Cinayətkar dəstənin basqınına məruz qalan  “Gűndəlik Bakı” qəzetinin redaksiyası bu gün saat  17-00 radələrində öz  fəaliyyətini bərpa elədi. 

Məlumat üçün qeyd edək ki, noyabrın 3-dən 4-ə keçən gecə cinayətkar dəstə ofisin qapılarını sındırmağa cəhd etsə də alınmayıb, məcbur olub pəncərənin dəmir barmaqlıqlarını xűsusi alətlə kəsərək ofisin binasına daxil olublar.  
Qəzetin rəhbəri Habil Vəliyev mətbuata bildirib ki, “Əməkdaşımız səhər saat 10 radələrində işə gələrkən redaksiyaya basqın olduğunu görűb və bu barədə DİN-ə məlumat verib. DİN əməkdaşları redaksiyaya gələrək əl izlərini götűrűb və ilkin təhqiqat aparıblar. İlkin təhqiqat zamanı məlum olub ki, redaksiyadan muəyyən  avadanlıqlar, qiymətli əşyalar, pul vəsaiti oğurlanıb. Redaksiyanın texniki bazasına ciddi ziyan dəyib. Son günlər televiziyamızda və  saytımızda dərc olunan ciddi tənqidi araşdırma yazıları hansısa qűvvələri narahat etməyə başlayıb. Ona görə də belə bir hücuma məruz qaldıq. Umid edirik ki, yaxın zaman kəsiyində hüquq-mühafizə orqanlarının əməkdaşları mütəşəkkil cinayətkar qruplaşmanı aşkarlayaraq layiq olduqları cəzanı verəcəklər”.
Son iki gündə müvafiq dövlət qurumlarının dəstəyi və gərgin fəaliyyəti  nəticəsində bu gün axşam saatlarında Gundelik Bakı öz fəaliyyətini bərpa edib.
Bu barədə mətbuata açıqlama verən baş redaktor Habil Vəliyev bildirib ki, bizə dəstəyinə görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə, Yasamal rayon telefon qovşağına və bu çətin anlarda bizə dəstək olan dostlarımıza təşəkkürümüzü bildiririk. 
Gundəlik-Bakı həmişə olduğu kimi dövlətin və dövlətçiliyin yanındadır və onun qayğısını həmişə hiss edir.