəməyə göndərildi
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Həbs olunan icra başçısının köməkçisi dünyasını dəyişdi
İcra başçısının həbs müddəti artırılır
Şəmkirin icra başçısının BAŞI DƏRDDƏ - Ona cinayət işi açıla bilər
Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı
Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır
Nizami İH araşdırılır: müavinlər nələrə şərik olub?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
Məhkəmə həbsdəki sabiq icra başçısı ilə bağlı qərar verdi
İcra başçısı hansı şəraitdə həbs olunub?
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDI - FOTO
İcra başçısı ilə bağlı müəmmalı xəbər... - İDDİA
Goranboyun icra başçısı ilə bağlı ŞOK İDDİA - Belə deyirlər...
Azərbaycanda həbs olunan sabiq icra başçısı vəfat etdi -FOTO
Həbs edilən sabiq icra başçısının məhkəməsinin vaxtı bilindi
Sabiq icra başçısının həbs müddəti daha 2 ay uzadılıb
Həbs edilən icra başçının səlahiyyətləri bu şəxsə verildi
İcra başçısı həbs olunan rayonda vəzifəli şəxs vəfat etdi
Yeni icra başçısı harda işləyib?
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – Video
Həbs olunan daha bir yüksək vəzifəli məmur YAP-dan çıxarıldı
“Qara maskalı”lar icra başçılarını yenə “ziyarət edəcək”: - “Dövlətin qaydalarına əməl etmirlər”
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA
Prezident icra başçısını işdən çıxardı
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI